Xəbərlər
22 iyun 2020
1 521

Dünyanın aparıcı hərbi məktəblərində təhsil alan kursant və zabitlərimiz Vətənə gətirilib

"Bizim xarici ölkələrdə, dünyanın aparıcı hərbi məktəblərində təhsil alan minlərlə kursant və zabitlərimiz var”.

Bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir "Real” televiziyasına müsahibəsində bildirib ki, təkcə Türkiyədə Azərbaycanın 1000-ə yaxın hərbçisi təhsil alır: "Türkiyədə problem yoxdur. Türkiyə Silahlı Qüvvələrində COVID-19-la bağlı çətinlik yaşanmır. Hətta mən Türkiyənin Milli Müdafiə naziri ilə də telefonla danışmışam. O, maraqlandı və köməyini təklif etdi, mən də bizdə hər şeyin qaydasında olduğunu dedim və minnətdarlığımı bildirdim. Biz Türkiyədə oxuyan şəxsi heyətimizə dəymədik, çünki onlar orada təhsilini davam etdirirlər.

Bundan əlavə, Çin Xalq Respublikasında bizim çoxsaylı kursant və zabitlərimiz var. Orada da heç bir problem yoxdur, onlar da təhsilini davam etdirirlər. Rusiya Federasiyasında isə təhsil alan kursant və zabitlərimiz ilə bağlı əvvəl problem yox idi, amma koronavirusa yoluxma halları orduda başladıqdan sonra Rusiya tərəfi bizə müraciət etdi. Biz də 200-ə yaxın kursant və zabitlərimizi Rusiyadan Azərbaycana gətirdik. Onların arasında iki nəfərdə şübhə var, müalicələri davam etdirilir. Bundan əlavə, bizim hərbi təyyarəçilərimiz orada müasir təyyarələrlə uçuşlarını davam etdirirlər. Bu yaxınlarda mənim Rusiyanın müdafiə naziri ilə də danışığım olub. Onlar da təhsilini davam etdirirlər”.

"Eyni zamanda, İtaliyadan təxliyə olunan kursant və zabitlərimiz də ölkəmizdə karantinə alındı. Karantin müddəti bitəndən sonra onlarda heç bir koronavirus faktı aşkarlanmadı və hazırda onlar xidmətini, təhsilini davam etdirirlər. Daha sonra ABŞ-dan təxliyə olunan kursant və zabitlərimiz karantinə alındı. Fəaliyyətimizi Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx qarşılıqlı əlaqədə davam etdiririk. Çalışırıq ki, Azərbaycan Ordusunu koronavirusdan qoruyaq” – Müdafiə naziri bildirib.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı tələbələr: “Vətənə dönmək istəyirik” – VİDEO

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

Şamil Ayrım: Türkiyədə qalan tələbələrin ehtiyaclarını iş adamları və səfirlik qarşılamağa çalışır

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

Çində təhsil alan 5 azərbaycanlı karantinə alınıb

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI

Azərbaycan və rus tarixçilər arasında MÜBAHİSƏ: "Erməniləri buraya siz köçürmüsüz?" - VİDEO

Bu Azərbaycan universitetlərinin diplomları da Türkiyədə tanınmırmış – Boşa gedən illər

Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası -Əcnəbi şagirdlər paytaxt məktəblərində...

Təhsil naziri Çindəki tələbələrin sayını açıqladı

Tanınmış təhsil eksperti Azərbaycanı tərk etdi

Deputat: “Qız şagirdlər şəfqət bacısı kimi yetişdirilməlidir”

Türkiyədə təhsilsiz Azərbaycan uşaqları: İşə dövlət qarışmasa...

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

Mikayıl Cabbarovun 10 minlik bisavad ordusu: DİM sədri naziri ifşa etdi - ÖZƏL

Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb

“Kollecdə oxuyanlara hərbi xidmətdə möhlət hüququ verilsin” - Deputatdan təklif

Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ

Gürcüstanın təhsil naziri Azərbaycana səfər edəcək