AzTehsil.com


Xəbərlər
23 aprel 2021
866


Distant tədris prosesində bərabər imkanlar



Distant tədris prosesində bərabər imkanlar

 

Finlandiya hökuməti tərəfindən pandemiya dövründə distant tədris prosesində təhsilanlar arasında bərabər imkanların yaradılması barədə proqram hazırlanıb. Koronavirus pandemiyası zamanı Finlandiya şagirdləri arasında bərabərsizliyin aradan qaldırılması proqramını ölkənin təhsil naziri Yussi Saramo aprelin 17-də YLE teleradio şirkətinin efirində elan edib.

Təhsil naziri qeyd edib ki, koronavirus pandemiyası səbəbindən məktəblərin bağlanması ilə nəticələnən distant təhsil zamanı məktəblilər və tələbələr arasında gizli bərabərsizlik güclənir. Təminatlı ailələrdən olan uşaqların valideynləri distant təhsil çatışmazlıqlarını əlavə təhsil xidmətləri ilə kompensasiya edə bilərlər. "Bəzi uşaqlar və gənclər evdə təhsil alarkən güclü dəstək alırlar, digərləri isə uzaqdan təhsil alarkən daha çox öz qüvvələrinə və məktəblərin dəstəyinə güvənirlər”, - deyə Saramo qeyd edib.  Nazir hesab edir ki, koronavirus böhranı şagirdlər arasında gizli bərabərsizliyi dərk etmək və onu dayandırmaq üçün yaxşı bir zamandır. Nazirliyin rəhbəri bildirib ki, hökumət uzaqdan təhsil zamanı kömək almayan uşaqlar üçün təhsilin maliyyələşdirilməsi məqsədilə 67,8 milyon avro ayıracaq. Bu, yoxsullarla zənginlər arasında təhsil almaqda mövcud olan fərqləri aradan qaldırmağa imkan verəcəkdir. "İşsizlik səviyyəsi yüksək, təhsil səviyyəsi aşağı və ya əcnəbilərin payı yüksək olan bölgələrə ayrı-ayrı qrantlar hesabına şagirdlərin distant təhsilinə dəstək ola bilərik”, - deyə Saramo qeyd edib.  O, hesab edir ki, bu maliyyələşdirmə irəliyə doğru vacib addım olacaq, hər bir uşağa və gəncə tam təhsil almaq imkanına zəmanət verəcəkdir.

Nazir əlavə edib ki, uzaqdan təhsil tez-tez uşaqların müvəffəqiyyətlərinin güclü surətdə azalmasına səbəb olur və mövcud vəziyyət nə qədər uzun sürərsə, o qədər çox uşaq tədris prosesindən ayrı düşəcək.

 

Oruc MUSTAFAYEV



Загрузка...
Həmçinin oxuyun:
Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

"Biz məktəbi uzaqdan öyrənmə ilə əvəz etməyəcəyik"

"Biz məktəbi uzaqdan öyrənmə ilə əvəz etməyəcəyik"

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Məktəb təhsilinin vəziyyəti

Məktəb təhsilinin vəziyyəti

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Özəl məktəblər ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar.

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Britaniyalı məktəblilər tədris ilini başa çatdıra bilmirlər

Britaniyalı məktəblilər tədris ilini başa çatdıra bilmirlər

Pandemiyanın təhsilə təsiri

Pandemiyanın təhsilə təsiri

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Finlandiya məktəbləri karantindən sonra

Finlandiya məktəbləri karantindən sonra

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

Daha beş məktəb koronavirusa görə bağlandı

Daha beş məktəb koronavirusa görə bağlandı

Təhsil naziri: “Yoluxma səbəbindən gün ərzində 10-12 məktəb bağlanırdı”

Təhsil naziri: “Yoluxma səbəbindən gün ərzində 10-12 məktəb bağlanırdı”

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Yeni məktəb ilində şagirdləri nə gözləyir - ŞƏRH

Yeni məktəb ilində şagirdləri nə gözləyir - ŞƏRH

Vaksinasiya olunan müəllim və texniki işçilərin sayını açıqladı

Vaksinasiya olunan müəllim və texniki işçilərin sayını açıqladı

Bərabərlik və inklüzivlik naminə

Bərabərlik və inklüzivlik naminə