AzTehsil.com


Xəbərlər / Müəllim
06 iyul 2020
4 254


Məktəbin vəzifəsi



 

Məktəb nədir? Məktəb: cahili elmə qovuşdurur və ağıllı adama çevirir. Məktəb bizi cəhalət qaranlığından azad edir və parlaq gələcəyə aparır, insanın ləyaqəti onun verdiyi təhsil ilə bilinir.

Tanınmış maarifçi Məhəmməd Tağı Sidqi

Azərbaycan məktəb tarixi çox qədim və zəngin olmuşdur. Tədqiqatçılar hələ eramızdan əvvəl Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdə məktəblərin fəaliyyət göstərdiyini yazırlar. Mədrəsə tipli bu məktəblərin əsas məqsədi «dövlət aparatı üçün xidmətçilər, din xadimləri, mollalar, daha sonralar – çarizm dövründə isə müsəlman ibtidai məktəbləri üçün müəllimlər hazırlamaq” idi. Bütün hallarda savad öyrətmək, təhsil vermək, hakim elitanın ideologiyasına cavab verən mütəxəssislər yetişdirmək bu tip məktəblərin başlıca vəzifəsi olmuşdu. Çox da uzaq olmayan keçmişdə bizim nəsil sovet dövrü məktəblərində sosialist ideologiyası prinsiplərini özündə ehtiva edən təlim –tərbiyə proqramları əsasında yetişdirilirdi. Bu dövrdə bütün sahələrdə insanın düşüncə və fəaliyyət azadlığı çevik bir sistem halinda idarə edilirdi. Zaman keçdikcə dünyada başverən sosial- siyasi dəyişiliklər, cəmiyyətlərdə demokratikləşmə prosesinin formalaşması bütün sahələrdə olduğu kimi təhsilə, onun alt yapısı olan məktəblərin fəaliyyətinə də rəngarənglik gətirmişdir. Baş verən dəyişiliklər məktəblər üçün çoxvariantlı nəticələrə gətirib çıxartdı. Məktəbin və təhsilin keyfiyyətinin inzibati-amirlik qaydalarla idarəolunması , təlim – tərbiyə proqramları, maddi-texniki təchizatı və s. artıq bu kimi uzun illər mövcud olmuş mexanizmlərin sıradan çıxması geridönməz reallığa çevrilmişdir. Məktəb humanist və demokratik prinsiplərin hökm sürdüyü zamanıla ayaqlaşaraq Alman filosofu İ.Kantın təbirincə desək " icbari mədəniyyət” mərkəzinə çevrilmişdir. Zaman məktəblərdən əsas fəaliyyət istiqamətini "ağıllı adama” çevirdiyi gənc nəslin şürunu həqiqəti dərk etməyə, demokratik dəyərlərin mənimsənilməsinə yönəltməyi tələb edir. Hazır göstərişlər, müəyyən konkret tapşırıqlar, ideya mübarizəsi aparmaq, hakim elitanın təbiətinə uyğunlaşdırılması məktəbin öz əsas vəzifəsini yerinə yetirməsinə mane olan metodlar arzuolunmaz hallara çevrilməkdədir. Müşahidələr göstərir ki, müxtəlif dövlətlər inkişaf etmiş məktəb modellərini öyrənərək kortəbii şəkildə öz ölkələrində tətbiq etmədilər, onlar ölkənin yerli şəraitə uyğun modellərini yaratdılar. Bu tip məktəblər tam olaraq sosiallaşmış, idarəetmədə heç bir məhdudiyyət qoyulmamış, təhsil azadlığına malik məktəblərdir. XXI əsr vətəndaşını yetişdirməkdə bu məktəblər sisteminin öz daxilində mənəvi və intellektual təhsil azadlığına məhdudiyyətlər qoyulmur, əksinə onlara üzərlərinə düşən öhdəliklərin tam olaraq yerinə yetirilməsinə şərait yaradılır. Çünki sürətlə dəyişən dünyamız məktəbdən yetişdirdiyi insana biliklə yanaşı həyatı bacarıqları verməyi tələb edir.

Amerika filosofu və pedaqoqu C. Dyüi "Məktəb və cəmiyyət” əsərində yazırdı : "Bir halda ki, təhsil – vakumda yox, insanın kəşfləri əsasında həyata keçən fəaliyyətdirsə, o zaman konkret təhsil azadlığı şagirdlərin və müəllimlərin və təhsil təsisatı kimi məktəbin azadlığından ibarətdir”. Məhz verdiyi təhsilin mahiyyətini məktəb binasından başlamış müəllimin şəxsiyyəti, şagird – müüəllim münasibətləri, valideyn – icma və idarəetmə strukturları və mexanizmləri,

eləcə də tədris olunan proqramları təşkil edən azad məktəb, cəmiyyətin sosial- mədəni dayaqlar əsasında inkişafında böyük rol oynaya bilən bu keyfiyyətə malik insanları yetişdirə bilər .

Məlahət Mürşüdlü,

Pedaqogika üzrə fəlsəfə doktoru



Загрузка...
Həmçinin oxuyun:
Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Pedaqogika elminin yaranması və ilk yazı  haqqında

Pedaqogika elminin yaranması və ilk yazı haqqında

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

“İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır"—Nadir İsrafilov yazır

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Pedaqoji idarəetmədə hesabatlılıq

Pedaqoji idarəetmədə hesabatlılıq

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

Azərbaycanda idarəetmə təkamülü

Azərbaycanda idarəetmə təkamülü

Valideynlərin nəzərinə - məktəb seçərkən bunlara diqqət edin

Valideynlərin nəzərinə - məktəb seçərkən bunlara diqqət edin

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Məhəbbət Vəliyeva: Məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil

Məhəbbət Vəliyeva: Məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil

Azərbaycanda “Ağıllı məktəblər” yaradıla bilər

Azərbaycanda “Ağıllı məktəblər” yaradıla bilər

Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?

Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?