AzTehsil.com


Xəbərlər / Müəllim
07 fevral 2019
2 523


Bu müəllimlərin çox müzakirə etdiyi məsələdir.



 

 
 Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev "Həftənin sualı” proqramında yeni qiymətləndirmə qaydaları ilə bağlı izləyicilərin suallarını cavablandırıb. 

"Həftədə 1 saat olan dərslərdən ilk yarımildə mütləq 3 KSQ yazılmalıdırmı?” sualına cavab olaraq şöbə müdiri bildirib ki, bu müəllimlərin çox müzakirə etdiyi məsələlərdəndir.

O, bildirib ki, bu fənn buraxılış imtahanı fənni deyilsə, şagirdin qiymətləndirilməsi aparılmalıdır. Çox vaxt həftədə bir dəfə tədris olunan fənlər buraxılış imtahanı fənləri deyillər:

"Bildiyiniz kimi bu zaman qiymətləndirmə KSQ əsasında aparılır və onun ədədi ortası hesablanır. Bunun əsasında yarımillik qiymət çıxarılır. Burada KSQ minimum 3 dəfə keçirilməlidir. Bu, şagirdin xeyrinə olan qərardır. Çünki qiymətləndirmə bir dəfə keçirilsə, şagird müəyyən səbəblərdən aşağı nəticə göstərə bilər. 2 dəfə edəndə hər qiymətləndirmənin çəkisi artır. 2 dəfə keçirəndə ümumi qiymətdə hər birinin payı 50,  3 dəfə keçirəndə isə 33% olur. Minimum 3 dəfə şərtini qoyduq ki, şagird ilk imtahanda müəyyən səbəblərdən pis nəticə göstəribsə, digərlərində bunu bərpa edə bilsin və qiymətini itirməsin”.

Qeyd edək ki, yeni qaydalara əsasən, I siniflərdə summativ qiymətləndirmələr ləğv olunub. Kiçik summativ qiymətləndirmələr II sinifdən başlayaraq bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla aparılır. Böyük summativ qiymətləndirmə isə IV sinifdən etibarən keçirilir. O, IV, IX və XI siniflərdə bütün fənlər, V, VII, VIII, X siniflərdə isə yalnız buraxılış imtahanında keçiriləcək fənlər üzrə aparılacaq. Bu, yalnız təmayülləşmə tətbiq olunmayan orta məktəblərə aid edilir. Təmayül lisey və məktəblərdə isə pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə summativ keçirilir.

 

 



Загрузка...
Həmçinin oxuyun:
I siniflər üçün summativ qiymətləndirmə ləğv olundu

I siniflər üçün summativ qiymətləndirmə ləğv olundu

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Lisey və gimnaziyalarda summativlərin keçirilmə qaydaları müəyyənləşdi

Lisey və gimnaziyalarda summativlərin keçirilmə qaydaları müəyyənləşdi

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Nazir Müavini təlimat göndərdi

Nazir Müavini təlimat göndərdi

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

I siniflərdə ləğv edilən summativ qiymətləndirməni nə  əvəzləyəcək? – Rəsmi

I siniflərdə ləğv edilən summativ qiymətləndirməni nə əvəzləyəcək? – Rəsmi

Hər bir müəllimin bilməli olduğu DÜSTUR

Hər bir müəllimin bilməli olduğu DÜSTUR

Məktəbdə summativ xərcləri ödənmədikdə müəllim nə edə bilər? -  Rəsmi  cavab

Məktəbdə summativ xərcləri ödənmədikdə müəllim nə edə bilər? - Rəsmi cavab

"Çovğun tətili"nə  düşən summativ qiymətləndirmə nə zaman keçiriləcək? - Nazirlikdən cavab

"Çovğun tətili"nə düşən summativ qiymətləndirmə nə zaman keçiriləcək? - Nazirlikdən cavab

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

YENİLİK - Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

YENİLİK - Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək