Xəbərlər
10 iyun 2021

İmtahandan intihara aparan yol

 

Emilya Tağıyeva yazır...

Bu gün 17 yaşlı qız müstəqil həyatın astanasına qədəm qoymamış intihar edib. İlkin ehtimallara görə, səbəb imtahanlardakı zəif nəticə olub.

İndi bir çoxları onun valideynini ittiham edəcək, "yəqin evdə çox təzyiq göstəriblər” deyəcək.

Bunun nə dərəcədə həqiqət olduğunu deyə bilmərəm. Amma bir şeyi dəqiq bilirəm ki, cəmiyyətin təqsiri heç də az deyil.

Bunu təcrübə əsasında deyirəm. Mən də məktəbi bitirən ili universitetə daxil ola bilməmişdim. Çox utancaq və çəkingən olduğumdan imtahanda özümü möhkəm itirmişdim.

Həmin vaxt atam da, anam da mənə çox dəstək oldular, maksimum dərəcədə sakitləşdirməyə çalışdılar. Amma mən öz otağımdan çıxmağa belə utanırdım. Bircə şeyi düşünürdüm: Biabır oldum...

İndiki ağlım olsaydı, o qədər həyəcan keçirməzdim. Amma yeniyetməlik duyğuları fərqli olur.

Bu yeniyetmələrin intiharında məktəbin də rolu az deyil. Çünki məktəb psixoloqlarının adı var, özü yoxdur. Bunu mən bilirəm, sən bilirsən, Əhməd bilir, Məmməd bilir, Təhsil Nazirliyi bilmir? Əgər uşaqlara məktəb vaxtında lazımi psixoloji yardım göstərilsə, əminəm ki, belə intiharların "kitabını bağlaya” bilərik. Uşaqlar anlamalıdırlar ki, bu, müstəqil həyatın sadəcə ilk imtahanıdır, bundan sonra həyat ancaq sınaqlarla davam edəcək. Psixoloqlar da onları buna hazırlamalıdırlar.

Valideyn kimi isə bizim məsuliyyətimiz hamıdan çoxdur. Amma bəzən bizlər də yanlış bildiyimiz doğrular üzündən övladlarımızın həyatını məhv edirik... Buna görə də həyatın bütün çətinliklərinə baxmayaraq, övladımızın bizə verilmiş ən böyük nemət olduğunu unutmadan, vaxt tapıb belə məsələlərdə maksimum maariflənməliyik, müəllimlərlə əlbir olaraq uşaqlarımıza özünəinamı aşılamalı, ilk çətinlikdə geri çəkilməməyi öyrətməliyik.

Universitetə girmədiyim il ən böyük dəstəkçim atam oldu. O, mənə mənəvi dəstəkdən əlavə işə düzəltdi, özünə üçün əlindən gələni etdi. Sonrakı il özümə əminliyim o qədər artmışdı ki, heç hazırlaşmadan istədiyim fakültəyə rahatlıqla girdim. Beləliklə öyrəndim ki, bütün uğursuzluqların öhdəsindən gəlmək olar. Sadəcə səbr və əzm lazımdır. Bu hadisə bütün illərdə qarşıma çıxan çətinliklərin öhdəsindən təmkinlə gəlməyimə və sabaha olan ümidimin heç vaxt sönməməsinə səbəb oldu. Belə çıxır ki, universitetə girməməyim heç də uğursuzluq deyilmiş. Uşaqlarımıza da bunu öyrətməliyik.


Загрузка...
loading...

Həmçinin oxuyun:
Bir vaxtlar uşaqlar üçün məlumat mənbəyi yalnız kitablar və məktəblər idi

Bir vaxtlar uşaqlar üçün məlumat mənbəyi yalnız kitablar və məktəblər idi

Ölkədə belə  bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.

Ölkədə belə bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.

SOS! İntiharlar cavanlaşıb: 14 yaşlı yeniyetmə... - Ailədən qopmalar

SOS! İntiharlar cavanlaşıb: 14 yaşlı yeniyetmə... - Ailədən qopmalar

Uşaqlarda diqqət dağınıqlığının səbəbləri

Uşaqlarda diqqət dağınıqlığının səbəbləri

Tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyin 6 yolu

Tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyin 6 yolu

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

VALİDEYNLƏRİN UŞAQLARA DEMƏMƏLİ OLDUĞU 10 CÜMLƏ

VALİDEYNLƏRİN UŞAQLARA DEMƏMƏLİ OLDUĞU 10 CÜMLƏ

Həyat

Həyat "selfie"dən ibarət deyil .

Atası təhsil almasına qarşı çıxdı, o isə evi tərk etdi

Atası təhsil almasına qarşı çıxdı, o isə evi tərk etdi

Yeniyetməlik dövrü insanın həyatında ən maraqlı, həm də ən çətin dövrdür.

Yeniyetməlik dövrü insanın həyatında ən maraqlı, həm də ən çətin dövrdür.

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Sosioloq həyacan təbili çaldı: “Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb”

Anam özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.

Anam özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

Qızı ilə birlikdə eyni fakültəyə qəbul oldu

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”

Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?