Təmayüllü siniflər ,uğurlar,problemlər
Təmayülləşmə müstəqillik dövründə ümumitəhsil pilləsində həmişə pioretet istiqamətlərdən biri olmaqla istedadlı şagirdlərin ayri-ayri ( humanitar,texniki,təbiət və s.) sahələr üzrə istedad və potensialının inkişafına xidmət edir.
19 iyun 2019 cu ildə qəbul edilmiş Azərbaycan Rspublikasının Təhsil Haqqında Qanunun 19-cu maddəsinin 19-cu bəndində (Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.) ,eyni zamanda 29 mart 2019-cu il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının Ümumi təhsil haqqında Qanunun 13-cu maddəsinin 18-ci bəndində (Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.) tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunması ilə bağlı hüquqi baza yaradılmışdır.
İstadadlı şagirdlərin əthsil alması üçün Bakı şəhərində və regionlarda fəaliyyət göstərən lisey və gimnaziyalarla yanaşı 2015-2016-ci tədris ilindən başlayaraq ilk dəfə ölkənin 50 ümumi təhsil məktəbində təmayüllü siniflərin yaradılmasına başlanıldı.Növbəti tədris ilində daha 100 məktəbdə bu tip siniflərin yaradılması ilə tam orta təhsil səviyyəsində təmayüllü siniflərin şəbəkəsi genişləndirildi və artıq 2018-2019-cu tədris ilində ölkə üztə tam təmayüllü siniflərin sayı tam orta səviyyədə olan siniflərin ümumi sayının 40 %-nə çatdırıldı. Eyni zamanda pilot layihə kimi ümumi orta səviyyədə də (5-9-cu siniflərdə ) təmayüllü siniflər yaradılmağa başlanıldı.
Bu sahədə atılan ən böyük uğurlu addımlardan bir 2019-2020-ci tədris ilindən başlayaraq Gəncə şəhəri və Quba rayonunda nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılması oldu. Bu siniflərə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə müsabiqə ilə eyni zamanda son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn müsabiqələrində yüksək nəticə göstərmiş şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul edildilər.Bu prosesin yaxın gələcəkdə ölkənin bütün regionlarını əhatə edəcəyi gözlənilir.
Təmayüllü liseylərin və siniflərin əsas məqsədi istedadlı şagirdlərin üzə çıxarılması ,onların istedad ,bilik və bacarıqlarının inkişafıdır. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, təkcə 2018-2019-cu tədris ilində beynəlxalq fənn olimpiyadalarında şagirdlərimiz 48 medal qazanmışlar.
Hal-hazırda 2019-2020-ci dərs ilində ölkə üzrə 184 məktəbdə 404 təmayül sinfi fəaliyyət göstərir.Yaxın gələcəkdə bu siniflərin artacağı gözlənilir.Təmayüllü siniflərə qəbulun Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılmısı həmin siniflərə qəbul olunacaq şagirlərin məqsədli şəkildə təhsilini davam etdirmək üçün şərait yaradardı.
Təmayüllü siniflərin sayı artıqca,təmayüllü liseylərin sayı artıqca bu sahədə problemlərdə həll olunmalıdır. İlk növbədə təmayüllü liseylərin fərdi dərslikləri nəşr olunmalıdır. Təhsil Nazirliyi həmin liseyləri öz dərsliklərini hazırlayıb çap etdirməyə təşviq etməlidir.Eyni zamanda təmayüllü siniflər üçün fərdi dərsliklər hazırlanıb çap olunmalıdır.Dərslik problemi hal hazırda bu istiqamətdə daha uğurlu nəticələr əldə etmək yolunda ən böyük maneədir.
Təmayüllü siniflərdə çalışacaq müəllimlərin seçilməsi məsələsinə aydınlıq gətirilməli ,bununla bağlı təlimat hazırlanmalıdır. Sertifikasiyanın ikinci mərhələsində müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə qədər ,həmin siniflərdə hansı kateqoriyalı müəllimlərin çalışa biləcəyi müəyyənləşməlidir.
Ən əsası isə Azərbaycan Respublikasının Prezidentinin 19 yanvar 2015-ci il tarixli 995 №-li Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nında göstəridiyi kimi 12 illik təhsilə keçidi reallaşdırmaq lazımdır.Yalnız bundan sonra təmayülləşmə prosesinin onunla bağlı olan bütün gözləntiləri doğrulda biləcəyini düşünürəm .
Elşən Qafarov Təhsil üzrə mütəxəssis