AzTehsil.com

Xəbərlər / Müəllim
09 sentyabr 2020
5 558

Emin Əmrullayev Yeni dərs ili üçün təmayül sinifləri üzrə tədris planlarını təsdiq edib

Təhsil naziri Emin Əmrullayev tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2020-2021-ci dərs ili üçün tədris planlarının təsdiqi ilə bağlı əmr imzalayıb.

Əmrdə bildirilir ki, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 və daha çox olan X-XI siniflər aşağıdakı fənlərin tədrisində 2 qrupa bölünür:

Tədrisi rus dilində aparılan siniflərdə "Azərbaycan dili – dövlət dili kimi”
Tədris dilindən asılı olmayaraq "Xarici dil”, "İkinci xarici dil”, "Fiziki tərbiyə”.
Əmrdə deyilir ki, təmayül siniflərinin komplektləşdirilməsində fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyl-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınır. Şagirdlərin hazırlıq səviyyəsinə görə zəruri ehtiyac olduğu halda, məktəb Pedoqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə digər bir təmayül fənni hesabına 1 saat artıq vaxt verilən bilər. 

Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 saatdan 1 saatı bütün şagirdlər cəlb olunmaqla "Nitq mədəniyyəti”, digər 1 saatı isə "İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.

Bütün təmayüllər üzrə siniflərdə təsdiq edilmiş cədvəl əsasında "Nitq mədəniyyəti” fakültativ kursu, "texniki”, "humanitar”, "təbiət”, "texniki və təbiət” təmayüllü siniflərdə "İqtisadiyyatın əsasları” fakültativ kursu isə dərs cədvəlinə salınmaqla tədris olunur. "Nitq mədəniyyəti” və "İqtisadiyyatın əsasları” fakültativ kursları Təhsil Nazirliyini tərəfindən təsdiq edilmiş proqram əsasında tədris edilir.

Bir qayda olaraq, "Nitq mədəniyyəti” fakültativ kursu tədris Azərbaycan dilində olan siniflərdə Azərbaycan dili və ədəbiyyat, tədris rus dilində olan siniflərdə rus dili və ədəbiyyat müəllimləri, "İqtisadiyyatın əsasları” fakültativ kursu isə coğrafiya müəllimləri tərəfindən tədris olunur. 

Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təhsil Nazirliyinin şöbə müdiri: "Təmayülləşmə bütün ölkədə tətbiq edilməyəcək"

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

Nazir təmayül sinifləri üzrə tədris planının təsdiqlədi -CƏDVƏL-2019- 2020-ci dərs ili

"Aztəminatlı, repetitor hazırlığına gücü çatmayacağını düşünən valideynlər..."

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

Təhsil naziri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmr imzalayıb

Azərbaycan, rus və gürcü dillərində olan ümumtəhsil məktəblərinin tədris planlarına dair «Qeydlər»in təkmilləşdirilmiş variantı

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Təhsil Nazirliyi: Təmayül siniflərinə şagird seçimi dərs ilinin ikinci yarısından başlanılır

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Baş nazirdən orta məktəblərlə bağlı YENİ QƏRAR

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil İdarəsi: Bakıda təmayül siniflərin təşkil olunacağı məktəblərdə 9 illik təhsilə keçid nəzərdə tutulmur

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təmayüllü siniflər ,uğurlar,problemlər

Təmayüllü siniflər ,uğurlar,problemlər

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?