AzTehsil.com


Xəbərlər / Ekspert
27 noyabr 2020
1 567


"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov



"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov

 

Hər dəfə  - istər sağlığında Əjdər müəllimlə görüşəndə, istərsə də son iki ildə onu xatırlayanda istər-istəməz, "Uzaq sahillərdə” filmindən alman zabitinin Mixayloya ünvanladığı bir epizod yadıma düşür: "Bilmirəm sən rəssamsan, yoxsa ki, kəşfiyyatçı?”. 
 
İndi, zabitin sözü olmasın Əjdər müəllim pedaqoq idi, psixoloq idi, alim idi, nasir idi, şair idi, tənqidçi idi, bəstəkar idi, jurnalist idimi... hansı peşə sahibliyindən, Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri olmasından asılı olmayaraq, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi.

 


 Əjdər Ağayev haqqında əlavə nəsə deməyə elə də bir ehtiyac qalmır, çünki, bu ad və soyad özü hər sözü deyir.  Onun haqqında hələ sağlığında müasirləri tərəfindən onlarla kitab yazılıb, yüzlərlə məqalə dərc olunub, hələ sağlığında ikən müəllimlər müəllimi adını qazanmış müəllim kimi dəyərləndirilib. Əjdər Ağayevin təkcə "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" mövzusundakı doktorluq işi, onun əsl pedaqoq alim olması üçün kifayət edərdi.

 "Təlim prosesi: ənənə və müasirlik”  "Məktəblərdə vətənə sədaqət tərbiyəsi”, "Məktəblərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi”, "Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında”,"Vətəndaş olmağa borclusan” və onlarla digər kitabları, "Pedaqogika” dərs vəsaiti  onun böyük alim, ləyaqətli vətəndaş, yorulmaz tədqiqatçı olmasının bariz nümunəsidir.

Əjdər müəllim müxtəlif vaxtlarda Azərbaycan Təhsil Nazirliyi  nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini, dərslikləri qiymətləndirmə komissiyasının sədri, ümumtəhsil məktəbləri üçün baza tədris planları hazırlayan işçi qrupunun rəhbəri, "Təhsil haqqında” Qanunu, təhsil islahat proqramını və fasiləsiz təhsil konsepsiyasını hazırlayan işçi qrupunun üzvü, Təhsil Cəmiyyətinin sədr müavini, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətinin üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Təhsil şurasının sədri, "Təhsil və zaman”qəzetinin baş redaktoru kimi ictimai işləri yerinə yetirmişdir.

Əjdər müəllimlə ilk tanışlığım "Azərbaycan məktəbi” jurnalının redaksiyasında, son görüşüm isə Bakı Mühəndislik Universitetində keçirilən 80 illik  yubileyində olub. 8 il Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunda çiyin-çiyinə çalışmış, onlarla tədbirlərdə və rəsmi səfərlərdə birgə iştirak etmişik. Onun "Ənənə və müasirliyin vəhdəti təlimin keyfiyyətini yüksəldən vasitə kimi" formulu bu gün də təhsilimizin əsas formullarından biri kimi qəbul edilir.

”Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi." Onun bu sözləri  şəxsiyyətə nə qədər böyük önəm verməsinin sübutu idi. O, "Müəllim himnini” yazması ilə müəllimliyə nə qədər önəm verdiyini sübut etdi. Həmin himn ilk dəfə 1989-ci ildə Azərbaycan müəllimlərinin I qurultayında Respublika sarayında Birləşmış Müəllim Xorunun ifasında səslənmişdir.

Azərbaycan milli pedaqoqiqasında xüsusi yeri olan Əjdər müəllimin bir sözü vardı: "Bəzən deyirlər ki, xaricdə belədir-elədir... Ümumiyyətlə millətə, xalqa xas olan yaxşı təcrübəni xariclə müqayisə etməzlər. Xarici təcrübə nə olursa-olsun onu nümunə götürmək, surətini çıxarıb əks etdirməyə ehtiyac yoxdur.”

"Taleyimdə nəyim varsa bəsimdi...” deyən böyük pedaqoq, ləyaqətli insan, şərəfli həyat yolu keçmiş ziyalımız Əjdər Ağayevin əziz xatirəsi daim onu tanıyanların və gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır.

Nadir İsrafilov
AR Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini



Загрузка...
Həmçinin oxuyun:
“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Müəllimlər müəllimi” filmi təqdim olunub

Prosesi gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil

Prosesi gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Şərəfli adlar sahibi

Şərəfli adlar sahibi

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər?

Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər?

Diaqnostika, summativlər kimə lazım idi?!”- Sərt irad

Diaqnostika, summativlər kimə lazım idi?!”- Sərt irad

Bu gün akademik Mehdi Mehdizadənin anım günüdür

Bu gün akademik Mehdi Mehdizadənin anım günüdür

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 97 il ötür

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 97 il ötür

2 dəfə məhkəməyə verilmişəm -Təhsil eksperti

2 dəfə məhkəməyə verilmişəm -Təhsil eksperti

Təhsil Şöbəsinin müdiri rüşvət əməliyyatından danışıb: “Məcbur idim” -VİDEO

Təhsil Şöbəsinin müdiri rüşvət əməliyyatından danışıb: “Məcbur idim” -VİDEO

Akademik Zərifə Əliyevanın anım günüdür

Akademik Zərifə Əliyevanın anım günüdür

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”

“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”

Sadə müəllim, zəhmətkeş alim ömrü

Sadə müəllim, zəhmətkeş alim ömrü

Vətənə sədaqətli insan  Mirhaşım Talışlı - 90

Vətənə sədaqətli insan Mirhaşım Talışlı - 90

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR

4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR

Azərbaycanda Respublika Günü qeyd edilir

Azərbaycanda Respublika Günü qeyd edilir

Azərbaycanda İnstitut direktoru vəfat edib

Azərbaycanda İnstitut direktoru vəfat edib

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub