Xəbərlər
22 noyabr 2020
1 015


Dövlət İmtahan Mərkəzində fənlər üzrə onlayn hazırlıq kursları keçirilib

Dövlət İmtahan Mərkəzində fənlər üzrə onlayn hazırlıq kursları keçirilib

 

Dövlət İmtahan Mərkəzində (DİM) fənlər üzrə "Zoom” platforması üzərindən onlayn hazırlıq kursları keçirilib.

DİM-dən  bildirilib ki, kurslar Azərbaycan dili, ingilis dili, riyaziyyat, tarix, fizika və biologiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən müvafiq fənn kurikulumunun nəticələrinə uyğun qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına həsr olunub.
 Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər iştirak ediblər.

Hazırlıq kursunun açılışında çıxış edən DİM-in şöbə müdiri Afiqə Batıyeva şanlı ordumuzun qazandığı böyük tarixi qələbədən, xalqımızın və ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında necə birləşdiyindən bəhs edib. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramını bildirib və yaralılara şəfa diləyib.

Sonra müdavimlərə 2 aylıq kurs materialının nəzəri hissəsinin mövcud şəraitə görə bir neçə saat ərzində onlayn qaydada keçiriləcəyini, II mərhələdə müdavimlərin ev tapşırıqlarını moderatorlara təqdim edərək hazırlıq kursunun proqramına əsasən iştirakçılarla praktiki mərhələnin internet vasitəsi ilə həyata keçiriləcəyini və sonuncu mərhələdə kurs iştirakçılarının kalibrləmə prosesindən keçmək üçün yaşadığı əraziyə ən yaxın DİM-in Regional bölmələrinə yaxınlaşaraq yoxlama prosesi ilə tanış olacaqlarını qeyd edib.

Hazırlıq kurslarında Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva, riyaziyyat fənni üzrə DİM-in əməkdaşı Samir Hüseynli, tarix fənni üzrə moderator Hafiz Cabbarov, fizika fənni üzrə moderator Əlövsət Rəcəbli və biologiya fənni üzrə moderator Eynulla Musayev müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.

Qeyd edək ki, hazırlıq kursunun iştirakçılarının şəxsi məlumatları mərkəzin elektron "Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə onlar DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.
 

Dövlət İmtahan Mərkəzində fənlər üzrə onlayn hazırlıq kursları keçirilib

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib

Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib

Şəmkir şəhərində yeni təhsil proqramı əsasında hazırlıq kursu təşkil edilib.

Şəmkir şəhərində yeni təhsil proqramı əsasında hazırlıq kursu təşkil edilib.

Qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat davam edir

Qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat davam edir

DİM Bərdədə hazırlıq kursları təşkil edəcək

DİM Bərdədə hazırlıq kursları təşkil edəcək

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları yaradılır

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları yaradılır

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

Müəllimlərin nəzərinə! - Hazırlıq kursları başa çatdı

Müəllimlərin nəzərinə! - Hazırlıq kursları başa çatdı

Dövlət İmtahan Mərkəzindən hazırlıq kursları ilə bağlı MÜRACİƏT

Dövlət İmtahan Mərkəzindən hazırlıq kursları ilə bağlı MÜRACİƏT

Bu rayonda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil olunacaq

Bu rayonda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil olunacaq

Yeni təhsil proqramı üzrə hazırlıq kurslarına qeydiyyat aparılır

Yeni təhsil proqramı üzrə hazırlıq kurslarına qeydiyyat aparılır

DİM-dən kurikulumla bağlı - AÇIQLAMA

DİM-dən kurikulumla bağlı - AÇIQLAMA

Hazırlıq kurslarında iştirak etmək istəyənlərin – NƏZƏRİNƏ

Hazırlıq kurslarında iştirak etmək istəyənlərin – NƏZƏRİNƏ

DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

Bu rayonda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil olunacaq

Bu rayonda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil olunacaq

DİM hazırlıq kurslarına start verir

DİM hazırlıq kurslarına start verir

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

DİM-in “YouTube” kanalına 200-ə yaxın yeni dərs yerləşdirilib

DİM-in “YouTube” kanalına 200-ə yaxın yeni dərs yerləşdirilib

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Müəllimlərə müraciət və şad xəbər

Müəllimlərə müraciət və şad xəbər

DİM-in şöbə müdiri buraxılış imtahanlarından danışdı

DİM-in şöbə müdiri buraxılış imtahanlarından danışdı