AzTehsil.com


Xəbərlər / Müəllim
01 iyul 2021
6 338


Dərslərin sentyabrın 1-dən başlaması təklif olunur



 

"İyunun 16-dan başlayan "Yay məktəbi" özünü doğrultdu. Düzdür, qarşıya qoyulmuş hədəflərə tam olaraq çatmaq mümkün olmasa da, nəticə pis deyil".

Bunu Reyting.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

K. Əsədov bildirib ki, "Yay məktəbi”nin təşkilində ən vacib məqsəd və hədəf şagirdlərdə bir ildən çox müddət ərzində pandemiya səbəbindən bir-birilə itmiş ünsiyyətin bərpası idi: "Eyni zamanda tədrisdə boşluqlar yaranmışdı, bəzi mövzuların keçirilməsində problemlər var idi, "Yay məktəbi” onların qismən aradan qaldırılmasında rol oynadı”.

Təhsil ekspertinin sözlərinə görə, "Yay məktəbi" təşkil olunanda məqsəd o deyildi ki, bir il ərzində zəif keçirilən və ya keçirilməyən, şagirdlər tərəfindən zəif mənimsənilən və ya mənimsənilməyən mövzular tam olaraq onlara çatdırılsın: "Belə bir hədəf və məqsəd yox idi. Ən vacibi ondan ibarət idi ki, şagirdlərin asudə vaxtı səmərəli təşkil olunsun, onların bir-birilə ünsiyyət qabiliyyəti formalaşdırılsın. Məqsəd həm də, hər gün məktəbə getməklə əvvəlki illərdə formalaşmış praktika və təcrübənin yenidən təkrarlanması idi. Çünki pandemiya səbəbindən ənənəvi tədris tamamilə ləğv edilərək onlayna keçirildi, sonra hibrid formada həftədə 2-3 dəfə təşkil olundu. Şagirdlər əvvəl ənənəvi formada olduğu kimi, erkən saatlarda oyanıb məktəbə getmək vərdişlərini itirmişdilər. Ona görə "Yay məktəbi" əsasən şagirdlərin fiziki və psixoloji olaraq hər gün erkən saatlarda məktəbdə olma, tədris prosesində iştirak etmə bacarıqlarını formalaşdırmağa hədəflənmişdi".
 
Ekspert qeyd edib ki, ümumtəhsil məktəblərindəki şagirdlərin 35 faizi "Yay məktəbi"ndə iştirak edib:

"Azərbaycanın bütün bölgələrində monitorinqlər apardıq. "Yay məktəbi" Azərbaycanın bölgələrində çox keyfiyyətli təşkil edildi. Baxmayaraq ki, Aran zonasında havanın temperaturu yüksək idi, bu, şagirdlərin "Yay məktəbi"ndə iştirakına, müəllimlərin həvəslə dərs keçməsinə mane olmadı. Demək olar ki, bütün məktəblərdə "Yay məktəbi” açıq havada təşkil edildi. Bu, eyni zamanda yeni tədris alma formasını bizə öyrətdi ki, əgər hava şəraiti imkan verərsə, açıq havada da dərslər keçə bilərik. Hesab edirəm ki, bunun müsbət tərəfi var. Ən azından şagirdlərin azsaylı olması imkan verdi ki, onlar rahatlıqla mövzuları dinləyib, müəllimlərindən soruşsunlar”.

K. Əsədov Bakıda daha fərqli mühit gördüklərini deyib: "Digər tərəfdən, məktəb rəhbərliyinin şagirdlərlə şahmat oynaması, hətta özünün tədris prosesində iştirak etməsi, bölgələrdə rayon təhsil şöbələrinin birbaşa prosesləri nəzarətdə saxlaması "Yay məktəbi"ndə keyfiyyətə müsbət təsir göstərdi. Təbii ki, bütün hədəflərə çatılmadı. Buna səbəb bəzi müəllimlərin məsələyə kor-təbii yanaşmasıdır".

K. Əsədov bildirib ki, hava şəraiti ilə əlaqədar "Yay məktəbi"nin uzadılması mümkün deyil: "Həmçinin iyulun 1-dən etibarən müəllimlər məzuniyyətə çıxır. Onlar 56 günlük yay məzuniyyətində olacaqlar. Amma sentyabrın 15-dən deyil, tədrisi sentyabrın 1-dən başlasaq, qaldığımız yerdən daha da effektiv olar. Hesab edirəm ki, növbəti tədris ilini sentyabrın 1-dən başlamaqla digər yarımçıq qalmış hədəflərə də çata bilərik".

Qeyd edək ki, bu gün "Yay məktəbi"nin bağlanış mərasimi keçirilib. "Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak ediblər. I-IV siniflərdə tədris həftədə 5 dəfə - gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə - gündəlik 3-4 saat olmaqla təşkil olunub. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilib. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilib.



Загрузка...
Həmçinin oxuyun:
“Yay məktəbi”nin fəaliyyət göstərdiyi məktəblərin sayı AÇIQLANDI

“Yay məktəbi”nin fəaliyyət göstərdiyi məktəblərin sayı AÇIQLANDI

Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub

Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub

“Yay məktəbi”nə hazırlıq davam edir

“Yay məktəbi”nə hazırlıq davam edir

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

Yay məktəbinə qeydiyyat başlayıb

Yay məktəbinə qeydiyyat başlayıb

İyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə start veriləcək

İyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə start veriləcək

Şagirdlərin kütləvi vaksinasiyası nəzərdə tutulur?

Şagirdlərin kütləvi vaksinasiyası nəzərdə tutulur?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

"Yay məktəb"lərinə qəbul başlayıb

"Yay məktəb"lərinə qəbul başlayıb

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Mehriban Vəliyeva: “”Yay məktəbi”nin müddətinin uzadılması hələ dəqiq deyil”

Mehriban Vəliyeva: “”Yay məktəbi”nin müddətinin uzadılması hələ dəqiq deyil”

Təmayülləşmə 720 məktəbi əhatə edib

Təmayülləşmə 720 məktəbi əhatə edib

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Əyani tədris qismən bərpa olunur

Əyani tədris qismən bərpa olunur

Vəfa Yaqublu fevralın 1-dən distant dərslərin keçib-keçməyəcəyinə aydınlıq gətirib

Vəfa Yaqublu fevralın 1-dən distant dərslərin keçib-keçməyəcəyinə aydınlıq gətirib