AzTehsil.com


Xəbərlər / Ziyalılar
19 may 2020
1 154


Azərbaycan və İran alimlərinin onlayn görüşü



Azərbaycan və İran alimlərinin onlayn görüşü

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu ilə İranın Təbriz Universiteti arasında imzalanmış  əməkdaşlıq memorandumuna əsasən, tərəflər arasında onlayn görüş keçirilib.

Tanışlıq məqsədi daşıyan distant görüşdə tərəflər qarşılıqlı olaraq elmi müəssisələrin tarixi, fəaliyyət istiqamətləri, son illərdə qazanılan  nailiyyətlər, gələcək planlar, eləcə də COVİD-19 koronovirus epidemiyası ilə əlaqədar elan edilmiş karantin dövründə əməkdaşların öz fəaliyyətlərini mövcud şəraitə necə uyqunlaşdırmaları  haqqında məlumatları bölüşüblər.

 Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, qlobal iqlim dəyişmələri, su çatışmazlığı, ərazilərdə təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması, ətraf mühitin mühafizəsi, ekologiya, landşaft planlaşdırılması, CİS texnologiyalarının tətbiqi, Xəzər dənizinin tədqiqi və s. məsələlər qurumun prioritet mövzularıdır.

İnstitutun Dovlət proqramlarının hazırlanması və yerinə yetirilməsindəki rolundan bəhs edən direktor  əməkdaşların  son aylar hazırladıqları Azərbaycanın irimiqyaslı rəqəmsal ekoloji risklər xəritəsi və sutka ərzində azı bir dəfə təzələnən dünya ölkələri, həmçinin Azərbaycan üzrə pandemiya haqqında məlumatların əks olunduğu "COVİD-19: Azərbaycanın real zamanlı monitorinq sistemi”nin tətbiqi haqqında xüsusi olaraq məlumat verib.

Elmi işlər üzrə direktor  müavini, dosent  Məhərrəm Həsənov Azərbaycanda iqlim və aqroiqlim sahəsindəki tədqiqatlardan, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirindən söhbət açıb.    

İqlim dəyişmələri, coğrafi informasiya sistemləri, landşaft planlaşdırılması, ətraf mühit mühafizəsi və s. sahələrin Təbriz  Universitetində geniş tədqiq edildiyini bildirən iranlı alimlər bu sahədə əldə etdikləri nailiyyətlərdən danışıblar. Qeyd olunub ki,  İranın ikinci ən böyük təhsil müəssisəsi olan Təbriz Universitetində tələbələr üçün hər cür şərait yaradılıb. Onlar təhsil almaqla yanaşı, elmlə kommersiyanı birləşdirərək elmi tədqiqatlarını da inkişaf etdirirlər.
Akademik R.Məmmədov və Təbriz Universiteti Planlaşdırma və ətraf mühit departamentinin rəhbəri, professor Behruz Sari Sarraf  yaxın günlərdə konkret mövzu ətrafında onlayn şəkildə keçiriləcək müştərək elmi seminardan  danışıb və bu seminarın qarşılıqlı əlaqələrin, elmin inkişafı  istiqamətində müsbət nəticələr verəcəyini qeyd ediblər. Tədbirin iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi mövzusuna həsr edilməsi hər iki elmi müəssisə tərəfindən razılıqla qarşılanıb.



Загрузка...
Həmçinin oxuyun:
LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq layihənin icrasında

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq layihənin icrasında

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Coğrafiya İnstitutunda COVİD-19-la bağlı maraqlı layihə

Coğrafiya İnstitutunda COVİD-19-la bağlı maraqlı layihə

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

“Pandemiya şəraitində “Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar

“Pandemiya şəraitində “Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Coğrafiya İnstitutu: – İsti ölkələrdə düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib

Coğrafiya İnstitutu: – İsti ölkələrdə düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib

Fizika İnstitutunun 4 layihəsi qalib olub

Fizika İnstitutunun 4 layihəsi qalib olub

AMEA koronavirusla bağlı onlayn konfrans keçirəcək

AMEA koronavirusla bağlı onlayn konfrans keçirəcək

“Türk dünyasının coğrafiyası və etnosu”

“Türk dünyasının coğrafiyası və etnosu”

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb

Varşava Universitetinin tələbələrinə distant Azərbaycan tarixi dərsləri

Varşava Universitetinin tələbələrinə distant Azərbaycan tarixi dərsləri