AzTehsil.com


Xəbərlər / Ekspert
14 yanvar 2021
1 041


Nadir İsrafilov: "İllər keçsə də heç yadımdan çıxmır"



Nadir İsrafilov: "İllər keçsə də heç yadımdan çıxmır"

 

Nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub, nə yaxşı ki, cəmiyyətimiz bu cür örnək şəxsiyyətlərdən xali deyil.

Yeni tarixi təqvimin tətbiq edilməsi nəticəsində, köhnə və yeni stil məhfumuna əsalansaq, bu gün (5 [18] yanvar 1903 – 1 may 1984) görkəmli alim, pedaqoq, maarifçi, Əməkdar Elm Xadimi, akademik Mehdi Mehdizadənin doğum günüdür. Hər dəfə mərhum akademiki xatırlayanda öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub, nə yaxşı ki, cəmiyyətimiz bu cür örnək şəxsiyyətlərdən xali deyil.

İllər keçsə də heç yadımdan çıxmır, 70-ci illərin sonu idi. Aspiranturanı yenicə bitirib kiçık elmi işçi kimi Nazirliyin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (Bir müddət Təhsil Problemləri İnstitutu, hazırda Təhsil İnstitutu) fəaliyyətə başlamışdım. Qəfil bir telefon zəngi məni bərk həyəcanlandırdı: ”Maarif Naziri Mehdi Mehdizadə sizi görmək istəyir, sabah saat 11-də onun yanında olmalısınız”. Narahatçılığımdan gecəni səhərədək gözümə yuxu getmədi. Ağlıma cürbəcür fikirlər gəlirdi, öz-özümə düşünürdüm ki, mən hara, Mehdizadə hara, görəsən nəyə çağırır, İttifaq miqyasında tanınan və sayılan, böyük-böyük titullar və nüfuz sahibi olan akademikin adi kiçik elmi işçı ilə nə işi ola bilər...

Deyilən vaxt onun qəbul otağında oldum. Katibə mənim Nadir İsrafilov olduğumu bilən kimi: "Keçin içəri, akademik sizi gözləyir”- dedi. İçəri daxil oldum. Nazir Mehdizadə məni görcək eynəyini bir az yuxarı qaldırdı və kiçik bir aradan sonra təəccüblə gülümsünərək dedi:”Xoş gəlmisiniz. Nadir İsrafilov sizsiniz? Siz bu qədər gəncsinizmiş, elə düşünürdüm ki, xeyli yaşınız var”. Cavabımı gözləmədən sözlərinə davam etdi: ”Tanışlığımıza məmnun oldum. Yazınız çox xoşuma gəldi. Sizin kimi gənclərlə yalnız fəxr etmək olar, fəaliyyətinizi bu istiqamətdə də davam etdirin. Hər hansı bir çətinliyiniz olsa, mütləq mənə müraciət edin”.

Gələcək işlərimdə mənə dönə-dönə uğurlar arzulayan bu ağayana və alicənab şəxsiyyət uşaq kimi sevincini gizlədə bilmirdi. Mən isə çaş-baş qalmışdım. Başa düşə bilmirdim ki, söhbət nədən, hansı yazıdan gedir. Bir anlığa ağlıma gəldi ki, yəqin akademik məni kiminləsə qarışdırır. Amma özümə bir az toxtaqlıq verərək, narahatçılıqla söhbətin sonunu gözlədim. O isə, sanki təəccübləndiyimi hiss etmiş kimi sözlərini davam etdirə-etdirə əlindəki jurnalı mənə uzatdı. Bu Moskvada nəşr olunan, o zamanın ən məşhur və nüfuzlu "Sovetskaya pedaqogika” jurnalının sonuncu nömrəsi idi. Sən demə, bir neçə ay əvvəl aspirant və gənc alimlərin Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Ümumittifaq konfransdakı məruzələrdən ən yaxşıları seçilərək, jurnalın bu nömrəsində dərc edilibmiş və onların arasında mənım tezislərim də varmış. Onda mənə əyan oldu ki, nazir Mehdizadə onu oxuyub və məni yanına təşəkkürünü bildirmək üçün çağıtdırıbmış.

Nadir İsrafilov



Загрузка...
Həmçinin oxuyun:
Bu gün akademik Mehdi Mehdizadənin anım günüdür

Bu gün akademik Mehdi Mehdizadənin anım günüdür

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov

"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

Nadir İsrafilov  niyə  həbs edilmişdi ?

Nadir İsrafilov niyə həbs edilmişdi ?

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Kənd müəllimi Həmkarlar  İttifaqından narazıdır

Kənd müəllimi Həmkarlar İttifaqından narazıdır

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Anam özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.

Anam özümə qarşı güclü güvən duyğusu bəsləməyimi təmin etdi.

Mehdizadə və Mərdanov

Mehdizadə və Mərdanov

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

"Gecəsi-gündüzü, şənbəsi-bazarı işləməklə, yaradıcılıq-quruculuqla keçirdi"-Nadir İsrafilov

"Gecəsi-gündüzü, şənbəsi-bazarı işləməklə, yaradıcılıq-quruculuqla keçirdi"-Nadir İsrafilov

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"