AzTehsil.com

Xəbərlər / Müəllim
04 sentyabr 2019
1 595

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

2019-2020–ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq. Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq.

Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək.

Bəs, təhsil işçilərinin yeni yaradılacaq siniflərdən gözləntiləri nələrdir?

"Qonşu rayonlardan olan məktəblilərin də gəlib burda təhsil almasına imkanlar yaranacaq”

Mövzu ilə bağlı  danışan Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Qələmşah Dostuyev istənilən yeni açılan təhsil müəssisəsi çox önəmli və diqqət mərkəzindədir:

"Bu addımı rayon təhsil işçiləri çox müsbət qiymətləndirirəm. Burada şagirdlərin artıq aşağı yaş dövründən, VI sinifdən ixtisaslaşdırılması, konkret istiqamətlər üzrə  inkişaf etdirilməsi keyfiyyətli təhsilalanların yetişməsinə səbəb olacaq. Üstəlik, şagirdlərin yataqxana və yemək ilə təminatı digər qonşu rayonlardan olan məktəblilərin də gəlib burda təhsil almasına imkanlar yaradacaq. İstedadlı uşaqlar üçün yüksək təlim şəraitinin yaradılması mütləqdir. Yeni siniflərin rayonun təhsilinin inkişafında böyük rolu olacağını düşünür, bu addımı müsbət qiymətləndirirəm”.

"Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

Yeni yaradılacaq lisey sinifləri ilə bağlı təkliflərə gəlincə isə o bildirib ki, nəzərdə tutulmuş layihə kifayət qədər dolğundur:

"Sadəcə istərdim, yeni yaradılacaq siniflərdə tədris yalnız nəzəri biliklər əsasında qurulmasın. Qavrama, tətbiqetmə və təhlil  bacarıqlarının inkişafına da ciddi önəm verilsin. Əsas hədəf yalnız informasiya toplamaq deyil, həm də ondan yararlanmaq olsun.

Bundan əlavə, tənqidi təfəkkürün inkişafı təməl prinsiplərdən biri kimi qoyulsun. Şagirdlər öz üzərinə məsuliyyət götürə bilən şəxsiyyətlər  kimi yetişdirilsin”.

Qeyd edək ki, lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Qəbul prosesində həmin şəhər və ətraf rayonların ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər  iştirak edə bilərlər. Bilik və bacarığı ilə seçilən və həmin liseylərdə oxumaq istəyən şagirdlər üçün seçim imtahanı keçiriləcək. Eyni zamanda son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.

Təmayül siniflərinə qəbul imtahanı sentyabrın 10-da keçiriləcək. İmtahanlar Riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq.

Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.AzEdu.az-a 

Загрузка...
Həmçinin oxuyun:
Regionlarda lisey sinifləri yaradılacaq

Regionlarda lisey sinifləri yaradılacaq

Nəticələr açıqlandı

Nəticələr açıqlandı

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Lisey siniflərinə yerdəyişmə hansı formada olacaq?

Lisey siniflərinə yerdəyişmə hansı formada olacaq?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin əmri

V Respublika fənn müsabiqələri keçiriləcək

V Respublika fənn müsabiqələri keçiriləcək

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

V Respublika fənn müsabiqələrinin nəticələri məlum olub

V Respublika fənn müsabiqələrinin nəticələri məlum olub

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək

DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək

Lisey və gimnaziyalarda summativlərin keçirilmə qaydaları müəyyənləşdi

Lisey və gimnaziyalarda summativlərin keçirilmə qaydaları müəyyənləşdi

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Bu müəllimlərin çox müzakirə etdiyi məsələdir.

Bu müəllimlərin çox müzakirə etdiyi məsələdir.

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

Abşeron, Sumqayıt və Gəncədəki lisey, gimnaziyalarda I sinfə qəbul imtahansız keçiriləcək-RƏSMİ

Abşeron, Sumqayıt və Gəncədəki lisey, gimnaziyalarda I sinfə qəbul imtahansız keçiriləcək-RƏSMİ

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.