AzTehsil.com


Xəbərlər / Ekspert
09 may 2020
1 517


“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”



“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

 

Mən müharibə görməmişəmsə də, heç kəsə də bunu arzulamıram…Əlbəttə "Böyük Vətən müharibəsi”ni nəzərdə tututuram. Heç atam da o müharibəni görməyib, çünki gənc idi, Bayılda "20-ıy posyolok” deyilən sahəd neft mədənlərində işləyirdi.
 
Neftçiləri hərbi xidmətə cəlb etmirdilər, arxa cəbhə sayılırdı. Neft o zaman qələbə üçün hər şey demək idi. Müharibə başa çatdıqdan xeyli sonra Badamdar qəsəbəsində neftçilər üçün taxtadan quraşdırılmış, "finski barak” deyilən 2 yanaşı yataqxanalardan birində dünyaya gəldik, böyüdük, ərsəyə yetdik… Neçə illər keçməsinə baxmayaraq, hər "9 may” gələndə, sanki, özümü müharibə iştirakçısı kimi zənn edirəm. Çünki böyük əmilərim, dayılarım ön cəbhələrdə vuruşub, onlardan qayıdanlar da olub, qayitmayanlar da. Müharibənin bütün keşmə-keşlərini onlardan eşitmişəm.
Atamın sözlərindən böyük əmim Quba rayonunun Hərbi komissarlığında II çast adlanan sahə üzrə hərbi mükəlləfiyyət  işlərinə baxırdı. 1941- ci ilin iyununda müharibə başlayan vaxt könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etmişdi. Xahişi bir müddət təmin olunmadı. Nəhayət, israrlı və davamlı təkidlərindən sonra onu cəbhəyə göndərdilər. Rütbəsi kapitan idi. Berlinə qədər ağır və əzablı yol keçdi. Son məktubunda ona mayor rütbəsi verilməsi və tezliklə qaydacağını bildirirdi. Verilən rəsmi xəbərlərə görə Reyxstaqın üzərinə bayraq sancılmış, müharibə qələbə ilə başa çatmışdı. Ancaq, qayıdanlar qayıtdı, o qayitmadı.
Aradan 20 il keçdi. Günlərin birində atamı Rayon partiya komitəsinə çağırdılar, onun Çexoslavakiya Sosialist Respublikasına dəvət olunması ilə bağlı rəsmi məktubla tanış etdilər. Biz hələ uşaq idik, orta məktəbin aralıq siniflərində oxuyurduq, nəyin nə olduğunu başa düşmürdük. Sən demə, mayın 8-də Berlin alındıqdan sonra, Almaniyanın hamılıqla və qeyri-şərtsiz tərkisilah olunması barədə pakt imzalanmasına baxmyaraq, Çexoslavakiyada bir korpus baş qaldırıb, müqavimət göstərməkdə davam edib. Ali Hərbi komandanlığın göstərişinə əsasən Berlindəki qarnizonlardan bir neçəsi həmin qiyamı yatırmaq üçün Praqaya yeridilib. Əmim də həmin qarnizonların birində olub və mayın 9-da faşist gülləsinə tuş gəlib.
Müharibə başa çatdıqdan və Çexoslavakiya faşizm istibdadından tam azad olunduqdan sonra "Qırmızı ləpirşilər” adlı bir qrup Praqanın azad olunması yolunda canlarından keçənlər barədə materiallar toplamağa başlamış, xilaskarları onlar üçün ayrılmış xüsusi məzarlıqda dəfn etmiş, və onların qohum-əqrabalarını axtarıb tapmaq işləri ilə məşğul olmuşlar. Atama göndərilən məktub da bu axtarışlardan birinin nəticəsi idi ki, o da 20 ildən sonra olsa da doğma qardaşının üzünü görməsə də heç olmasa məzarını belə görə bildi.
Bir ara "9 may”a biganə münasibət bəsləyəndə, hətta 9 may bayramını ləğv etmək fikrinə düşəndə belə nəzərə almadıq ki, bu müharibə "Böyük Vətən müharibəsi” idi, Vətən uğrunda, bu gün uğrunda gedirdi, vətən övladlarının gələcək xoşbəxtliyi naminə idi. Bu qələbə o zamankı "Böyük Vətənin” kiçik parçasının, böyük tarixinin şanlı bir səhifəsi idi. Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Rəsmi statistikaya görə həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub.  Müharibə illərində Sovet İttifaqında hasil edilmiş 110 milyon ton neftin 75 milyon tonu Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdi.
Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə 2-ci qayıdışından sonra bu soyuqluq və haqsızlıq aradan götürüldü, ədalət bərpa olundu. Ümummilli liderin veteranlara böyük sevgi və qayğısını Prezident İlham Əliyev qədirbilənliklə davam etdirir, Dövlət başçısı 2003-cü ildən başlayaraq hər il bu münasibətlə görüşlər təşkil edir, müharibə veteranları ilə bağlı yeni qərarlar qəbul edir. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə  Azərbaycan xalqına ən səmimi təbriklərini yetirərək, bu bayramın xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olduğunu, ölkəmizin tarixi qələbəyə mühüm töhfələr verdiyinı və bu hər bir  azərbaycanlıya daim qürur və fərəh hissi yaşatdığını qeyd etməklə, həm prezidentin həm də özünün bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə bu əlamətdar tarixin birgə qeyd edilməməsinə öz təəssüfünü bildirmişdir. "Böyük Vətən müharibəsi”ndəki qələbədə Azərbaycanın payı danılmazdır.İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Qafur Məmmədov, Gəray Əsədov, Ziya Bünyadov və onlarla digər oğullarımızın şanlı qəhrəmanlıq nümunəsi yeniyetmə və gənclərimizin vətənpərvərlik tərbiyəsi üçün tarixi səlnamədir. Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…
Nadir İsrafilov, Təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Böyük qələbədə payı olan azərbaycanlı

Böyük qələbədə payı olan azərbaycanlı

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

54 nəfəri düşmən mühasirəsindən çıxaran, “Azərbaycan Bayrağı” ordenli- Hikmət Ağayev

54 nəfəri düşmən mühasirəsindən çıxaran, “Azərbaycan Bayrağı” ordenli- Hikmət Ağayev

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Pearl Harbor əməliyyatı və ABŞ-ın müharibəyə qoşulması

Pearl Harbor əməliyyatı və ABŞ-ın müharibəyə qoşulması

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

Səməd bəy Mehmandarovun doğum günüdür

Səməd bəy Mehmandarovun doğum günüdür

Ailədə vətənpərvərlik tərbiyəsi...

Ailədə vətənpərvərlik tərbiyəsi...

Hansı universitet müharibə veteranını intihara vadar edir?

Hansı universitet müharibə veteranını intihara vadar edir?

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik