AzTehsil.com


Xəbərlər
19 aprel 2020
1 360


Coğrafiya İnstitutunda COVİD-19-la bağlı maraqlı layihə



Coğrafiya İnstitutunda COVİD-19-la bağlı maraqlı layihə

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu    günün reallığından irəli gələn əhəmiyyətli olan bir layihəyə imza atıb.

Qurumdan bildirilib ki, institutun direktoru, akademik Ramiz Məmmədovun rəhbərliyi ilə elmi müəssisənin əməkdaşları - Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibov və  Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Elnur Səfərov, həmçinin bu layihə çərçivəsində əməkdaşlıq edilən Türkiyənin Samsun Universitetinin elmi işçisi Fatih Ocak  tərəfindən "Covid-19 Azərbaycan Real Zamanlı Monitorinq Sistemi"  tətbiqi işlənib hazırlanıb.

Quintessence C&S şirkətinin texniki dəstəyini alan  layihənin əsas məqsədi ölkəmizdə, xüsusən dünyada geniş vüsət alan koronovirus pandemiyasının real zamanda monitorinqinin aparılmasıdır. Tətbiqdə dünya ölkələri və ayrıca olaraq, Azərbaycan üzrə pandemiya haqqında məlumatlar əks olunur və bu rəqəmlər sutka ərzində azı bir dəfə təzələnir.

Layihənin ideya rəhbəri Y.Nəsibovun  bildirdiyinə görə, tətbiqdə istinad edilən  dünya ölkələri üzrə məlumatlar Johns Hopkins Universiteti CCSE”ndən götürülüb. (https://systems.jhu.edu/research/public-health/ncov). Layihədə ESRI şirkətinin Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyasından istifadə edilib. Azərbaycan üzrə pandemiya haqqında rəqəmlər  Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına, həmçinin  https://koronavirusinfo.az  saytına istinad edilməklə verilir.

Şəhər və rayonlar üzrə əhali, xəstəxana, çarpayı sayı və hər 10.000 nəfərə düşən çarpayı sayı, yaşı 65-dən yuxarı olan insanların sayı və s. kimi məlumatlarda Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edilir.  Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüquqları isə Coğrafiya İnstitutuna məxsusdur.

İnstitutdan bildirilib ki, bu tətbiq cəmiyyətin maarifləndirilməsi işlərində, təhsil və elmi araşdırmalarda istifadə edilə bilər. Sosial bir layihə olduğundan isə ticarət məqsədi ilə  istifadəsi qəti qadağandır. Tətbiqdən yararlanan hər bir kəs sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, yeni yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv COVİD- 19 xəstələrinin və aparılan testlərin sayı haqqında məlumat əldə edə biləcək. Bundan başqa, virusla mübarizə aparan ölkələrin sayını da buradan öyrənmək olar. Tətbiqdən   istifadə etməklə,  məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə surətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür.

O da bildirilib ki, rəsmi qurumlar tərəfindən ölkə üzrə yalnız ümumi məlumatlar paylaşıldığından, pandemiyanın şəhər və rayonlar üzrə yayılması haqqında sutkalıq məlumatları (01.04.2020-ci il tarixi istisna olmaqla) tətbiqə daxil etmək mümkün olmayıb. Rəqəmlər əldə edilərsə,  şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.

Qeyd edək ki, istifadə edilən statistik məlumatlar Coğrafiya İnstitutunun əməkdaşları - elmi işçi Turanə Hüseynova və baş laborant Aygül Zülfüqarova tərəfindən hazırlanıb.

"Covid- 19  Azərbaycan Real Zamanlı Monitorinq Sistemi" tətbiqi ilə buradan tanış ola bilərsiniz:      https://caspisnet.maps.arcgis.com/apps/dashboards/0f59111ebed64bbcb282bdd03a2e3a8f 
muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda distant dərslər davam edir

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda distant dərslər davam edir

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

Valideynlər uşaqlara COVID-19 haqqında nələri və necə danışmalıdır?

Valideynlər uşaqlara COVID-19 haqqında nələri və necə danışmalıdır?

“Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminar keçiriləcək

“Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminar keçiriləcək

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanda koronavirusla bağlı sayt istifadəyə verildi

Azərbaycanda koronavirusla bağlı sayt istifadəyə verildi

UNEC aliminin “COVID-19” barədə araşdırması Scopus və “Web of Science” bazasında dərc olunub

UNEC aliminin “COVID-19” barədə araşdırması Scopus və “Web of Science” bazasında dərc olunub

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

"Azərbaycanın çiçəksiz ali bitkiləri” adlı kitabı ingilis dilində

"Azərbaycanın çiçəksiz ali bitkiləri” adlı kitabı ingilis dilində

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

DİM-də “COVID-19 haqqında məlumatlılıq” testi

DİM-də “COVID-19 haqqında məlumatlılıq” testi

Koronavirusa virusa yoluxanların sayı

Koronavirusa virusa yoluxanların sayı

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

ÜST-ün baş direktoru koronavirusla bağlı son vəziyyətdən danışdı

ÜST-ün baş direktoru koronavirusla bağlı son vəziyyətdən danışdı

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi təqdim edir

Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi təqdim edir

Dünyada koronavirusa yoluxanların sayı

Dünyada koronavirusa yoluxanların sayı

Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir

Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən yeni layihə

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən yeni layihə

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI