AzTehsil.com


Xəbərlər / Ziyalılar / Müəllim
20 mart 2021
1 520


Hikmət Əlizadə: Səhvimiz hardadır?



Hikmət Əlizadə:  Səhvimiz hardadır?

 

Təhsilin tarixinə diqqət etdikdə, hələ qədim dövrlərdən etibarən yeni nəslə verilən təhsilin iki məqsəd üzərində kökləndiyini görürük: 

1.Təhsilalanları həyata hazırlamaq;

2.Təhsilalanları təhsilin növbəti səviyyəsində təhsil almağa hazırlamaq. 
  
Azərbaycan Respublikasının Təhsil Qanununda təhsilin hər bir səviyyəsinin məqsədi bu kökdə açıqlanır. Ölkəmizdə ümumi təhsil üç səviyyədə həyata keçirilir: ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil. 

Hamıya bəlli olan SİRR
Şagirdlər on bir il orta məktəbdə təhsil alırlar. Amma təhsilin növbəti pillə və səviyyəsində (bakalavriatura nəzərdə tutulur) təhsillərini davam etdirmək üçün orta məktəbdə aldığı biliklər heç də həmişə yetərli olmur. Bəzi orta məktəb şagirdləri XI sinifdə təhsil alarkən ali məktəbə hazırlaşmaq üçün repetitorun yanına gedirlər. Görəsən səhvimiz haradadır? Biz nəyi düz etmirik? Fikrimizcə, bu səhvləri elə təhsilin məzmununda axtarmalıyıq. Bu suallara aydınlıq gətirmək üçün, diqqəti əvvəlcə inkişaf etmiş ölkələrdə ümumi təhsilin məzmununun bəzi konturlarına yönəldək.

ABŞ-da ümumi təhsilin məzmunu
ABŞ-da orta məktəbin birinci səviyyəsi ibtidai təhsil "Elementary school” (5 il), ümumi orta təhsil "middle school” (3 il), tam orta təhsil "hign school” (4 il) adlanır. 

"Elementary school” səviyyəsində şagirdlərin fərdi istedadlarını inkişaf etdirmək üçün üçüncü sinifdə xüsusi testlər vasitəsi ilə onları qabiliyyətə görə qruplara bölür, təlim prosesində onların bu və ya digər fənnləri öyrənməsinə üstünlük verilir. Bu səviyyədə hətta istedadlı və geridə qalan şagirdlər üçün ayrı siniflər mövcuddur. Bu siniflər  evə verilən tapşırıqlarının səviyyəsi və fənlərin öyrənilməsi dərinliyi ilə bir-birindən fərqlənir.

"Middle school” səviyyəsində riyaziyyat, ingilis dili, təbiət elmləri, sosial elmlər (dünya tarixi də bura daxildir) və bədən tərbiyəsi məcburi fənn kimi tədris edilir. 8
 sinifdə isə şagirdlərə əlavə olaraq xarici dil, incəsənət və ya texnologiya kimi fənləri seçmək hüququ verilir. 
"Hign school” səviyyəsində müstəqillik daha da çoxalır, şagirdlər ali məktəbə qəbul olmaq üçün seçdikləri ixtisasa uyğun aşağıdakı fənlər üzrə əlavə məşğələlərdə iştirak edə bilərlər: xarici dil, kompyuter qrafikası və veb-dizayn, informatika, robot texnikası, jurnalistika, kinomotoqrafiya, teatr sənəti və s. Zərurət hiss edənlər və ali məktəbə daha yaxşı hazırlaşmaq məqsədi ilə "Advanced Placement” adlanan 13 sinifdə seçdikləri ixtisasa uyğun fənlər üzrə daha dərin bilik əldə edə bilirlər. 

Finlandiyada təhsilin məzmunu 
1-6 siniflər baza orta təhsilin aşağı səviyyəsi, 7-9 siniflər isə baza orta təhsilin yüksək səviyyəsi kimi dəyərləndirilir. 9 illik baza təhsilini bitirdikdən sonra şagirdlər daha bir il (onuncu sinif) əlavə təhsil almaq hüququna malikdir. Əlavə təhsil məzunların təhsilin növbəti pilləsinə daha yaxşı hazırlaşması məqsədi ilə həyata keçirilir. 9-cu sinfi yəni ümumtəhsil məktəbini bitirdikdən sonra şagirdlər tam ümumi orta təhsil verən liseylərdə və ya texniki-peşə məktəblərində təhsillərini davam etdirə bilərlər. Əgər texniki-peşə məktəbində təhsil almaq istəyən şagirdlər müəyyən ixtisas üzrə peşə təhsili alıb, istehsalatda işləyə bilirlərsə, liseylərdə şagirdlər ali təhsilə qəbul olmaq üçün təhsillərini davam etdirirlər. Liseylərə qəbul olmaq üçün şagirdlər orta təhsili daha yüksək balla bitirməlidirlər. 
  
Fransada təhsilin məzmunu
 İbtidai təhsil Fransada 5 il həyata keçirilir: - Bir il hazırlıq kursu, iki il başlanğıc kurs, iki il orta kurs. Təhsilin bu mərhələsini bitirdikdən sonra imtahan verilir, şagirdlər ibtidai təhsil haqqında sertifikat əldə edirlər. 
Orta təhsil Fransada iki blokdan ibarətdir. 6-5 siniflər (burada siniflər yuxarıdan aşağı nömrələnir) müşahidə (kollej), 4-3 siniflər oriyentasiya bloku (lisey) adlandırılır. Kollejdə təhsil almaq icbaridir. Şagirdlər ümumtəhsil fənlərinin standart toplusunu və hər hansı bir xarici dili öyrənirlər. Liseydə isə şagirdlər marağına əsasən  əlavə xarici dil  öyrənirlər.  3-cü sinifdən sonra təhsili bitirmə haqqında şəhadətnamə əldə edən şagirdlər, bundan sonra təhsillərini davam etmək üçün iki yol seçə bilərlər: Ya onlar peşə təhsili haqqında diplom verən peşə liseylərində təhsil ala bilərlər, ya da onları ali məktəblərə qəbul olmağa hazırlayan liseylərə. Bu liseylərdə proqram üç il üçün nəzərdə tutulmuşdur. 

İngiltərədə təhsilin məzmunu
İngiltərədə ibtidai təhsil iki mərhələdə (key stages) həyata keçirilir. I mərhələdə  5-7, ikinci mərhələdə 7-11 yaşlı şagirdlər təhsil alırlar. İbtidai məktəbdə əvvəlcə ingilis dili, ədəbiyyat və riyaziyyat, tədricən isə təbiət fənləri, xarici dil, humanitar, dəqiq və kompyuter elmlərini tədris edilir. Uşaqlar məktəbdə, yaradıcı işlərlə,  idmanla və s. məşğul ola bilərlər. Əsasən onların sosiallaşmasına, ünsüyyət bacarıqlarının inkişafına, özünə inamın formalaşmasına, müstəqil şəxs kimi yetişməsinə üstünlük verilir. 

  11 yaşdan 16 yaşına qədər orta məktəbdə təhsil alan şagirdlər GCSE (General Certificate of Secondary Education) şəhadətnaməsi almaq üçün hazırlanırlar.  Orta məktəb İngiltərədə iki mərhələdə həyata keçirilir. III mərhələdə (11-13) şagirdlər 15-ə qədər fənn öyrənir, peşə yönümü məşğələlərində iştirak edir və sonda imtahan (Common Entrance Examination) verirlər.  IV mərhələ (14-16) isə məqsədyönlü şəkildə buraxılış imtahanına (GCSE) hazırlıq üzərində qurulur. Bundan sonra onlar işləməyə və ali məktəbin qəbul imtahanlarına hazırlaşa bilərlər.
  
 Ali təhsil almaq qərarına gələn 16-18 yaşlı gənclər növbəti mərhələdə öz seçdikləri ixtisasa uyğun olaraq, 3-4 fənni seçir və sonda A-Level (Advanced Level Examinations) imtahanı verirlər. 

Müxtəlif ölkələrdə təhsilin məzmunu ilə tanışlıqdan gəldiyimiz qənaət

 Bu gün, dünyanın inkişafını özəlliklərinə qədər qürurla əks etdirən internet səhifələrində müxtəlif ölkələrin təhsil sistemi, onun quruluşu və məzmunu haqqında kifayət qədər məlumat var və biz başqa ölkələrin də təhsil sistemi, təhsilin məzmunu, quruluşu haqqında qeydlər edə bilərdik. Amma düşünürük ki, təsadüfi seçim üzrə qeyd etdiyimiz dörd ölkənin məlumatları qane edicidir və biz onları təhlil edəndə maraqlı bir məqamla qarşılaşıraq. Məktəb sistemi hər bir ölkədə özünəməxsus fərqlərə malik olsa da, onların hamısında şagirdlərin həyata hazırlanması ilə bərabər ali məktəbə hazırlığı da məktəbdə həyata keçirilir. Bu bir tərəfdən məktəbin məsuliyyətini artırır, ikinci tərəfdən məktəbin məzmununun daim təkmilləşdirilməsini tələb edir. Bəs biz bu problemi necə həll edə bilərik? Maraqlıdır ki, bunun ən səmərəli yolu Azərbaycan Respublikasının Təhsil qanununda göstərilib. 
 
Səhvimizin "episentri” haradadır?
2009 -cu ildə qəbul edilmiş Təhsil qanununun 19.17. maddəsinda yazılır: "Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunukasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsuyyət saxlaması təmin olunur”.

Bu maddədə "tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması” məsələsi vurğulanır. Ümumi təhsil məktəblərində şagirdlərin istedad və qabiliyyəti üzə çıxarılmasında müəyyən çətinliklər müşahidə olunur. Fikrimizcə, bunun səbəbini ümumi təhsil məktəbinin məzmununda axtarmalıyıq. Bu məsələni aydınlaşdırmaq üçün belə bir sualı aktuallaşdıraq: orta məktəbin ikinci və üçüncü səviyyəsi bir-birindən nə ilə fərqlənir?.... Əgər dərindən təhlil etsək, məlum olar ki, yalnız siniflərin nömrəsi ilə, yəni təhsilin ikinci mərhələsində V-IX sinif, üçüncü mərhələdə X-XI sinif şagirdləri təhsil alırlar. Onlara isə tədris edilən fənlərin əksəriyyəti ikinci mərhələdə başlayır, üçüncü mərhələdə yekunlaşır. Halbuki, Azərbaycan Respublikasının Təhsil Qanununda hər bir mərhələnin – ibtidai təhsilin (bax:19.9-cu maddə), ümumi orta təhsilin (bax:19.13-cü maddə) və tam orta təhsil səviyyəsinin (19.17.-ci maddə) məqsədləri bir-birində köklü surətdə fərqlənir. Bu onu göstərir ki, ümumi təhsilin ikinci və üçüncü səviyyəsində qarşıya qoyulan məqsədə müvafiq olaraq təhsilin məzmunu daha səmərəli müəyyənləşdirilməlidir. Əlbəttə, hamını belə bir sual maraqlandıra bilər:-Necə? Maraqlıdır ki, bu sualın cavabı Təhsil Qanununun 19.19. – cu maddəsində göstərilir: "Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşdirilməsi (humanitat, texniki, təbiət və digər) təmin olunur”.
 
Orta məktəbdə təhsilin məzmunu: hansı yeniliyi etmək olar
Orta məktəbin ibtidai təhsil səviyyəsi haqqında danışarkən, qeyd edilməlidir ki, burada təhsilin məzmunu dünya təcrübəsinə əsaslanır. Yalnız məktəbə hazırlıq mərhələsinin məktəbdə təşkil edilməsi, fikrimizcə daha düzgün olardı. Bu hazırlığın proqramı psixoloqlar tərəfindən hazırlanmalıdır, uşaqlara I sinifdə keçirilən biliklər öyrədilməməli, onların psixoloji hazırlığı (motivasiyanın, duyğu üzvlərinin, təfəkkürünün, təxəyyülünün və digər psixi proseslərin formalaşması və inkişafı zəruri olmalıdır) əsas götürülməlidir. 

 Təhsilin ikinci və üçüncü səviyyəsində hazırda Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Həyat Bilgisi, İnformatika, Təsviri İncəsənət, Azərbaycan tarixi, Ümumi tarix,  Musiqi, Fiziki tərbiyə, İngilis dili, Rus dili, Texnologiya, Fizika, Coğrafiya, Biologiya, Kimya, Çağırışaqədərki hazırlıq, Qarabağ tarixi (fakültətiv) fənləri tədris olunur. Bu fənlərin hamısının tədrisi zəruridir. Lakin bu fənlərin tədrisi davamedici xarakter daşımamalıdır. Onlar məzmun baxımından iki hissəyə bölünməlidir:

1.Tətbiqi xarakter daşıyan  biliklər;

2. Nəzəri xarakter daşıyan biliklər. 

 Tətbiqi xarakter daşıyan biliklər Təhsil qanununun 19.13-cü maddəsinin tələbləri baxımından ümumi təhsilin ikinci səviyyəsində tədris edilməli, şagirdlərin həyata hazırlanması və təhsilin növbəti səviyyəsində təhsilini davam etdirə bilməsi üçün zəruri bacarıqların aşılanması baxımından zəruri olan bilikləri özündə ehtiva etməlidir. Təhsil Qanununun 19.16.-cı maddəsində deyilir: "Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır”. Başqa sözlə desək, təhsilin bu səviyyəsində tədris edilən fənlər nəticəsində qarşıya qoyulan məqsədlər, yəni şagirdlərin həyata hazırlanması və təhsilin növbəti səviyyəsində təhsilini davam etdirməsi üçün bacarıqların aşılanması həyata keçirilmiş sayılır və şagirdlərin əldə etdiyi uğurların qiymətləndirilməsi ilə yekunlaşır.
 
İkinci hissəyə daxil edilən nəzəri biliklər isə tam orta təhsil səviyyəsində şagirdlərin ali məktəbdə qəbul olmaq üçün seçdiyi ixtisasa hazırlanması baxımından önəmli olmalıdır. Bu mərhələdə təmayül siniflər yaratmaqla təhsilimizi daha da təkmilləşdirmiş oluruq.  Bunun üçün Təhsil Qanununun 19.19.-cu maddəsində göstərildiyi kimi "humanitar”, "texniki”, "təbiət” və digər təmayül siniflərdə şagirdlərin həm həyata hazırlanmasını davam etdirmək, həm də ali məktəblərə qəbul olmaq üçün hazırlaşmasını təmin edə biləcək fənlər tədris olunmalıdır. Təmayül siniflərdə həmin ixtisasa uyğun fənlərlə yanaşı Çağırışaqədərki hazırlıq, Qarabağ tarixi (fakültətiv) kimi aktual fənləri, o cümlədən hamı üçün həm həyati vacib olan, həm də dünyagörüşünün inkişafı ilə bağlı fakültətiv xarakter daşıyan  "məişət kimyası”, "kompyuter elmləri”, "müasir texnologiyalar”, "media vasitələri”, incəsənətin müxtəlif sahələrinə həsr olunmuş və s. bu kimi kurslar həyata keçirilə bilər. 
Texniki və təbiət təmayülləri üzrə siniflərdə riyaziyyat təbii ki, ixtisas fənni kimi tədris ediləcək. Fikrimizcə, humanitar xarakterli təmayül siniflərdə də şagirdlərin riyazi təfəkkürünün inkişafını təmin etmək üçün tam orta təhsil səviyyəsində riyaziyyat fənninin tədrisi zəruri olmalıdır.
 
