AzTehsil.com


Xəbərlər
20 noyabr 2020
1 293


Erməni bölmələri Ağdam rayonundan çıxdı



 

Erməni Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağda Ağdam rayonunu tərk edib.

RT-nin məlumatına görə, bu barədə Rusiya hərbi kontingentinin qərargah rəisi, general-mayor Andrey Volkov bildirib.

"Rusiya sülhməramlı kontingentinin rolu sazişin şərtlərinə uyğun olaraq mülki əhalinin təhlükəsizliyini, erməni bölmələrinin ərazidən çıxarılmasını (Onlar artıq çıxarılıb) və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Ağdam rayonu ərazisinə girişi zamanı nəzarəti təmin etməkdədir”, - deyə A.Volkov bildirib.

Onun sözlərinə görə, rayonun Azərbaycanın nəzarətinə keçməsi ştat rejimdə keçib. Heç bir insident və təxribat olmayıb. oxu.az 



Загрузка...