AzTehsil.com


Xəbərlər
20 fevral 2021
1 049


Ermənilər Xocavənddə məktəbi donuzxanaya çevirib - VİDEOREPORTAJ



 

Xocavənd rayonunun Edilli kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və 28 il düşmən tapdağı altında qalıb. Azərbaycan ordusu 2020-ci il oktybrın 15-də kəndi işğaldan azad edib.

"Report” gözəl təbiətə malik Edillidə olub, erməni vandallarının 28 il ərzində dağıdıb, talan etdiyi ərazilərdən, xarabaya çevirdikləri kənd məktəbindən videoreportaj hazırlayıb.

Kənd Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Dağlıq ərazidə yerləşən kənddə vaxtı ilə azərbaycanlılarla ermənilər birgə yaşayıb.

Dağlıq Qarabağ münaqişəsi başlayan zaman Edillidəki ermənilər azərbaycanlıların başlarına bir çox faciələr gətirib. Burada işğala qədər beynəlmiləl məktəbi olub. Təhsil ocağında həm azərbaycanlı, həm də erməni uşaqlar birgə təhsil alıb. Erməni separatçıları Edillidə təxribatlar törətməyə başlayan zaman sakinlər kənddən çıxmaq məcburiyyətində qalıb. Artıq 1989-cu ilin sentyabr ayında azərbaycanlı şagirdlər beynəlmiləl məktəbindən zorla qovularaq çıxarılıb.

Hazırda həmin məktəb dağıdılıb. Ermənilər vaxtı ilə öz uşaqlarının oxuduğu təhsil ocağını tövləyə çevirib, orada donuz saxlayıblar. Məktəbin sinif otaqlarında təhqiramiz ifadələr yazılıb, müxtəlif cür şəkillər çəkilib.

Qeyd edək ki, Edilli kəndində qondarma separatçı-terrorçu rejimin qanunsuz "milli təhlükəsizlik xidməti”nin keçmiş "rəisi” "general” Kamo Ağacanyanın da yaşadığı ev var. Atası azərbaycanlı olan K.Ağacanyan vaxtı ilə valideynləri ilə birgə Edillidə yaşayıb.

Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyində işğaldan azad olunmuş ərazilərində indiyədək aparılan monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib.

Həmçinin aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı, demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.
 

 

 

 




Загрузка...
Həmçinin oxuyun:
Laçının işğalından 28 il ötür

Laçının işğalından 28 il ötür

Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar – RƏSMİ + FOTO

Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar – RƏSMİ + FOTO

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Xocavənd rayonunun işğalından 26 il ötür

Xocavənd rayonunun işğalından 26 il ötür

Şuşanın işğalından 28 il ötür

Şuşanın işğalından 28 il ötür

Laçının işğalından 25 il keçir

Laçının işğalından 25 il keçir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq

Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq

Ermənilər Kiyevdə 4 Azərbaycanlı tələbəni güllələdi - VİDEO

Ermənilər Kiyevdə 4 Azərbaycanlı tələbəni güllələdi - VİDEO

27 il Kəlbəcərsiz

27 il Kəlbəcərsiz

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

Mart soyqırımından 102 il ötür

Mart soyqırımından 102 il ötür

Erməni bölmələri Ağdam rayonundan çıxdı

Erməni bölmələri Ağdam rayonundan çıxdı

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Prezident Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olub

Prezident Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ+FOTO/VİDEO

Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ+FOTO/VİDEO