AzTehsil.com


Xəbərlər / Müəllim
17 mart 2021
1 897


Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?



Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?

 

  ABŞ-da uşaq və gənclərə məktəbi bitirənə qədər riyaziyyat dərsi keçirlər. Ancaq New York-da incəsənət təhsili alan şagirdlər buna etiraz edirlər. Bəs, bu fənn əslində hansı yaşa qədər tədris olunmalıdır?

"Fame" adlı filmdə iştirak etmiş "LaGuardia" incəsənət məktəbinin şagirdləri həm akademik, həm də incəsənət baxımından həyata hazırlanmağı normal hesab edirlər.

Amma akademik yöndə irəliləmək istəməyən şagirdlər riyaziyyat fənninin məcburi tədrisinə qarşıdırlar. Bu, ölkədə ümumi polemika mövzusudur.

ABŞ-ın Princeton Universitetində uzun illərdir siyasət elmindən dərs deyən professor Andrew Hacker "New York Times" qəzetinə yazdığı məqalədə qeyd edib ki, bir dərs günündə 6 milyon lisey şagirdi və 2 milyon universitet tələbəsi cəbr öyrənməyə məcbur olur.
 
Hacker hesab edir ki, bu, "sadəcə axmaqlıq yox, həm də zalımlıqdır".

"Riyaziyyat mifi" adlı kitabında o yazır ki, insanların çoxu riyazi qabiliyyətlərə malik deyil.

Alimlər: soyuq ofis qadınların əmək qabiliyyətinə mənfi təsir edir
Qadın elmi işçilərin irəli getmələrinə nə mane olur?
İşdəki həmkarlarla dostluq etmək lazımdırmı?
 
"İnsanların təxminən 7%-inin anadangəlmə riyaziyyat bacarığı var, yerdə qalanlar üçün bu, amansız bir işgəncədir" Hacker belə deyir.

Cəbrə qarşı nifrət başqa nəticələrə də yol aça bilir.

ABŞ-da lisey şagirdlərinin 20%-i məktəbi diplom almadan tərk edir. Bunun ən böyük səbəbi həmin şagirdlərdə riyaziyyat qabiliyyətinin olmamasıdır.

Hacker deyir ki, universitetlərdə də vəziyyət belədir, cəbrdə çətinlik çəkdiyi üçün minlərcə tələbə təhsilini yarımçıq qoyur.

ABŞ-ın tədris proqramına riyaziyyatın yan qolları olan həndəsə və triqonometriyayla birlikdə iki illik məcburi cəbr dərsləri də daxildir.

Hacker həmçinin qeyd edir ki, Almaniya, İngiltərə və Fransa kimi Avropa ölkələrində 16 yaşdan etirbarən riyaziyyat sərbəst dərsdir və arzu etməyənlərin bu fənni öyrənmək məcburiyyəti yoxdur.

Üstəlik, ABŞ-dakı məcburiyyətin faydalı olmadığı da məlumdur. Beynəlxalq qiymətləndirmələrdə amerikalı şagirdlər dil və həyat bilgisində olduğu kimi, riyaziyyatda da orta səviyyə göstərirlər.
 
 
Riyaziyyata düşüncə tərzi olaraq baxmaq lazımdır

Ancaq hamı bu fikirdə deyil. Riyaziyyatdan faydalanmaq üçün riyazi qabiliyyətin vacib olmadığını deyənlər də var.

Kaliforniya Universitetində 22 yaşında riyaziyyat üzrə doktor olmuş Dimitri Shlyanhtenko problemin fəndə yox, öyrətmə tərzində olduğunu vurğulayır.

Riyzayiyyatın yan qollarından olan "kalkulus özü-özlüyündə axmaqlıqdır" - Shlyanhtenko.belə deyir.

Amma riyaziyyatı vurma cədvəlini əzbərləmək məcburiyyəti kimi yox, bir düşüncə tərzi olaraq qiymətləndirsəz, o, sizin üçün "hər şeyi mümkün edən həyat bacarığına" çevrilər.

Professor deyir ki, öz büdcələrini və nəqd pullarını idarə edə bilmək üçün incəsənətlə məşğul olan insanların da riyaziyyata ehtiyacı var.

O, bir çox insanın alış-verişdə məntiqsiz qərarlar verməsini riyazi qabiliyyətinin olmamasıyla əlaqələndirir.

PISA olaraq bilinən Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının siyahısında ön sıralarda olan Sinqapurda tələbələr sosial elmlər üzrə fənlər seçsələr də, riyaziyyat və ya həyat bilgisi dərslərindən birini də seçmək məcburiyyətindədirlər.

Amma PISA-nın siyahısında ABŞ-dan 11 pillə yuxarıda olan Almaniya, Fransa və İngiltərədə 16 yaşından sonra məcburi dərs seçimi qaydası yoxdur, bu ölkələrdə şafird və tələbələr sosial elmlər üzrə istədikləri fənləri seçə bilirlər.
 
Bəs, "LaGuardia" kimi sənət məktəblərində riyaziyyatı sevməyən şagirdlər üçün necə bir qayda tətbiq edilməlidir?

Torontoda məktəblərlə əməkdaşlıq edən bir dizayn şirkətinin tədris müdiri Sandra Nagy də problemin riyaziyyatı öyrətmə üsulunda olmasıyla bağlı professor Shlyakhtenko ilə eyni fikirdədir.

O deyir ki, bu fənn çox mücərrəd və real həyata tətbiq olunmadan öyrədilir.

"Onu tələbələrin həyatıyla əlaqəli şəkildə tədris etmədiyimiz üçün özlərini riyaziyyat qabiliyyəti olanlar və olmayanlara ayırırlar, bu isə özünə inamı sarsıdan bir şeydir".

Tələbələr hər hansı mövzunu nə üçün öyrənməli olduqlarını soruşanda onlara "Bunları bilməniz lazımdır" deyə cavab verilməməlidir.

Nagy də hesab edir ki, maliyyə məsələlərində riyazi bilgilər çox vacibdir və buna görə də riyaziyyata hər kəsin ehtiyacı var, çətin işlərin öhdəsindən gəlməksə ayrıca bir bacarıqdır.

İncəsənət sahəsində təhsil alan və gələcəkdə "Oskar" mükafatına layiq görüləcək sənətçinin belə riyazi bilgilərə ehtiyacı ola bilər.



Загрузка...
Həmçinin oxuyun:
Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?

Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Təhsil Nazirliyi dərslərlə bağlı məlumat yaydı: Mayın 26-da...

Təhsil Nazirliyi dərslərlə bağlı məlumat yaydı: Mayın 26-da...

Dünyanın yaşayan ən zəkalı insanları

Dünyanın yaşayan ən zəkalı insanları

ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşlarından Arzu Əliyevaya etiraz...

ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşlarından Arzu Əliyevaya etiraz...

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

Tədris olunmayan fəndən necə imtahan versinlər?

Tədris olunmayan fəndən necə imtahan versinlər?

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir” – Təklif

“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir” – Təklif

Daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər.Bunun sirri nədir?

Daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər.Bunun sirri nədir?

Az ev tapşırığı edən finlandiyalı şagirdlər niyə daha uğurlu olurlar?

Az ev tapşırığı edən finlandiyalı şagirdlər niyə daha uğurlu olurlar?

Rusiyanın ən yaxşı riyaziyyat müəllimi iş təcrübəsini bölüşür

Rusiyanın ən yaxşı riyaziyyat müəllimi iş təcrübəsini bölüşür

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Kanadada yaşayan azərbaycanlı şagird növbəti uğura imza atıb

Kanadada yaşayan azərbaycanlı şagird növbəti uğura imza atıb

Avropa Olimpiada tarixində bir ilk

Avropa Olimpiada tarixində bir ilk

Təhsil Nazirliyi: Dərsliklərimiz Sinqapur modelli olacaq

Təhsil Nazirliyi: Dərsliklərimiz Sinqapur modelli olacaq

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

Həyatımızda riyaziyyat

Həyatımızda riyaziyyat

Tanınmış alimin ETİRAZI

Tanınmış alimin ETİRAZI

Avropa Olimpiada tarixində bir ilk

Avropa Olimpiada tarixində bir ilk

Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?

Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?