Ali məktəblərə qəbul imtahanlarının meyarı BİLİK yoxsa QABİLİYYƏT olmalıdır? 
DİM ölkəmizdə ali məktəbə qəbul məsələsində şəffaflıq yaratmışdır. Bu gündə universitetlərə qəbulun şəffaf formada keçirilməsi bütün təhsil işçilərini qürurlandırır. DİM uzun illərdir biliklərin yoxlanmasında test üsulundan istifadə edir. Bu şagirdin biliyinin yaddaş əsasında yoxlanmasıdır. Son bir-neçə ildə DİM açıq testləri də yoxlama testlərinə daxil etməklə şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarını yoxlamağa çalışır. Biz bunu təqdir edirik və yaxın gələcəkdə açıq testlərin sayının maksimim həddə qədər artırılmasını məqsədəuyğun hesab edirik. 

Hazırda incəsənət və idman ixtisasları üzrə ali məktəblər tərəfindən qabiliyyət imtahanları keçirilir (bu imtahanların da təkmilləşdirilməsinə ehtiyac vardır). Digər ixtisaslar üzrə isə DİM tərəfindən qabiliyyət testləri keçirilə və məktəb məzununun seçdiyi ixtisasa yararlıq dərəcəsi yoxlanıla bilər. Bu həm də ona görə zəruridir ki, ölkəmizdə hələ də valideynlər və tələbələr tərəfindən ali məktəblərə qəbul motivasiyası, ixtisas seçimi düzgün qiymətləndirilmir. Əksər hallarda məktəb məzunları topladıqları bala uyğun "təki ali məktəbə qəbul olum” ideyasına üstünlük verirlər. Nəticədə qabiliyyətinin və həmin ixtisas üçün yararlılıq dərəcəsinin uyğun olmaması səbəbindən tələbə aşağı qiymətlərlə kursdan-kursa keçir, ali məktəbi bitirir, amma ölkə üçün tələb olunan kadra çevrilə bilmir, yiyələndiyi ixtisas üzrə heç bir uğur qazana bilmir, ya ixtisasını dəyişir, ya da hər hansı başqa bir işlə məşğul olur. 
    
Son söz əvəzi
Müstəqillik əldə etdiyimiz dövrdə, biz bir tərəfdən mənfur və hiyləgər düşmənlə mübarizə aparmışıq, digər tərəfdən ölkənin inkişafı üçün çoxsaylı zəruri işlər yerinə yetirmişik. Təbii ki, təhsil sistemimizi də yenidən qurmuşuq. Tarixin heç bir dövründə yenilik nöqsansız olmayıb. Nöqsan günah deyil, günah onları aradan qaldırmamaq və ya aradan qaldırmağa cəhd etməməkdir. Bunun bir yolu var: həqiqi reallığı üzə çıxarmaq üçün dialoq və müzakirələr aparmaq. Sevindirici haldır ki, Təhsil Nazirliyi bu yola üstünlük verir və son dövrlərdə dialoq və müzakirələrin sayı çoxalır. Bu onu göstərir ki, yaxın gələcəkdə təhsil işçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin qarşısına qoyduğu problemləri uğurla həll edə biləcəklər.



Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Azərbaycanda təhsilin pillələri və səviyyələri

12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Təmayüllü siniflər ,uğurlar,problemlər

Təmayüllü siniflər ,uğurlar,problemlər

Emin Əmrullayev Yeni dərs ili üçün təmayül sinifləri üzrə tədris planlarını təsdiq edib

Emin Əmrullayev Yeni dərs ili üçün təmayül sinifləri üzrə tədris planlarını təsdiq edib

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə! - Ərizə qəbulu başa çatıb

Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə! - Ərizə qəbulu başa çatıb

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti