AzTehsil.com


Xəbərlər / Müəllim
19 yanvar 2021
4 564


Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”



 

"Bu gün bir çox ölkədə koronavirus infeksiyasına qarşı peyvənd vurulması prosesi başlayıb, təhsil prosesinin bərpa edilməsi istiqamətində tədbirlər görülür. Azərbaycan da istisna deyil və yaxın gələcəkdə Təhsil Nazirliyinin ənənəvi təhsil formasının bərpasını elan edəcəyini gözləyirik”.

Bu sözləri Media.Az-a açıqlamasında təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu proses birinci növbədə ibtidai sinif şagirdlərinə, birinci və dördüncü kurs tələbələrinə şamil ediləcək.

"Əlbəttə ki, hamını bir anda təhsilə cəlb etmək məqsədəuyğun deyil, proses mərhələli formada davam edəcək, çünki insanların bir yerə kütləvi toplanması arzuolunmaz nəticələrə səbəb ola bilər.  Yenə deyirəm, ilk növbədə təhsil prosesi ibtidai siniflərdə (birinci, ikinci siniflərdə) bərpa olunmalıdır. İbtidai sinif şagirdləri üçün onlayn təhsil almaq çətindir, onlar tədris materialını dərk etməkdə çətinlik çəkirlər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, onlar artıq 11 aydır ki, onlayn təhsil alır. Buna görə həm fiziki, həm də psixoloji cəhətdən ənənəvi təhsil formasına dərhal uyğunlaşmaq çətin olacaq. Beləliklə, tədris prosesinin tədricən bərpası ən yaxşı seçimdir”, - deyə təhsil eksperti qeyd edib.

K.Əsədovun sözlərinə görə, çətin ki, təhsil prosesi bərpa edildikdən dərhal sonra şagirdlər hər gün dərslərdə iştirak etsin.

"Çox güman ki, həftədə üç dəfə dərslər ənənəvi formada, qalan günlərdə isə onlayn keçiriləcək. Düşünürəm ki, buraxılmış dərslərin əvəzini çıxmaq üçün bədən tərbiyəsi, musiqi, dünya biliklərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır, bunlar onlayn formatda da həyata keçirilə bilər. Xarici dil, riyaziyyat, kimya kimi daha əhəmiyyətli fənlər isə ənənəvi şəkildə tədris olunmalıdır. Bunun üçün münasib bir tədris proqramının hazırlanması vacibdir”, - deyə K.Əsədov fikrini tamamlayıb. 



Загрузка...
Həmçinin oxuyun:
Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”

Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Təhsilin bərpası ilə bağlı tövsiyə

Təhsilin bərpası ilə bağlı tövsiyə

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Baş infeksionist: Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz

Baş infeksionist: Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz

İbtidai siniflərdə  bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

İbtidai siniflərdə bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

Dərslər 15 sentyabrda başlaya bilər? - “Onlayn təhsil baş aldatmaqdır”

Dərslər 15 sentyabrda başlaya bilər? - “Onlayn təhsil baş aldatmaqdır”

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Pandemiya şəraitində məktəb – gigiyena qaydaları necə tənzimlənməlidir?

Pandemiya şəraitində məktəb – gigiyena qaydaları necə tənzimlənməlidir?

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

“MİQ imtahanlarında məntiqə aid suallara ehtiyac yoxdur” – Ekspertdən irad və təkliflər

“MİQ imtahanlarında məntiqə aid suallara ehtiyac yoxdur” – Ekspertdən irad və təkliflər

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.