"Misir Mərdanov sona qədər ekspert institutu nüfuzdan salmağa çalışdı”
"Misir Mərdanov təhsil nazir vəzifəsini icra etdiyi vaxtlarda 2 dəfə məhkəməyə verilmişəm. Eks-nazir sona qədər bizə "adını təhsil eksperti qoyanlar” dedi və bu institutu nüfuzdan salmağa çalışdı. Təhsil eksperti institutunun dirçəlməsində və fəaliyyətində Mikayıl Cabbarovun xidmətləri isədanılmazdır” -Etibar Əliyev
Yeri gəlmişkən – "Ekspert” latın sözü olub (expertus) – təcrübəli deməkdir. Müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisinə ekspert deyilir.
AzEdu.az saytına mövzu ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Etibar Əliyev deyir ki, onun bütün fəaliyyəti təhsil və elmlə bağlı olub:
"Mən "Məktəbli fəlsəfəsi”, "Yeni təhsil, tərbiyə və elm antologiyası”, "Yeni təlim texnologiyalarının tezaurusu”, "Boloniya bələdçisi”, "Müəllimlərin peşəkar kompetensiyalarınınartırılmasına dəstək”, "Orta təhsildə ictimai ekspertiza mexanizmlərinin yaradılması”, "Səriştəli valideyn” kitabların müəllifiyəm. Təhsil sahəsində 1000-dən çox elmi–publisistik məqalələrin dərc olunub”.
Təqdimata əlavə: Etibar Əliyev 1986-cı ildə Bakı Dövlət Universitetinin Fizikafakültəsini bitirib, Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1992-ci ildən 2002-ci ilə qədər Təhsil Nazirliyində çalışan E.Əliyev hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisidir. O, həmçinin, 2005-ci ildə təsis edilən "XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədridir.
Ekspertin sözlərinə görə, onu ilk dəfə təhsil ekspertiadlandıran"Yeni müsavat” qəzeti olub:
"Və etiraf edim ki, mən ölkənin birinci təhsil ekspertiyəm. Məqalələrimin, təhsildə bir sıra problemlərin həllindəyardımçı olmasının şahidiyəm. Misir Mərdanovun nazir işlədiyi vaxtlarda 2 dəfə məhkəməyə verilmişəm. Eks-nazir sona qədər bizə "adını təhsil eksperti qoyanlar dedi”,bu institutu nüfuzdan salmağa çalışdı. Təhsil eksperti institutunun dirçəlməsində və fəaliyyətində Mikayıl Cabbarovun xidmətləri isə danılmazdır. O, nazir təyin olunduqdan sonra bizi bir neçə dəfə görüşə dəvət etdi və nazirliyin qrant müsabiqələrində iştirak etdik. Nazirlik bizi, demək olar ki, bütün tədbirlərinədəvət edirdi. Ölkə başçısı İlham Əliyevin imzaladığı "İctimai İştirakçılıq haqqında” Qanundan sonra ali məktəblərdə "İctimai nəzarət Şuraları” yaradıldı. Düşünürəm ki, ölkə başçısı səviyyəsində təhsildə şəffaflığın qorunması, vətəndaş cəmiyyətinin nümayəndələri ilə ali məktəblər arasında səmimi münasibətin qurulmasında maraq var”.
Ekspert titulunun ciddiliyi barədə:"Rəhmətlik Əjdər Ağayevlə, professor Şahlar Əsgərova"təhsil eksperti” deyəndə incimədilər!”
E.Əliyev qeyd edib ki, bir çox hallarda nəyisə tənqid edəndə qarşı tərəf bunu nazirə yönəldir:
"Təhsildə ekspert institutunun möhkəmlənməsindəvə nüfuzunun artmasında rəhmətlik Əjdər Ağayevlə, professor Şahlar Əsgərovun müstəsna xidmətləri var. Onlara təhsil eksperti deyəndə incimədilər. Bu, o demək idi ki, ekspert titulu ciddi xarakter daşıyır. Ölkədə elm və tibb sahəsində ekspertlərin olmaması isəçox pis haldır. Ekspertlər məsələlərə fərqli bucaq altında baxırlar. Bunu dünyagörüşlü və savadlı vəzifəlilər başa düşürlər. Bir çox hallarda nəyisə tənqid edəndə qarşı tərəf bunu nazirə yönəldir, beləcə aləm qarışır. Əslində ekspertlərin qoruyacağı bircə dəyər olmalıdır, o da həqiqət. Təhsil Nazirliyi ilə ekspertlərin münasibəti təhsil sahəsində ortaya çıxan problemlərin birgə çözülməsindən keçir. Burda maraqlı tərəf Təhsil Nazirliyi olmalıdır.
"Məktəb direktoru məşğul ola bilirsə, gedib öz işi ilə məşğul olsun”.
"Məsələn, mən hansısa məktəb direktorunun təhsil ekspertinə istehza ilə yanaşmasının, onu təhqir etməsinin tərəfdarı deyiləm. Məktəb direktoru məşğul ola bilirsə, gedib elə öz işi ilə məşğul olsun. Onsuz da məktəbin problemləri başdan aşır… Vəzifəli şəxslər anlamalıdırlar ki, tənqidin əhəmiyyəti tərifdən daha çoxdur. Lakin bir çox hallarda əks proses baş verir. Necə ki tənqid oldu, elli-obalı tənqid edən şəxsi susdurmağa çalışırlar…”, - deyə Etibar Əliyev əlavə edib.