Ümumilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin qorunması və möhkəmlənməsi üçün çox böyük uğurlara imza atdı.O Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və torpaqlarımızın işğaldan azad olunması üçün mübarizənin bütün vasitələrindən istifadə etmiş və hətta Azərbyacanın gələcəyi naminə öz siyasi varisini yetişdirmişdir.
Ulu öndər Azərbaycan xalqına müraciətlə demişdir:
"İnanıram ki, mənim çatdıra bilmədiyim taleyüklü məsələləri İlham Əliyev başa çatdıracaq.Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli Ulu öndərin dediklərini tarix və zaman çox böyük həqiqət kimi təsdiq etdi.Onun müstəqil Azərbaycanın haqq işini dünyaya çatdırmaq üçün apardığı ədalətli siyasət kursunu dövlət başçısı İlham Əliyev uğurla davam etdirir.
Prezdent İlham Əliyevin 17 il əzində uğurlu daxili və xarici siyasətinin nəticələri göz qabağındadır.İlham Əliyevin bu 17 illik yolu xalqın inandığı və etimad etdiyi bir liderin yoludur.Prezident İlham Əliyev Azərbaycanı iqtisadi cəhətdən elə bir səviyyəyə gətirdi ki ölkəmiz maliyyə imkanlarına görə heç bir ölkədən asılı olmayan, lazım gəldikdə tərfədaşlarına yardım edən bir ölkəyə çevrildi.Ölkəmiz beynəlxalq enerji, nəqliyyat və kommunikasiya mərkəzinə çevrildi.Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin olunması, alternativ nəqliyyat marşutlarının ideya müəllifi və icraçısı kimi tarixə düşdü.Azərbaycan gerçəkliyə çevirdiyi enerji layihələri ilə regionda dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Hazırda Azərbaycan Avropada strateji tərəfdaşlıq əlaqələrinə malikdir.Bütün bunlar prezdentin düşünülmüş və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir. Əlbəttə bu fikirləri sözdə demək asandır. Lakin bu layihələrin icrasına maneə olan ölkələr və güc mərkəzləri kifayət qədər olmuşdur. Azərbaycan öz milli maraqları və gələcəyi üçün vacib olan layihələri uğurla həyata keçirirdi. Azərbaycan əsrlər boyu maraqlar toqquşmasında olan bir ərazi olub.
Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra ölkəmiz müxtəlif güc mərkəzlərinin iqtisadi və siyası maraqlarının diqqətində olmuşdur.Belə bir geosiyasi vəziyyətdən heç şübhəsiz ağıllı və bacarıqlı lider ölkəsini qalib çıxara bilərdi.İlham Əliyevin həyata keçirdiyi və xalqın iradəsinə arxalanan siyasət bütün sahələrdə öz nəticəsini verdi.Ötən 17 ildə beynəlxalq arenada yeni dostlar tapan, etibarlı tərəfdaş kimi tanınan azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı günbəgün artır.
Cənab prezdent 17 illik hakimiyyət dövründə 4 mühüm məsələnin həllinə nail olmuşdur.
Birinci - xalqla iqtidarın birliyi təmin olmuşdur.
İkinci – Qarabağ probleminin tarixi və hüquqi aspektləri dünya ictimaiyyətinə çatdırmışdır.
Üçüncü – ölkədə güclü iqtisadiyyat yaratmışdır.
Dördüncü – ordu quruculuğu preoritet sahə kimi diqqət mərkəzində olmuşdur.
Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı müharibə dövründə Ali baş komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tariximizdə görünməmiş qələbə əldə etdi.44 günlük vətən müharibəsi bütün dünyanı heyrətə gətirdi.Uzun illərin həsrəti bitdi.30 il işğal altında olan torpaqlarımız 44 günlük vətən müharibəsində, Ali baş komandanın siyasəti, ordunun gücü və xalqın birliyi sayəsində zəfər çaldı.Üçrəngli bayrağımız artıq Qarabağ torpaqlarında dalğalanır, Novruz tonqallarımız Şuşada yandırılır.Qarabağ döyüşlərində şəhid olan əsgər və zabitlərin qanı, dinc insanların, yaralı qazilərin qisası yerdə qalmadı.Cənab prezdentimiz şəhid və qazi ailələrinə, Vətən müharibəsi iştirakçılarına öz diqqət və qayğısını əsirgəmir,xalqını hər zaman onların yanında olmağa çağırır. Bunun da bariz nümunəsi bu yaxınlarda şəhid və qazi ailələrinin mənzillərlə təmin edilməsi, "YAŞAT” fondunu yaradaraq onların ehtiyaclarını həyata keçirməsi, "Qarabağ Diçəliş Fondu”nu yaradaraq işğaldan azad olunmuş ərazilərin bərpası üçün yönəlmiş layihələrdir.
Beləliklə hakimiyyətdə olduğu 17 illik fəaliyyətdə Ulu öndərin vəsiyyətinə sədaqətlə əməl edərək sosial, iqtisadi, mədəni və hərbi sahələrdə misilsiz uğurlara imza atmışdır.Bütün bunların nəticəsində hər birimizin, dünya azərbaycanlılarının və bütün türk dünyasının başını ucaldan cənab prezdent özü də xalqın nəzərində, ürəyində daha yüksək zirvələrə ucaldı.Xalqın rəhbərinə məhəbbəti və ehtiramı tükənməzdir.Azərbaycanın ömrü qədər sonsuzdur.Biz bu gün qalib ölkənin vətəndaşlarıyıq. Cənab prezdent və xanımı vitse prezdent Mehriban xanım Əliyeva Heydər Əliyev fondunun dəstəyi ilə bir çox hümanitar layihələr həyata keçirirlər.
Məktəblər, baxçalar tikilir, dini abidələr təmir olunur, yol infrostruktutu yenilənir.
Bu gün Azərbaycanda gördüyümüz hər bir işin iqtisadi inkişafı, beynəlxalq aləmdə tanınması, şöhrətlənməsi, müharibədə tarixi qələbəmiz, məhz aydın düşüncənin, bəşəri hisslərin, parlaq zəkanın, uzaqgörən siyasətin, təmkinin və cəsarətin nəticəsidir.Ulu öndər türk dünyasının böyük oğlu Heydər Əliyev "Ağıl olan yerdə zora ehtiyac yoxdur” müdrik kəlamı inkar edilməzdir. Biz bugün tarixi yaxşı bilməliyik.Onu yaşamayanlar isə bunu öyrənməlidir.Dərslikdə bu tarixlə bağlı məlumatlar verilməlidir. Bu tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki bu tarix əbədi yaşasın.
İlham Əliyev qarşısına hədəflər qoymuşdur və bu hədəfləri həyata keçirməsinə nail olaraq həm siyasi həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdirdi.Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.İlham Əliyev Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan partiyasına bugün rəhbərlik edir və öz ətrafında yetərincə insanları birləşdirmişdir.Bu birliyin sayəsində ölkəmiz durmadan inkişaf edir günbəgün çiçəklənir. İlham Əliyev xüsusi əhəmiyyət daşıyan məsələlərdə gənc nəslin tərbiyə edilməsində, yüksək ixtisaslı kadrların yetişməsində ,həmçinin hərbi sahədə gənclərin daha çox ixtisaslaşmasında öz siyasətini həyata keçirir.
Biz Azərbaycan xalqı inanırıq ki, hər bir vətəndaşın prezdenti olan cənab İlham Əliyev bundan sonra da yüksək layihələrə imza ataraq Azərbaycanın çiçəklənməsi naminə əlindən gələni əsirgəməyəcək.
Yaşasın Azərbaycan.
Yaşasın Azərbaycanın möhtərəm prezdenti cənab İlham Əliyev.
Tanrı sizi qorusun cənab prezdent.
Zaqatala rayon Üçüncü Tala kənd tam orta məktəbinin direktoru Ömərova Alimə Qurban qızı