AzTehsil.com


Xəbərlər / Ziyalılar
05 sentyabr 2020
1 605


Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir



 Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

 

Bütün Tələbə adını qazanmış bacı və qardaşlarımı, onların üzərində böyük zəhmətləri olan valideyinlərini və müəllimlərini səmimi qəlbdən təbrik edirəm.
 
Ölkəmizin rəhbəri, sevimli Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə başlamaq istərdim:   
"Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir"

Bildirmək istərdim ki bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata  keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.  Azərbaycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır. Ulu öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur. Ulu Öndərin daha çox maraq və diqqət ayırdığı məsələ azərbaycanlı gənclərin SSRİ-nin və xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumaq üçün göndərilməsi idi. Belə ki, bilavasitə Ulu Öndərin təşəbbüsü ilə 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Ümummilli Lider hər il həmin tələbələrin başqa şəhərlərə göndərilməsindən əvvəl onlarla görüşmək ənənəsi yaratmışdı.

Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. 

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə - XXI əsrin başlanğıcında Azərbaycanda əsl təhsil bunu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir.  Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır.

Heydər Əliyev Fondunun təhsilin inkişafına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir.

Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər məhz ulu öndər Heydər Əliyev ideyalarından güc alır.

Oxumaq istəyən, öz gələcəyi haqqında düşünən, istedadlı, bilikli gənclər təhsil sahəsində öz yolunu seçə bilərlər. Əminəm ki, tələbə adını qazanmış istedadlı gənclərimiz ali məktəblərdə də yaxşı oxuyacaqlar,  çünki məktəb illərində göstərdikləri nəticələr bunu deməyə əsas verir. Nəticədə bir neçə ildən sonra artıq cəmiyyətdə peşəkar kadrlar kimi öz sözlərini deyəcəklər.
Hər bir gəncin fəaliyyəti əlbəttə ki, ilk növbədə, gələcəyi müəyyən edəcəkdir. Çünki bu gün Azərbaycanda yüksək biliklərə malik olan insanlar özləri üçün yaxşı yer tapa bilərlər. Bu gün cəmiyyətdə artıq bir fikir formalaşıb ki, yaxşı oxuyan, böyük biliklərə malik olan insanlar həyatda özləri üçün yaxşı şərait də yarada biləcəklər. Çünki Azərbaycan cəmiyyəti açıq cəmiyyətdir. Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq olunur. Ona görə gözəl mütəxəssislər, peşə sahibləri cəmiyyətdə öz yerlərini mütləq tapacaqlar və xoşbəxt gələcəklərini təmin edəcəklər. Eyni zamanda, savadlı gənclərin bilikləri ölkəmizin inkişafına töhfə olacaqdır, çünki bu gün Azərbaycan çox sürətlə, dinamik şəkildə inkişaf edir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsində bütün tələbə adını qazanmış gənclərimizi təbrik edirəm, peşəkarlıqla ali təhsil müəssisəində aldıqları təhsili gələcəkdə yaxşı mütəxəsis olaraq Dövlətimiz Azərbaycanın inkişafı üçün səmərəli istifadə edəcəklərini arzulayıram.
Bir daha fürsətdən istifadə edərək, tələbə adını qazanmaqda üzərlərində böyük əziyyət və xidmətləri olan orta məktəb müəllimlərinə təşəkkür edirəm.
 
Hüquqşünas : Əli İbrahimov



Загрузка...
Həmçinin oxuyun:
Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Sahibə Qafarova Şəmkirdən yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüşüb

Sahibə Qafarova Şəmkirdən yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüşüb

Mingəçevir Dövlət Universitetində elmi konfrans

Mingəçevir Dövlət Universitetində elmi konfrans

Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı - "müəllimlər və şagirdlər təhsilin qarşısında..."

Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı - "müəllimlər və şagirdlər təhsilin qarşısında..."

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Müasir və yaradıcı təhsil təşkilatçısı

Müasir və yaradıcı təhsil təşkilatçısı

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

Ulu öndər Heydər Əliyev təhsil və elm haqqında

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva