AzTehsil.com


Xəbərlər
25 iyun 2020
1 086


Rektor: Karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur



Rektor: Karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur

 

Hazırda dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı həyata keçirilən tədbirlər ölkəmizdə irimiqyaslı təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinin zamanında düşünülmüş tədbirləri olmasaydı, dünyanın qabaqcıl və inkişaf etmiş ölkələrini bürümüş bu dəhşətli virusla mübarizə çətinləşər, ölüm halları çoxalardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyib.

O bildirib ki, pandemiyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə müxtəlif vaxtlarda karantin rejimi yumşaldılsa da, vətəndaşlarımızın bəzilərinin bu xəstəliyi ciddiyə almaması yenidən sərt karantin rejiminə keçilməsi ilə nəticələndi. Hələ də xəstəxanalarda bir çox vətəndaşımız virusla mübarizə aparır. Qəhrəman həkimlərimiz xəstəliklə mübarizə aparan vətəndaşlarımıza yardım etməyə çalışırlar. Risk altında qalan həkimlərimiz və polislərimiz hər gün ictimaiyyətə evdə qalmağı tövsiyə edirlər. Əgər verilən qərarlara riayət etsək, özümüzün və ətrafımızdakıların sağlamlığını düşünsək, yalnız ehtiyac olduğu təqdirdə icazələrdən istifadə etsək, pandemiya ilə mübarizədə qalib gələrik. Aqil Şirinov diqqətə çatdırıb ki, karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur. Sosial məsafəyə və şəxsi gigiyena qaydalarına lazımınca əməl edilməli, qoruyucu vasitələrdən mütəmadi istifadə gündəlik həyat tərzimizə çevrilməlidir. Operativ Qərargahın da bildirdiyi kimi, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan, xəstəliyə qarşı qabaqlayıcı tədbirlər davam etdirilməlidir.

"Pandemiya şəraitində tətbiq olunan qaydalara əməl etməyə həm vətəndaşlıq, həm də dini-mənəvi baxımdan borcluyuq. Unutmayaq ki, bədənimiz bizə Allah tərəfindən verilmiş bir əmanətdir və onu qorumaq hər birimizin Yaradan qarşısındakı borcudur. "Qurani-Kərim”in "əl-Bəqərə” surəsinin 195-ci ayəsində buyurulur: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın”. Əgər biz qaydalara lazımi şəkildə riayət etmiriksə, deməli, özümüzü bilə-bilə təhlükəyə atırıq”,- deyə Aqil Şirinov vurğulayıb.

İnstitut rəhbəri pandemiya ilə əlaqəli, xüsusən sosial mediada yalan və insanları çaşdırmağa yönəlmiş məlumatların mövcudluğuna da toxunub. O qeyd edib ki, COVID-19 virusu barədə, ancaq mütəxəssis rəyinə güvənməliyik: "Sosial şəbəkələrdə virusun olmadığına dair yalan məlumatlara rast gəlirik. Bu da əhalinin bir qismində çaşqınlıq yaradır. İnsanlarımızdan xahişim budur ki, belə məlumatlara inanmasınlar. Bəzən cəmiyyətdə müəyyən qədər tanınan şəxslərin də belə məlumatlara aldandığının və bu səpkidə xəbərlər yaydığının şahidi oluruq. Cəmiyyətdə nə dərəcədə tanınmasından asılı olmayaraq, əgər bir insan ixtisası olmayan sahədə mütəxəssis kimi fikir yürüdürsə, ona inanmamalıyıq. Biz ancaq mütəxəssis rəyinə güvənməliyik. Mütəxəssis olmayanların rəyi zənn-gümandan ibarətdir. Zənnin arxasınca getmək isə dinimizdə günah hesab edilir. "Qurani-Kərim”in "Hucurat” surəsinin 12-ci ayəsində buyurulur: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin”.

Rektor diqqətə çatdırıb ki, Məhəmməd peyğəmbər bir hədisində müsəlmanlara üzünü tutaraq, "Taun (yoluxucu xəstəlik) olan yerə getməyin. Taunun olduğu yerdən isə çıxmayın”, – deyərək yoluxucu xəstəliklərdən qorunmağın dini baxımdan da bir borc, qorunmamağın isə günah olduğunu vurğulayıb.

Hər bir vətəndaşımızı sosial məsuliyyətindən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə səsləyirik. Axı, müqəddəs dinimiz İslam da bizə sağlamlığımızı qorumağı tövsiyə edir.



Загрузка...
Həmçinin oxuyun:
İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Karantin rejiminin uzadılması ilə bağlı operativ qərargaha TƏKLİF

Karantin rejiminin uzadılması ilə bağlı operativ qərargaha TƏKLİF

AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək

AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək

BANM-nin əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara belə  təşəkkür etdi

BANM-nin əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara belə təşəkkür etdi

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

ADMİU koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşuldu

ADMİU koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşuldu

BMU-dan 20 ailəyə ərzaq yardımı

BMU-dan 20 ailəyə ərzaq yardımı

Sabiq rektor yeni rektorun təyinatından DANIŞDI

Sabiq rektor yeni rektorun təyinatından DANIŞDI

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

MDU-da təkrar dezinfeksiya tədbirləri

MDU-da təkrar dezinfeksiya tədbirləri

UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb