AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Direktor / Müəllim
23 noyabr 2017
4 546


Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə



Qloballaşan dünyada tələb olunan təhsil sistemini Azərbaycanda formalaşdırmaq, beynəlxalq rəqabətliliyin şərtlərinə nail olmaq ölkə vətəndaşlarının daim marağındadır. Məktəblərdə dövlət-ictimai xarakterli idarəetmə işi canlanmalı, məktəbin idarə olunmasında valideynlərin, ictimai qurumların, bələdiyyələrin, məktəb şuralarının, ictimai təşkilatların, Qəyyumlar şuralarının və məktəbin nüfuzlu, özünə karyera qazanmış  məzunlarının da məktəbin idarə olumasına cəlb olunması əsas məsələlərdən biridir. Məktəblərin idarə olunmasında elmi-texniki tərəqi, innovasiyalar və modernləşmə, praktik bilik və vərdişlərin zənginləşməsi böyük əhəmiyyət daşıyır.

 

Təhsilin məzmununun formalaşdırılmasında akademik biliklər, bacarıqlar, səriştələrlə yanaşı, onun idarə edilməsində səmərəyə əsaslanan dövlət-ictimai xarakterli işgüzar xidmət də böyük rol oynayır. Bu istiqamətdə rəqabətqabiliyyətli sistemin yaradılmasına dair bir sıra mühüm işlər görülərək dövlət-ictimai xarakterli idarəetmə mexanizminə malik olan ümumtəhsil məktəblərinin formalaşdırılması nəzərdə tutulur.  Müasir elmi-texniki tərəqqinin nailiyyətləri bütünlüklə şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına xidmət edir. 

 

Məktəblərin idarəolunmasında elə bir şərait yaranmalıdır ki, hər bir şagird üçün məzmun, infrastruktur, texnologiya, innovativlik, metodlogiya, standart, konseptuallıq və mədəni-kütləvi tədbirlər əlçatan olsun. Keyfiyyətin yüksəldilməsi və şəxsiyyətin formalaşdırılmasına yönələn bu işlər nəticəyönlü təhsilin elementləri olaraq şagirdlərin təfəkkürünü, təhliletmə qabiliyyətini, tətbiq səriştəliyini artırmağa xidmət edir. Yaşadığımız  informasiya əsrinin tələbləri, dünya təhsil sisteminə inteqrasiya, cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması, ümumtəhsil məktəblərində  bazar iqtisadiyyatına keçid bizə imkan verir ki, məhz yeni dövlət- ictimai xarakterli  idarəetmə modelini tətbiq edək.


Ümumtəhsilin məzmunu fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarını, milli və ümumbəşəri dəyərləri əks etdir. Bu, təhsilimizdə humanistlik,dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir. Ümumtəhsilin məzmunu təhsilalanların yaş, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə alır. Təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırılır. Təhsilalanların təlim marağı, potensial imkanları, sağlamlığının təhlükəsizliyi diqqətdə saxlanılır. 


Ümumtəhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Bu baxımdan ümumtəhsilin idarə olunması dövlət-ictimai xarakterli olmalıdır. Təhsil sisteminin idarəolunmasıda bütövlükdə böyük dəyişiklər baş verir. Təhsilin idarəetməsinə dair normativ-hüquqi sənədlərinin tənzimlənməsi, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun keyfiyyət dəyişikləri məktəblərin idarəetmədə rolunun genişləndirilməsinə imkan yaratmışdır. Dünyanın aparıcı təhsil mütəxəsislərinin, tədqidatçıların fikrincə desək, keyfiyyətli təhsil üçün ən əlverişli yollardan biri məktəblərin dövlət-ictimai xarakterli idarə edilməsidir. Ümumtəhsil müəssisələri məktəb-ailə-cəmiyyət üçbucağı vasitəsilə faydalı şəxsiyyət yetişdirərək cəmiyyətə təqdim etməkdədir. Bu baxımdan məktəblərin idarəolunmasında valideynlərin, ictimai qurumların və ictimaiyyətin rolunun artırılması zamanın tələbidir.  


Bildiyimiz kimi dövlət–ictimai xarakterli  və dövlət-biznes tərəfdaşliğına əsaslanan idarəetmə sisteminin formalaşdirılması üçün bir sıra müddəalar  təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuşdur. Bu, beynəlxalq təcrübələrə əsaslanan  inkişaf metodudur. Milli və mənəvi dəyərlərimiz nəzərə alınaraq tənzimləmə və idarəetmə funksiyalarını formalaşdırılır və yeni model yaradılıdır. Təhsili idarə edən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairələrinə yenidən baxmalı, ayrı-ayrı sahələr üzrə müəyyənləşdirmə aparmalıdır.


Məktəbin idarəolunmasında liderlik kefiyyətinin daşıyıcısı direktordur, bu hal çox böyük əhəmiyyət kəsb edir. Məktəb direktoru təkcə texniki-inzibatçı funksiya daşımır, əksinə şagirdin şəxsiyyətinin  və davranışın formalaşmasıda kifayət qədər ciddi rol oynayır. Lider direktor başa düsür ki, məktəbin idarəolunmasında kollegialliq əsas götürülməlidir. Bu baxımdan məktəb rəhbərliyi Pedaqoji Şuraya, məktəb şurasına, məktəb icmasına, himayədarlar şurasına, məktəb məzunlar şəbəkəsinə, ictimai özünüaudit qurumuna, şagird özünüidarə təşkilatına və s. diqqəti artırmalı və kollegiallıq işlərini canlandırmalıdır.


Kollegiallıq nədir? (ardı var). 

                               

Ş.H.Qəribov, İ.M.Əsədova




Загрузка...
Həmçinin oxuyun:
Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin kollegial imkanları

Pedaqoji idarəetmənin kollegial imkanları

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

Pedaqoji idarəetmənin predmeti

Pedaqoji idarəetmənin predmeti

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ  İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

Təhsilin məzmunu

Təhsilin məzmunu

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.” Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri