AzTehsil.com


Xəbərlər
09 mart 2018
2 706


Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək



 

Bu gün Abşeron rayonunun Saray qəsəbəsində yerləşən "Alimlər şəhərciyi”ndə (Science City) AMEA əməkdaşları üçün tikiləcək kooperativ yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək son illər rəhbərlik etdiyi qurumda əməkdaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, akademiya tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. Əlavə edib ki, əməkdaşların sosial problemlərinin həlli ilə bağlı işlərin görülməsi hər zaman rəhbərliyin diqqət mərkəzində saxlanılacaq.  

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edən akademik Akif Əlizadə əhalinin sosial rifahının yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb. Qeyd edib ki, akademiya tarixində mühüm hadisə olan "Alimlər şəhərciyi”nin inşası da bu istiqamətdə atılan məqsədyönlü addımlardan biridir.

AMEA-da həyata keçirilən gənclər siyasətindən söz açan akademik A.Əlizadə bu qurumda təşkil olunan magistratura pilləsinin gənc kadrların elmə cəlb olunması istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyib. Alim gənclərin sosial problemlərinin həlli ilə də bağlı hər zaman lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək yeni kompleksin tikilməsinin Abşeron sakinləri üçün böyük tarixi əhəmiyyətə malik olduğunu deyib.

İ.Gülməmmədova "Science City” yaşayış kompleksinin ekoloji təmiz havası olan ərazidə yerləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, burada müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Təhsil nazirinin müavini Firudin Qurbanov elm şəhərçiyinin təməlinin qoyulmasını mühüm tarixi hadisə kimi qiymətləndirərək, bu layihəyə təhsil işçilərinin də qoşulmasının məqsədəuyğun olduğunu vurğulayıb.  

Sonra akademik Akif Əlizadə rəmzi lenti kəsərək "Science City" yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.Azedu//



Загрузка...
Həmçinin oxuyun:
“Bu alimlər də evlə təmin olunacaq” – Akif Əlizadə

“Bu alimlər də evlə təmin olunacaq” – Akif Əlizadə

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Akif Əlizadə: Bəzi elmi məktəblər sönmək üzrədir

Akif Əlizadə: Bəzi elmi məktəblər sönmək üzrədir

Valideynlərini itirən gənclər işlə təmin edilib

Valideynlərini itirən gənclər işlə təmin edilib

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Akif Əlizadə: "Əvvəllər məktəblərdə Azərbaycan dilinin tələffüzünə daha ciddi yanaşılırdı"

Akif Əlizadə: "Əvvəllər məktəblərdə Azərbaycan dilinin tələffüzünə daha ciddi yanaşılırdı"

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

MİDA təhsil işçilərinə də güzəştli mənzil satacaq - YENİLİK

MİDA təhsil işçilərinə də güzəştli mənzil satacaq - YENİLİK

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bu il ölkəmizdə 137 modul tipli məktəb tikiləcək

Bu il ölkəmizdə 137 modul tipli məktəb tikiləcək

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur