AzTehsil.com


Xəbərlər / Ziyalılar
06 iyun 2020
1 066


Fazil Mustafa: ” Təhsil sağlamlığı və mədəniyyəti bərqərar edir “



 

Qarabağı yalnız savaş yolu ilə qaytaracağıq. Qarabağı savaş yolu ilə qaytarmaq üçün savaşa hazır olan ordu lazımdır. Ordudan da öncə savaşın bütün çiləsini çəkməyə hazır olan xalqın çoxluğu lazımdır. Əlbəttə, ötən əsrin 80-ci illərindən başalyaraq gözümüzün önündə sadə yaşamından yaranmış şəraitin qəhrəmana çevrilmiş yüzlərlə azərbaycanlı ilə yanaşı öz evindən kənarda baş verənlərə biganə, "bir qismət çörəklə” baş girləyən çoxluğu da unutmadan xalq deyilən əlahəzrət və amorf varlığı dəqiq təsəvvür etmədən, hərtərəfli tanımadan bu savaş qərarının verilməsi üzərində həmişə tərəddüdümüz qüvvədə qalacaqdır.

"Ali Baş Komandan əmr versin, hamımız döyüşə hazırıq!” ritorikası əlbəttə ki, təbliğat üçün, ruh yüksəkliyi üçün lazımdır, lakin bu ritorikanın altında real məzmun durmalıdır: bu da xalqın mövcud psixoloji durumudur. Bir siyasətçinin əsas vəzifəsi xalqı ekstremal duruma hazırlamaqdır, onun üçün doğru hədəfləri hazırlayıb təqdim etməkdir. Konkret zaman şərtlərində mövcud cəmiyyətə doğru hədəf göstərmək çox vacibdir. Xüsusilə də bizim kimi dinini cəhalətə uduzmuş, elmini savadsızlığa tabe etdirmiş, "böyük yol” hədəfi "kəsə yol”la əvəzlənmiş bir cəmiyyətin içində doğru mühakimə ilə müzakirə açmanın çətinliyini gözə alaraq irəliyə doğru yenə də səbrlə addımlamalıyıq. İnsanların duyğularını coşduraraq quyunun dibinə də yollaya bilərsən, ağıllarını hərəkətə gətirərək səbrlə uğur zirvəsinə də yüksəldə bilərsən. Bunun üçün dövlət siyasətində üç sahə əlahiddə əhəmiyət daşıyır: təhsil, səhiyyə və mədəniyyət sahəsi. Hər üçünün də yaxşı və yaxud zay məhsulunu bütün tarixi dövrlərdə sonrakı yaşamımızın təzahürlərində gördük, düyduq, yazdıq. Bir gerçəyi qəbul etməliyik ki, bu xalqın rus işğalına qədər normal təhsili olmadı. Bu işğaldan sonra açılan modern məktəblər bizim xalqın çox kiçik bir hissəsini yeni dünyaya daşıya bildi. Arazın o tayı ilə bu tayının fərqi bizim dövlət quruculuğumuzda özünü tam biruzə verdi. Arazın yuxarısında modern təhsil almış varlıqlar öz toplumunu müstəqil dövlət quruluşuna daşıya bildilər. Arazın aşağısında isə sayı yuxarıdakından üç dəfə çox eyni azərbaycanlı hələ dövlət quruluşu bir yana dursun, geriçi təhsil və xəstə dini düşüncə sayəsində bu gün hələ öz ana dilinə insan dili kimi şəhadətnamə verilməsini xısın-xısın, qorxa-qorxa dilə gətirir.
Təhsil həm də sağlamlığı və mədəniyyəti bərqərar edir. Bizim bu günkü sağlıq və mədəniyyət durumumuz da təhsildə qazandığımız natamamlıqlara tam uyğundur. Bəzilərinin şişirtdikləri kimi, düşünmürəm ki, biz təhsil sahəsində ideoloji totalitarizmin ən üst quruluşlarından biri olan SSRİ-nin yaratdığı imkanlardan yaxın qonşularımızdan daha ağıllı yararlana bilmişik. Halbuki sayımız onlardan daha artıq, ancaq qarşımıza hansısa sahədə faydalı hədəflər qoya bilmədiyimizə görə, o dövrün də beynəlmiləl paylaşımlarından layiqincə istifadə edə bilmədik. Hələ də "Neftçi”nin ölmə-diril qazandığı bürüncü dünya çempionluğu kimi qeyd edirik, böyrümüzdəki çempionlar, kubok alanlar sakitcə yerlərində oturublar. Rəsm, musiqi, mədəniyyət, idmanın digər sahələri, akademik mühit, universitetlərin səviyyəsi, tibb və hüquq təhsilinin səviyyəsi kimləri qane edirsə, onları kiçicik bir neçə arqumentlə yerində oturtmaq mümkündür. Biz çox istedadlı xalqıq, biz fərdlər olaraq gözlənilməz möcüzələrə imza ata bilərik, biz hansısa xarici mühitdə briliyant qaşı kimi parıldaya bilərik, sadəcə və nə yazıq ki, bir mühüm nöqsanımız var: hədəfsiz xalqıq. Kim olmaq istəyirik, hansı mərtəbəyə yüksəlmək istəyirik, hansı hədəfə çatmaq istəyirik- problemimiz dünən də, bu gün də məhz bununla bağlıdır. Deyirsən ki, uydurulmuş tarixinizi, uydurulmuş dininizi, imitasiyadan ibarət elminizi, sağlamlığa zidd qidalanmanızı, səmərəsiz təhsilinizi təftiş edin, bir daha masaya yatırın, müasirliyə girişinizi əngəlləyən nə varsa zibilliyə tolazlayın və yeni çağın insanı kimi məsuliyyət yükünü üzərinizə alın, o halda hərəkətə keçmək istərkən görürsən ki, hər baş vurduğun sahənin üzərində sanki "əl vurma, qoxar” deyə bir qadağanedici işarə qoyulub.

Bəli, Qarabağda savaş aparmalıyıq. Erməninin yerinə başqası da olsa öz xoşu ilə qan töküb işğal etdiyi torpaqdan könüllü çıxmaz. Demək ki, zorla, döyərək, savaşaraq, qan tökərək düşməni çıxarmalıyıq. İndi təsəvvür edin ki, Ali Baş Komandan savaşdan öncə xalqın əhval-ruhiyyəsini öyrənmək istəyir ki, qəti qərarını versin. COVİD-19 kod adı altında mülki müdafiə hazırlığını yoxlamaq üçün əməliyyatın başlamasının "həyəcan” komandasını verir. Yəni düşmən bakteroloji silahla hücum edib, insanlar passiv şəkildə evə çəkilməlidirlər, özlərini əleyhqazlarla qorumalıdırlar, müvafiq ordu birlikləri də düşmənin bu hücumunu xüsusi qoruyucu formalar geyərək dəf etməlidirlər. Cəmi ikicə gün passiv dözmə tələb olunur. Bu zaman görür ki, adamlar əleyhqazları evdən çölə tolazlayırlar, "nəfəs almaqda çətinlik çəkirəm” ərköyünlüyü ilə kütləvi şəkildə virisa yoluxmağa, başqalarını da yoluxdurmağa başlayırlar. Virusa yoluxanların çoxluğu səbəbinə həkimlərin də çoxu xəstələnir və xəstəxanalarda əməlli-başlı xaos yaranır. Bu davranış artıq savaşla bağlı alınacaq qərara ciddi təsirini göstərəcək. Yəni hər hansı bir siyasətçi anlayır ki, xalqın çoxluğunun dəstəyi, səbri və fədakarlığı olmadan uzunmüddətli və itkilərlə müşayət olanan genişmiqyaslı savaş aparmaq mümkün deyil.
İki günlük qadağaya da başqalarından fərqli olaraq və həmişəki kimi bəndəniz siyasi kimlik olaraq məhz bir savaş məşqi kimi yanaşdığımı gizlətmirəm və dərindən müşahidə edirəm. Bir neçə ayıdır bu məhdudiyyət tədbirləri qüvvədədir. İnsanlar tam da psixoloji passivliyə qapılmasınlar deyə, demək olar ki, ay yarımlıq müəyyən təsridetmədən sonra hökumət tərəfindən hamıya tam sərbəstlik verildi. Deyildi ki, çıxın, işləyin, gəzin, istirahət edin, sadəcə iki şərtə əməl edin: maska taxmaq və sosial məsafə. Özümüzü aldatmayaq, xeyli insan bu tələblərə qarşı səssiz etirazını ortaya qoydu və hətta yolda ona pulsuz verilən maskanı belə əlinin arxası ilə geri itələdi. Bizdə məsələnin ən vahim tərəfi isə, hamının özünü bir-birindən ağıllı saymasıdır. Ağlınız Avropaya getməsin, burada yanındakı tanımadığın azərbaycanlıya qətiyyən deyə bilməzsən ki, "niyə maska taxmırsan?” "Sən kimsən?”, "Sənə nə?”dən başlayıb ən yaxşı halda "Əcəb edirəm”lə tamamlanan epizodlar barədə həm təcrübəmizdən, həm də son vaxtlar deyilənlərdən, yazılanlardan anlayırıq.

Son iki günün çölə çıxmamaq qadağası ilə bağlı qərarın mahiyyəti də budur. Hələ savaş başlayanda çörək də, ət də, makaron da olmaya bilər. Ən defisit tapılan yemək konservləşmiş mal əti tuşenkası ola bilər. Su qıtlığı da yarana bilər. Üstəlik də çölə çıxarkən başımıza dəmir dəbilqə taxmaq da tələb olunar. İndi təsəvvür edin ki, parça maskanı taxmayanlar dəmir maskanının başına hansı oyunu gətirəcəklər. İki gün üçün azuqə dağıtma kampına bənzəyən marketlərə baxdıqca dərindən köks ötürürsən ki, biz savaşa başlayan ordumuza çoxluq olaraq ancaq mədəaltı vəzimizlə dəstək verməyi düşünürük. Bu gün virusla savaş aparan ordumuz- həkimlərimiz, tibb bacılarımız, polislərimiz, nəqliyyat işçilərimiz, risqli peşələrdə çalışan digər məmurlarımızdır. Bu anlayışla onlara lazımi yardımı göstərə bilmədik. Bu gün məsuliyyətli, fədakar insanlarımız da, koronavirus fərarilərinin, yekəxanalarının, inancsızlarının qurbanına çevrilməkdədir.
Bir gün təcrid olunma- sanki bir aylıq savaşın məşqi, iki gün təcrid olunma –sanki iki aylıq savaşın məşqidir. İndi necə davranacağıqsa, savaşı da elə aparacağıq. Biz Qarabağı 70 illik Sovet hakimiyyətinin dinc yaşayış məşqində itirdik. O zaman ki, onlar Naxçıvanın Ermənistana verilməsi məsələsini qaldırırdılar, Dağlıq Qarabağda gələcək savaş üçün gizli vəsait toplayırdılar və vəzifədə bir pillə irəliləmək üçün bir-birini satmırdılar, İrəvanda qondarma "soyqırım”a abidə qoyurdular. Onlar Sovet dövrünə öz müstəqillikləri üçün bir məşq prosesi kimi baxırdılar, bizlər isə Şuşa sanatoriyasında kabab yeyəndən sonra təmiz hava udmaq kimi…

Savaşda da, idmanda da, elmdə də, rəqsdə də, musiqidə də məşq çox önəmlidir. Əgər bu günlük, iki günlük qadağada, ev həbsində bişirdiyimizi çörəksiz yeməyi gözə almadıqsa, ən azı iki günlük oruc tutub, yaxud pəhriz saxlamağı düşünmədiksə, bir neçə həftənin azuqəsini toplamaqla rahatlaşdıqsa, şəxsən mən tabeliyimdə nə qədər güclü ordu olursa olsun, hələlik Vətən torpağının azad olunması üçün savaş qərarını verməyə risq etməzdim.

Savaş, hədəfi olan və bu hədəfə doğru yürüyərkən bütün bəhanələri dəftərindən silmiş, mədəaltı vəzinin diqtəsi ilə deyil, ağlının, əxlaqının diqtəsi ilə danışan, yaşayan xalqa söykənərək aparılır. Bu məşqi bir neçə dəfə təkrarlamalıyıq. Biz istedadlı xalqıq, mütləq alınacaq. Sadəcə bu məşqləri heç olmazsa bu dəfə, bu tarixi anda, bu ağır günlərdə boşuna keçirməyək…



Загрузка...
Həmçinin oxuyun:
Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur? - AÇIQLAMA

Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur? - AÇIQLAMA

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

Ümummilli lider:  "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Ümummilli lider: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Tanınmış psixoloqdan məktəb olayı ilə bağlı unikal yanaşma

Tanınmış psixoloqdan məktəb olayı ilə bağlı unikal yanaşma

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

Baş infeksionistdən CİDDİ XƏBƏRDARLIQ

Baş infeksionistdən CİDDİ XƏBƏRDARLIQ

Həyatımızda riyaziyyat

Həyatımızda riyaziyyat

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

Koronavirusun peyvəndi nə zaman hazır olacaq?

Koronavirusun peyvəndi nə zaman hazır olacaq?

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

Baş infeksionistdən koronavirusla bağlı sevindirici AÇIQLAMA

Baş infeksionistdən koronavirusla bağlı sevindirici AÇIQLAMA

“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

İnadkar Uşaqlarla Baş Etməyin Yolları

İnadkar Uşaqlarla Baş Etməyin Yolları

Şagirdləri necə qiymətləndirməli?

Şagirdləri necə qiymətləndirməli?

Maska insan sağlamlığına zərərdir? - Azərbaycanlı həkim HƏQİQƏTİ AÇIQLADI

Maska insan sağlamlığına zərərdir? - Azərbaycanlı həkim HƏQİQƏTİ AÇIQLADI