Xəbərlər / Müəllim
21 mart 2021
991


Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv etdi.

 

Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı uğurla başa çatdı. Bu müddət ərzində bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, Ordumuzun qüdrətinin şahidi oldu. Yalnız bir fakt söyləmək kifayət edir ki, uğurumuzu tam əks etdirə bilək: Bir neçə il ərzində işğal edilən ərazilər bir ay ərzində düşməndən geri alındı. Bu, əlbəttə ki, Azərbaycan Ordusunun qüdrətindən xəbər verir.

 Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 17 ildə xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri ordu quruculuğu olub. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması,ən son hərbi texnologiyalara yiyələnməsi idi. Odur ki, Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində bu dövrdə ordumuzun döyüş qabiliyyətinin artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi.

  İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada Azərbaycanın yüksəlişinin əsas nümunələrindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır.Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlar Azərbaycanda da var. Bunun nəticəsidir ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. 

Ümumiyyətlə, Azərbaycanla Ermənistanın hərbi imkanlar baxımından müqayisəsi çoxdan aparılırdı. Bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların rəyi daim ondan ibarət olub ki, Azərbaycan Ordusu gücünə görə Ermənistandan çox irəlidədir.Fərəhlisi odur ki, Azərbaycanın özünün də inkişaf etmiş hərbi sənaye kompleksi formalaşıb. Bu gün respublikamız Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar yerli müəssisələrdə istehsal olunur

  Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv etdi. Düşmənin 250-yə yaxın çoxsaylı artilleriya qurğuları, əməliyyat-taktiki raket sistemləri, S-300 kompleksləri sıradan çıxarılıb. Qeyd edək ki, düşmən işğal olunmuş ərazilərimizdəki müdafiə mövqelərini, istehkamlarını atəşkəsdən bəri müxtəlif vasitələrlə çox möhkəmləndirmiş, bütün cəbhə boyu əraziləri minalamışdı. Lakin Azərbaycan Ordusu düşmənin cəbhə boyu müdafiə xəttini elə ilk anda darmadağın edərək, istehkamlarını ələ keçirdi. Bu döyüşlərdə Ermənistan ordusunun peşəkar zabit heyəti və müddətdən artıq qulluq etmiş hərbi xidmətçiləri çoxsaylı itkilərlə üzləşdi. Bu kimi peşəkar hərbçi heyətinin formalaşdırılmasına illər lazımdır. Aprel döyüşlərində Ermənistan öz cəzasını almışdı. Amma budəfəki döyüşlər miqyasına görə böyük əməliyyat olaraq Ermənistan dövlətini və ordusunu elə sarsıtdı ki, çətin özlərinə gəlsinlər.

    Mən əminliklə deyə bilərəm ki, müasir silahlardan - pilotsuz uçuş aparatlarından, hava patrulu xidməti üçün silah-sursatdan, hədəfləri dəf etmək üçün yüksəkdəqiqlikli vasitələrdən istifadə olunmaqla aparılan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Dünya hələ belə bir vəziyyətlə rastlaşmamışdı ki, bir ordu digər ordu ilə vuruşarkən bu sayda yüksəkdəqiqlikli silahlardan istifadə edilsin. Zərbə uçuş aparatlarından istifadənin miqyasına və intensivliyinə görə bu, dünya tarixində ilk belə hadisədir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də hansısa başqa ölkə bu miqyasda pilotsuz zərbə uçuş aparatlarından istifadə etməyib. Pilotsuz uçuş aparatları bu cür münaqişələrdə özünün mübahisəsiz üstünlüyünü sübut edib. Yüksəkdəqiqlikli silahdan istifadə mülki əhali arasında itkilərin sayını azaldır. "Bu nöqteyi-nəzərdən Azərbaycan həm hərbi uğur qazanıb, həm də Dağlıq Qarabağda yaşayan mülki vətəndaşların həyatını xilas edib. 

 Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardğı döyüşlərin müasir hərb tarixinə yazılacağı dəqiqdir. Bu döyüşlərdə ordumuzun düşmənə qarşı müxtəlif tipli çoxsaylı dronlar tətbiq edərək onun canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi hərbi mərkəzlərdə təhlil edilir. Ən mühümü odur ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar döyüş əməliyyatlarının aparılması taktikasını dəyişir. Belə ki, hərbi əməliyyatlarla bağlı indiyə qədər mövcud olmuş ənənələr yeniləri ilə əvəz olunur, o cümlədən bir sıra hərbi texnikalar tədricən effektivliyini itirir.

   Bütövlükdə, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi ordumuzun gücünün və ümumən Silahlı Qüvvələrimizdə aparılan quruculuğun və modernləşmənin nəticələrinin döyüş meydanındakı praktik təsdiqi oldu. Azərbaycan göstərdi ki, ən müasir vasitələrlə döyüş aparmaq imkanları olan bir orduya malikdir.

 Mən inanıram ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

 Humanitar fənlər gimnaziyasının tarix müəllimi: Sevinc Mustafayeva
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Azərbaycan Silahlı Qüvvələri günü

Azərbaycan Silahlı Qüvvələri günü

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Bu gün Azərbaycan ordusu regionun ən güclüsü,dünyanın ən müasir ordularından biridir.

Bu gün Azərbaycan ordusu regionun ən güclüsü,dünyanın ən müasir ordularından biridir.

Şuşa ətrafında döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi TƏHVİL ALINDI

Şuşa ətrafında döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi TƏHVİL ALINDI

Bu gün Kəlbəcər işğaldan azad olur

Bu gün Kəlbəcər işğaldan azad olur

Azərbaycan Ordusu 102 yaşını qeyd edir - VİDEO

Azərbaycan Ordusu 102 yaşını qeyd edir - VİDEO

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Ali Hərbi Məktəbin kursantları üçün seminar keçirilib

Ali Hərbi Məktəbin kursantları üçün seminar keçirilib

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

Dünyanın aparıcı hərbi məktəblərində təhsil alan kursant və zabitlərimiz Vətənə gətirilib

Dünyanın aparıcı hərbi məktəblərində təhsil alan kursant və zabitlərimiz Vətənə gətirilib

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edildi - RƏSMİ

Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edildi - RƏSMİ

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

"Orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir"-Şahlar Əsgərov

"Orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir"-Şahlar Əsgərov

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Hulusi Akar: “Türkiyə hərbçiləri yaxın zamanlarda Azərbaycana yollanır” – VİDEO

Hulusi Akar: “Türkiyə hərbçiləri yaxın zamanlarda Azərbaycana yollanır” – VİDEO

Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert

Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert