AzTehsil.com


Xəbərlər
10 avqust 2020
1 656


“Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinarların ilkin mərhələsinə yekun vurulub



“Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinarların ilkin mərhələsinə yekun vurulub

 

2020-ci ilin iyul-avqust aylarında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişafı Mərkəzinin (RUGİM) birgə təşkilatçılığı ilə "Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda məktəblilər və müəllimlər üçün onlayn platformada maarifləndirmə proqramı həyata keçirilib.

18 iyul tarixində start verilən proqram çərçivəsində avqustun 8-də keçirilən ilkin mərhələnin yekununda BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist, Təhsil nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov  mövzu ilə bağlı çıxış ediblər.

Vebinarda hər iki nazirliyin nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su problemlərinin aradan qaldırılması, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında müvafiq sərəncamını və bu sahədə müəyyənləşdirilmiş  2020-2022-ci illər üçün  Tədbirlər Planı haqda məlumatları diqqətə çatdırıblar.

Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil nazirinin müavini  Firudin Qurbanov həyatın özünün və insanın bütün təsərrüfat fəaliyyətinin su ehtiyatlarının istifadəsi ilə qırılmaz əlaqədə olduğunu, bütün canlı orqanizmlərin yaşaması üçün suyun  əvəzedilməz şərt olaraq böyük rol oynadığını qeyd edib. Suyun səmərəli istifadə ilə davamlı inkişafa dəstək verərək eyni zamanda ciddi qlobal risklərdən qoruyan əsas faktor olduğunu bildirən Firudin Qurbanov çıxışında "Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda məktəblilər və müəllimlər üçün keçirilən vebinarların dövlət başçısının son sərəncamlarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyinin BMTİP ilə keçirilməsinin vacibliyini qeyd edib. Nazir müavini çıxışının sonunda Təhsil Nazirliyi adından göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, BMTİP-na təşəkkürünü bildirib və bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləyərək, bundan sonra da ölkəmizdə ətraf mühitin, su ehtiyatlarının qorunmasında gənc nəslin daha aktiv iştirak etməyini tövsiyə edib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov dünyada şirin su ehtiyatlarının azaldığını və bunun başlıca səbəbinin qlobal iqlim dəyişikliyi olduğunu deyib. Vüqar Kərimov qeyd edib ki, Azərbaycan azsulu ölkələr sırasındadır və su çatışmazlığı problemi ölkəmizdən də yan keçmir.  Respublikamızın su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşır və Azərbaycana Kür, Araz, Samur kimi çaylarla tranzit olunur. Son 8 ildə müşahidə olunan davamlı quraqlıq su ehtiyatlarımızın azalmasına səbəb olub. Buna görə də su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsünün, uçotunun aparılması istifadəsinə nəzarətin gücləndirilməsi zəruridir. Nazirliyin rəsmisi ölkəmizdə suya qənaət edilməsi istiqamətində görülən işlərdən bəhs edib, gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəsi sudan səmərəli və qənaətlə istifadəyə çağırıb.

BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsinin müavini Çaru Bist tədbirdə çıxış edərək bütün dünyada 844 milyon insanın təmiz su çatışmazlığından əziyyət çəkdiyini, 600 milyon uşağın isə təmiz suya  çıxışının çox zəif olduğu ərazidə yaşadığını bildirib. O, beynəlxalq təcrübəyə əsasən bəzi ölkələrin su qıtlığı probleminə müxtəlif sektorlar üzrə su resurslarının səmərəli idarə olunması yolu ilə nail olunduğuna diqqət çəkib. Çaru Bist həmçinin bu gün gənclərin dünyada müsbət dəyişikliklərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıb. Çıxışında gənclərin malumatlılığının artırılmasında, maarifləndirmə proqramlarının həyata keçirilməsində, təbiətin qorunması, eləcə də bərpa olunan enerjinin təbliğ edilməsi və ekoloji cəhətdən təmiz təcrübənin mənimsənilməsi üçün yerli, milli və qlobal səviyyədə fəal iştirak etdiklərini qeyd edib.

Onlayn tədbirlərdə "Su probleminin yaranma səbəbləri”, "İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri”, "Maarifləndirmə: amalımız - sudan qənaətlə istifadədir!”, "Su problemi və gender”, "Sudan səmərəli istifadə, həyata keçirilən layihələr” və digər mövzularda Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Umayra Tağıyeva, Faiq Mütəllimov, Rafiq Verdiyev, İradə İbrahimova, su problemləri üzrə müstəqil ekspert Rövşən Abbasov, KİV nümayəndəsi Orxan Kərimov, Gender eksperti Xalisə Şahverdiyeva, BMT İP baş proqram müşaviri Çingiz Məmmədov, BMT-nin İqlim dəyişmələri üzrə konvensiyasına dördüncü Milli Məlumatın hazırlanmasına texniki yardım” layihə assistenti Elanə Əlizadə və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirak ediblər.

Qeyd olunub ki, proqramın əsas məqsədi dünyada, o cümlədən Azərbaycanda da mövcud olan su problemləri, insan həyatı və sağlamlığı, öncəliklə də uşaqların həyatı və sağlamlığının mühafizəsi üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, sudan istifadə sahəsində yeni qənaətcil texnologiyaların tətbiqi və su itkilərinin qarşısının alınmasında məktəblilərin məlumatlandırılması və  maarifləndirilməsi, həmçinin  müəllim və metodistlərin bu istiqamətdə biliklərinin artırılmasıdır. Hər şənbə günü iki saat ərzində mütəxəssis hidroloqların, ekoloqların, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı əməkdaşlarının, RUGİM-in mütəxəssislərinin, jurnalistlərin, ekoloji QHT nümayəndələrinin iştirakı ilə məlumatlandırıcı onlayn vebinarlar təşkil olunub, uşaq və gənc auditoriya və müəllimlər üçün təqdimatlar, interaktiv sorğular hazırlanıb, animasiya filmləri və sosial videoçarxlarlar nümayiş etdirilib, sual və cavablar üçün vaxt ayrılıb, məktəblər və ev təsərrüfatları üçün pilot layihələr məsələləri müzakirə edilib. Vebinarlar 300 iştirakçıdan ibarət bir qrupda onlayn olaraq keçirilib və sosial şəbəkələrdə canlı yayımlanaraq, hər bir maraqlanan uşaq və böyüklər onlayn yayımlara qoşulmaq, suallarını vermək və ya bir mütəxəssisə qulaq asmaq üçün linki əldə edə biliblər. Proqrama məktəblilərlə yanaşı, respublikanın 50-dən çox rayon mərkəzi də qoşulub.

Ekoloji təhsilin Yer kürəsində davamlı inkişafa nail olmaq, ətraf mühitə təsiri azaltmaq üçün vacib amillərdən olduğunu bildirən nazirlik rəsmiləri bu tədbirin uşaq və gənclərin ekoloji tərbiyəsinin formalaşmasına, faydalı təcrübənin öyrənilməsinə töhfə verəcəyini qeyd ediblər.

Bu məsələyə böyük maraq və gənc nəsil arasında maarifləndirmə işinin əhəmiyyəti nəzərə alınaraq, layihəni planlaşdırıldığı kimi 4 məlumat sessiyası ilə başa çatdırmamaq, sentyabr ayına qədər vebinarları davam etdirmək və maarifləndirici məlumat işləri üçün gələcək iş planını hazırlamaq qərara alınıb.

 



Загрузка...
Həmçinin oxuyun:
Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

Nazir müavini Biləsuvarda gənc müəllimlərlə görüşüb

Nazir müavini Biləsuvarda gənc müəllimlərlə görüşüb

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

“Plastiksiz həyat uşaqların gözü ilə”

“Plastiksiz həyat uşaqların gözü ilə”

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Azərbaycan və İran alimlərinin onlayn görüşü

Azərbaycan və İran alimlərinin onlayn görüşü

“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda virtual elmi konfrans

“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda virtual elmi konfrans

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

“Tullantıdan sənətə”

“Tullantıdan sənətə”

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Azərbaycan tələbə-könüllülərinin Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Aquahack” yarışmasının qalibi olan AzTU komandası mükafatlandırıldı

“Aquahack” yarışmasının qalibi olan AzTU komandası mükafatlandırıldı

AzMİU-nun müəllimi ilk virtual hackathonun qalibi olub

AzMİU-nun müəllimi ilk virtual hackathonun qalibi olub