AzTehsil.com


Xəbərlər / Müəllim
07 avqust 2021
1 191


“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO



 “Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

 

"EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Litva Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə 01-06 avqust 2021-ci il tarixlərində təşkil olunan "Təbiət üçün SOS” (Summer Outdoor School "SOS for Nature”) adlı açıq havada yay məktəbinin rəsmi  bağlanış mərasimi keçirilib.

"Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsi çərçivəsində keçirilən yay məktəbinin məqsədi gənclərin ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, tullantıların təkrar emalı, su resurslarından səmərəli istifadə sahəsində praktiki bacarıqlarını inkişaf etdirməkdir.
"Təbiət üçün SOS” (Summer Outdoor School "Sos for Nature”) devizi ilə keçirilən yay məktəbində 50 nəfərdən ibarət olmaqla 12-15 yaş qrupu üzrə gənc ekoloqlar və Vətən müharibəsi qəhrəmanlarının övladları iştirak edib.

6 avqust 2021-ci il tarixində AMEA Mərkəzi Nəbatat Bağında keçirilən rəsmi bağlanış mərasimində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri xanım Səyyarə Məmmədova, Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Müvəqqəti İşlər vəkili cənab Viktoras Dagilis, AMEA Mərkəzi Nəbatat Bağının direktoru cənab Vahid Fərzəliyev və "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri xanım Firuzə Sultan-zadə çıxış ediblər. Rəsmi hissənin davamında yay məktəbinin iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.

Yay məktəbi çərçivəsində avqustun 1-dən 6-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin, Dövlət Dəniz Agentliyinin, "AzEkol” MMC-nin təlimçi və ekspertləri tərəfindən ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, su mənbələrindən səmərəli istifadə, biomüxtəlifliyin qorunması, tullantıların idarə olunması mövzularında çıxışlar edilib, həmçinin interaktiv və maarifləndirici proqramlar keçirilib. Eyni zamanda proqram çərçivəsində iştirakçılar Altıağac Milli Parkına, Mərkəzi Nəbatat bağına səfər ediblər.

Qeyd edək ki, "Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsinin davamı olaraq bu ilin sentyabr-oktyabr aylarında 12-15 yaşlı 500-ə yaxın məktəblinin, müəllimlərin və valideynlərin iştirakı ilə iqlim dəyişmələri, tullantıların idarə olunması, su resurslarından səmərəli istifadə mövzularında 10 vebinar və onlayn görüşlər təşkil olunacaq.
 

 “Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

 

 “Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

 

 “Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

 

 “Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

 

 “Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

 

 “Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO

 





Загрузка...
Həmçinin oxuyun:
Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

“Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinarların ilkin mərhələsinə yekun vurulub

“Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinarların ilkin mərhələsinə yekun vurulub

“Tullantıdan sənətə”

“Tullantıdan sənətə”

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir

“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir

“Plastiksiz həyat uşaqların gözü ilə”

“Plastiksiz həyat uşaqların gözü ilə”

Məktəblilər üçün ekoloji yay düşərgələri keçirilir

Məktəblilər üçün ekoloji yay düşərgələri keçirilir

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

"Yaşıl Marafon” çərçivəsində Xocasəndə ağac əkilib

"Yaşıl Marafon” çərçivəsində Xocasəndə ağac əkilib

Alimlər üçün salınacaq yaşayış kompleksində mənzillərin satışına başlanılıb

Alimlər üçün salınacaq yaşayış kompleksində mənzillərin satışına başlanılıb

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

Azərbaycan və İran alimlərinin onlayn görüşü

Azərbaycan və İran alimlərinin onlayn görüşü

“Xarıbülbül Aksiyası” adlı yaradıcılıq müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçiriləcək.

“Xarıbülbül Aksiyası” adlı yaradıcılıq müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçiriləcək.

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

SABAH IV Karyera Qış Məktəbi başa çatıb

SABAH IV Karyera Qış Məktəbi başa çatıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb