AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
30 noyabr 2020
1 312


Erməni körpəsini ölümdən xilas edən əsgərimiz: Biz də qocaları, körpələri qırsaq ermənidən fərqimiz olmaz



 

Tarix yazan oğullarımız öz qollarının gücü ilə yanaşı ürəklərinin böyüklüyünüdə nümayiş etdirdi bütün dünyaya. 27 il öncə mənfur düşmən qoca, körpə, qadın bilmədən bütün dinc əhaliyə soyqırım yaşatdı.

Lakin bugünkü gün bizim igidlərimiz döyüşdə mərdlikləri ilə bir daha azərbaycanlı olduqlarını sübut etdilər.
 
Gəlin elin igid oğlu Məmmədzadə Orxan Təbriz oğlunu tanıyaq. O, 1993-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Qardaşının döyüşdə olmasına baxmayaraq, Orxan dəfələrlə könüllü olaraq cəbhəyə getmək üçün müraiət edib.

"Mənim qardaşım hazırda əsgər olduğu üçün mənə bildirirdilər ki, sizin getməyinizə ehtiyac yoxdur. Axırda gördülər ki, fikrimdən dönən deyiləm və 27-si günü cəbhəyə gedən avtobuslardan biri ilə məni yola saldılar. 29 gün döyüşdə oldum. 24 hücum əməliyyatında və Füzulinin 8 kəndinin alınmasında iştirak etmişəm. PKK-ya qarşı üzbəüz döyüşdə avtomatın gülləsi açılaraq ayağıma girdi və xəstəxanaya göndərildim”.

Orxan döyüş zamanı saysız erməni əsgəri öldürsə də, balaca bir erməni körpəsinin həyatını xilas edib.

"Füzulinin kəndlərin birinə basqın edirdik. Düşmənləri qırdıqdan sonra bir az aralıda ferma kimi bir yer gördük. Bu bizim diqqətimizi çəkdi. Çünki, bütün gün döyüşdə olmuşduq və yemək gətirmək üçün yenidən 8-10 km geri qayıtmalı idik. Düşündük ki, fermada toyuq, cücə, qaz olarsa, bu 2-3 gün bizim yeməyimiz ola bilər. Bu fikirlərlə fermaya girməyə qərar verdik.

Çox ehtiyatla hərəkət edirdik ki, hər an bizə tələ qurmuş ola bilərlər. Birdən uşaq ağlamasının səsini eşitdik. Otağa girəndə gördüm ki, çarpayının üstündə balaca bir köpə var. Hardasa 7 aylıq olardı. Belinə ip bağlayıb biraz irəli çəkdim ki, görüm uşağın altında hər hansı partlayıcı quraşdırılmayıb. Şükürlər olsun ki, heç nə yox idi.

Uşağı qucağıma aldım. Çörəyi suya batırıb dodağına sürtdüm ki, mədəsinə bir şey getsin. Uşaq ağlamaqdan göyərmişdi. Sakitləşdirdim. Sonra qərar verdim ki, onu buradan aparmaq lazımdır yoxsa öləcək. Uşağı bükdüm və silahımı yoldaşlarıma təslim edib 8 km geri qayıtdım. Yol boyu gah snayper, gah minamyot atırdılar. Yanımda torpaq qalxırdı və başımnan aşağı tökülürdü. Güc-bəla ilə uşağı gətirib çatdırdım. Rəis heyətindən biri çıxdı qarşıma dedi niyə özünü təhlükəyə atıb gətirdin? Dedim körpədir. Biz də qocaları, körpələri qırsaq ermənidən fərqimiz olmaz. Biz torpaq davası edirik. Döyüşə kişi kimi girmişik kişi kimi də çıxmalıyıq.

Uşağı təhvil verdim və gecə yenidən yoldaşlarımın yanına yollandım”.

Orxan bildirir ki, uşağı əvvəl xəstəxanaya sonra isə Bakıya yollayıblar. (Azerforum.com)



Загрузка...
Həmçinin oxuyun:
Orxan Cabbarlı: Erməni hər dövrdə və hər yerdə ermənidi!

Orxan Cabbarlı: Erməni hər dövrdə və hər yerdə ermənidi!

Belə şücaəti, qəhrəmanlığı yalnız filmlərdə görmüşdük

Belə şücaəti, qəhrəmanlığı yalnız filmlərdə görmüşdük

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Uşaqlara bunları demək olmaz!

Uşaqlara bunları demək olmaz!

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Üç illik sevgisi yarıda qalan şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ - VİDEOREPORTAJ

Üç illik sevgisi yarıda qalan şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ - VİDEOREPORTAJ

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Mart soyqırımından 102 il ötür

Mart soyqırımından 102 il ötür

Valideynlərin 7 tipik səhvi

Valideynlərin 7 tipik səhvi

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Attestatını atasından ala bilməyən gənc: “Bu işdə Təhsil Nazirliyi mənə  kömək oldu”

Attestatını atasından ala bilməyən gənc: “Bu işdə Təhsil Nazirliyi mənə kömək oldu”

Sinif yoldaşları 13 yaşlı oğlanı belə öldürdülər

Sinif yoldaşları 13 yaşlı oğlanı belə öldürdülər

Beş övladına evdə məktəbsiz təhsil verən ana

Beş övladına evdə məktəbsiz təhsil verən ana

Attestatı əlindən alınan Orxan: “Təhsilhaqqını bu müğənni ödəyəcək”

Attestatı əlindən alınan Orxan: “Təhsilhaqqını bu müğənni ödəyəcək”

Atası təhsil almasına qarşı çıxdı, o isə evi tərk etdi

Atası təhsil almasına qarşı çıxdı, o isə evi tərk etdi

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

Uşaq intiharına laqeyd yanaşan Whatsapp qadınları

Uşaq intiharına laqeyd yanaşan Whatsapp qadınları