AzTehsil.com


Xəbərlər
30 aprel 2020
1 331


Gənc-ekoloq liderlərin V Ekoloji Forumu



 

Aprelin 30-da Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin ikigünlük V Ekoloji Forumu öz işinə başlayıb. Ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar cari ildə V Ekoloji Forum onlayn platformada təşkil edilib.

Forumun keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması, "Yaşıl şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, 2019-cu il fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

"Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin V Ekoloji Forumunun birinci günü Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə açılış nitqi ilə çıxış edib. Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının  (BMTİP) Rezident Numayəndəsinin müavini Çaru Bistin videokonfrans formatında salamlama nitqi ilə çıxış ediblər. Həmçinin Forumun ilk günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədovanın onlayn təqdimatının ardınca iştirakçıların sualları cavablandırılıb, seçilmiş 170 ekoklub lideri 2019-2020-ci tədris ili üçün ekoklubların illik hesabatı, "İqlim dəyişmələrinin əhaliyə təsiri” və "COVİD-19 pandemiyası – karantində həyat” mövzularında təqdimatlarla çıxış ediblər. Forumun plenar sessiyasında BMTİP Baş Proqram müşaviri Çingiz Məmmədov və "BMT-nin İqlim dəyişmələri üzrə konvensiyasına Dördüncü Milli Məlumatın hazırlanmasına texniki yardım” layihəsinin assistenti Elana Əlizadənin moderatorluğu ilə "Azərbaycanda ekoloji problemlər” mövzusunda onlayn təqdimat keçirilib.

Daha sonra biomüxtəliflik üzrə müstəqil ekspert Nicat Həsənovun moderatorluğu ilə "COVİD-19 və planetin biomüxtəlifliyi” mövzusunda onlayn diskussiya təşkil olunub.

Forumun ikinci günü "Liderlik qabiliyyəti və uğurlu təqdimat” mövzusunda onlayn ustad dərsi keçiriləcək. Bu bölümdə AMEA Mərkəzi Nəbatat Bağının (MNB) Gənc Alim və Mütəxəssislər şurasının sədri Fərid Seyfullayevin təqdimatı, suallar və cavablar, məşhur beynəlxalq ekoloqların video mesajları forum iştirakçılarının diqqətinə çatdırılacaq. Foruma "Evdə qalaq, sağlam olaq” devizi altında Sevinc Fərəcovanın rəhbərliyi ilə gimnastika üzrə onlayn fləşmobun nümayişindən sonra yekun vurulacaq.

Qeyd edək ki,  2016-cı ildə ilk ekoloji forumda iştirak edən ekoklub üzvlərinin sayı 250 olduğu halda, 4 il ərzində bu rəqəm 450-yə yüksəlib. Bu il V Ekoloji Forumun onlayn platformada keçirilməsi Bakı şəhəri üzrə 40 ümumi təhsil müəssisəsi və 27 regional UşaqGənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən ekoklubların 2000 üzvünün iki gün ərzində onlayn şəkildə sosial şəbəkələrdə canlı yayımlanan foruma qoşulmasına imkan yaradıb.

Təhsil nazirinin müavini Firudin Qurbanovun V Ekoloji Forum iştirakçılarına müarciəti

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun  V "Ekoloji Forum" iştirakçılarına müraciəti

BMTİP-nin Rezident Nümayəndəsinin müavini Çaru Bistin V "Ekoloji Forum" iştirakçılarına müraciəti



Загрузка...
Həmçinin oxuyun:
“Tullantıdan sənətə”

“Tullantıdan sənətə”

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Yaşıl məktəb”

“Yaşıl məktəb”

“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir

“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

V SABAH Tələbə Debat Forumu

V SABAH Tələbə Debat Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

“Azərbaycanda universitet tələbəsi tozlu havadan zərbə alır” – Görmədiyimiz gizli problem

“Azərbaycanda universitet tələbəsi tozlu havadan zərbə alır” – Görmədiyimiz gizli problem

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi