AzTehsil.com


Xəbərlər / Ekspert
15 may 2020
1 271


Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”



Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

 

"Heç bir şey təcrübənin yerini tuta bilməz”, "Yaxşı qərarlar təcrübə nəticəsində verilər”, "Həyatda elə seçimlər et ki, qazandığın şeylər itirdiklərinə dəysin",”Həyatda önəmli bir qərarın alınması üçün iki ən yaxşı zaman vardı.

Birincisi illər əvvəl idi, digəri isə indi”- deyib müdriklər. Bu nəsihətlərə o hikmətlər də əlavə olunub ki, "Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır”,"İnsan gələcəyə öz keçmişinin çiynində gedir”  "Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır”, "Keçmiş ya ancaq səlnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir”, "Istənilən halda keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar.” 


Boş vaxt əldə etmək imkanından yararlanaraq, özlüyümdə müəyyən xəyallara qapılarkən  "Xatirələr zəngin olmasa, xəyallar solğun olar” prinsipinə əsaslanaraq, "Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir” məntiqi ilə kiçik bir xatirəmi bölüşməyi özümə borc bildim. Onu da nəzərə aldım ki, "Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var”.  Çünki, öz təcrübəmdən bunun dəfələrlə şahidi olmuşam…Uşaq idik. Dərsdən sonra adətən yaşıdlarımzla birgə rayonun ən qələbəlik yerlərindən biri olan konserv zavodunun qabağına toplaşardıq. Çünki, burda həm mədəniyyət klubu, həm futbol meydançası, kitabxana, qəzet köşkü, digər mədəni-məişət obyektləri cəmləşmişdi. Kino teatrda film göstərilməzdən qabaq fasiləsiz olaraq hind musiqisi səsləndirilərdi. Xaçmaz konserv kombinatı ölkənin ən böyük müəssisələrindən biri idi. Zavodda ildə 1 milyon şərti banka tomat istehsal olunurdu. Bütün Avropada tanınan bu iri istehsal müəssisəsinin adı hətta çoğrafiya dərsliklərinə belə salınmışdı.Həmin gün zavodun qabağında xüsusi bir canlanma müşahidə olunurdu. Hamı tünd qəhvəyi "Pobeda” markalı avtomobilin ətrafına yığışıb, sanki səbirsizliklə kimi isə gözləyirdi. Bir çoxları əllərində tər gül-çiçək dəstəsi tutaraq gözünü zavodun çıxış qapısına dikmişdi. Nə baş verdiyini heç cür başa düşə bilmirdik. Nəhayət, bir neçə rəsmi şəxsin əhatəsində son dərəcə səliqəli geyinmiş, daranmış bir nəfər görsəndi. Kütlə böyük sevinc hissi ilə ona tərəf qaçmağa başladı. Gül dəstəsi təqdim edən kim, qucaqlayıb öpməyə cəhd göstərən kim…Bu şəxs o vaxtların və sonrakı zamanların böyük rəğbət və sevgisini qazanan Rəşid Behbudov idi. Onu canlı olaraq ilk dəfə görsək də, o illərdə kino klublarda tez-tez nümayiş etdirilən "Bəxtiyar” filmindən və radio-televiziyalarda səsləndirilən mahnılarından yaxşı tanıyırdıq. Onu da öyrəndik ki, axşam saatlarında rayonun mərkəzi əyləncə və istirahət parkında yerləşən, Qaqarin adına yay kino teatrında Rəşid Behbudovun rayon zəhmətkeşləri ilə görüşü keçiriləcək. Bütün işimizi bir kənara qoyub, tələsik özümüzü ora çatdırdıq. Sən demə, ən gec gələn elə biz imişik. Zal bir yana qalsin, klubun ətrafındakı ağaclarda belə yer qalmamışdı.

Konserti uzaqdan da olsa seyr edə bilmək üçün, imkan tapan böyüklü-kiçikli hamı ağaclara dırmaşmışdı. Nə edəcəyimizi belə bilmirdik. Acizanə surətdə qapının önündə durub, səbirsizliklə nə olacağını gözləyirdik. Bu durumda sanki, ətrafdakılara ümidsiz küçə uşaqlarını xatırladırdıq.Çox keçmədi ki, bir qrup rəsmilərin əhatəsində Rəşid Behbudov klubun giriş qapısına yaxınlaşdı. Bizi görcək yanındakı rəsmilərdən birinə üzünü tutaraq, "bu uşaqlar niyə burda durub?”- deyə təəccübünü gizlətmədi. Rəsmi şəxs sanki, bu sözdən narahat kimi, bizi qapıdan uzaqlaşdırmağa cəhd edən obrazda bir vəziyyət aldı. Böyük sənətkar onun niyyətini başa düşürmüş kimi qolundan tutaraq, "uşaqlara içəridə yer düzəldin, bayırda qalmasınlar” – dedi.Dərhal yaxındakı kafedən bir neçə əlavə oturacaq gətirib, birinci cərgənin qabağına düzdülər, bizi ordenli, medallı müharibə veteranlarının, əmək qabaqçıllarının, rayon rəhbərlərinin önündə əyləşdirdilər. Müəyyən qədər sıxıntı keçirsək də, sevincimizin, qürurumuzun həddi-hüdudu yox idi. İndi, həyatımda xüsusi iz buiraxan bu hadisəni xatırlayarkən öz təcrübəmdən bir daha şahidi oluram ki, şəxsi nümunə qayda və göstərişlərdən daha çox təsirli və yadda qalan olur.  "Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var”.O hadisədən 25 ildən artıq bir müddət keçmişdi. Bakı şəhərı Baş Təhsi İdərisində işləyirdim. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitututuna (Bakı PKİYİ)  kuratorluq  mənə həvalə edilmişdi. İnstituta uzun illər Lənkəran şəhər partiya komitəsinə rəhbərlik etmiş, sonralar Azərbaycan KP MK-nın katibi postunu tutmuş İsa Məmmədov rəhbərlik edirdi. Xidməti işimlə əlaqədar İsa müəllimin kabinetində oturub, çay süfrəsi arxasında söhbətləşirdik.Anidən Rəşid Behbudov içəriyə daxil oldu.  Sonralar adını daşıyan və insttutun qonşuluğunda yerləşən Azərbaycan Dövlət Mahnı Teatrında təmir işləri getdiyindən tez-tez İsa müəllimin yanına gələr, söhbətləşər, dərdləşərdilər. Kef-hal tutduqdan dərhal sonra – "Bu cavan oğlanı tanımadım”, deyə sual etdi. Isa müəllimin cavabını gözləmədən – "Biz ki, sizinlə bir dəfə görüşmüşük”– dedim… "60-cı illərin əvvəllərində konserv kombinatının zəhmətkeşləri ilə görüşmək üçün  Xaçmaz rayonuna gəlmişdiz. Yer olmadığından bizi konsertə buraxmırdılar, siz buraxdırdınız…” "Uzun illər keçib, neçə də xatirənizdə qalıb” deyərək, böyük sənətkar bir az kövrəldi… "Belə əməllər heç vaxt xatirələrdən silinmir” – dedim və indidə deyirəm ki, "Əlinizdən gələni və xəyal edə biləcəyiniz hər şeyi həyata keçirməyə indi, bu andaca başlayın.”  


Nadir Israfilov, Tanınmış təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini



Загрузка...
Həmçinin oxuyun:
“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

“Dedilər, nazir sənlə görüşmək istəyir, səhərəcən yata bilmədim”-Təhsil eksperti

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

İbrətamiz hekayə - Daş

İbrətamiz hekayə - Daş

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Nadir İsrafilov:“Yaxın, uzaq keçmişinlə bağlı xatirələrinlə baş-başa qalırsan“

Uşaqlara bunları demək olmaz!

Uşaqlara bunları demək olmaz!

1 sentyabr nostalgiyası – “O günün başqa ab-havası vardı, heç görmədim ki, 15 sentyabrda...”

1 sentyabr nostalgiyası – “O günün başqa ab-havası vardı, heç görmədim ki, 15 sentyabrda...”

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Azərbaycanın 26 yaşlı prorektoru - “Yüksək vəzifədə dayım yoxdur”

Azərbaycanın 26 yaşlı prorektoru - “Yüksək vəzifədə dayım yoxdur”

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Nadir Israfilov:”Təhsildə varisliyin və fasiləsizliyin təmin edilməsinin…”

Nadir Israfilov:”Təhsildə varisliyin və fasiləsizliyin təmin edilməsinin…”

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

Valideynlərin 7 tipik səhvi

Valideynlərin 7 tipik səhvi

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb