AzTehsil.com


Xəbərlər
04 iyun 2020
980


Rüşvətxorlara qarşı mübarizə daha sərtləşəcək - Əliməmməd Nuriyev



 

Əliməmməd Nuriyev: "Rüşvətxorluq və korrupsiya ilə mübarizədə dövlətin ən yüksək səviyyədə israrlı olduğu ortadadır”

Hakimiyyətin rüşvətxorluqla və korrupsiya ilə mübarizədə ən yüksək səviyyədə israrlı olduğu ortadadır. Həyata keçirilən həbslər bir yandan, digər yandan rüşvətxor məmurlara qarşı mübarizəni daha da sərtləşdirəcək fərmanın imzalanması rüşvətxor məmurların yuxusunu qaçırıb. Prezidentin Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətini və səlahiyyətlərini genişləndirməsi, ştat sayını artırması da DTX-nın rüşvətxorluğa qarşı mübarizədə öndə olacağını söyləməyə əsas verir.

Bu barədə "Yeni Müsavat”a danışan "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirdi ki, 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərindən sonra prezident İlham Əliyev inauqurasiyasındakı  çıxışında ölkədə bütün istiqamətlərdə islahatların dərinləşəcəyinin anonsunu verib və korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən biri olduğunu bəyan edib. Məhz bundan sonrakı dövrdə müxtəlif istiqamətlərdə islahatlar genişləndirildi. Yeni kadrların təyin edilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesi başlandı, kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində çox mühüm addımlar atıldı. Prezident Administrasiyasında çox ciddi dəyişikliklər baş verdi, növbədənkənar parlament seçkiləri həyata keçirildi. İslahat prosesinin ən vacib mərhələlərindən biri isə konkret korrupsionerlərə qarşı mübarizənin genişlənməsi oldu: "İndiyə qədər aparılan bütövlükdə sosial, iqtisadi, siyasi islahatlar paralel gedirdi. Bütün bu islahatlara qarşı müqavimət var idi. İslahatlara ciddi mane olan səbəblərdən biri də korrupsiya, korrupsioner məmurlar idi.
 

Rüşvətxorlara qarşı mübarizə daha sərtləşəcək - Əliməmməd Nuriyev

 

Əliməmməd Nuriyev

Korrupsioner məmurlar daha çox islahat prosesinə müqavimət göstərib və müqavimət göstərməkdə davam edəcəklər. Ölkə Prezidenti tərəfindən həm nazirlər, həm icra başçıları təyin edilərkən onların qarşısında konkret vəzifələr qoyuldu. Bir çox məmurlar yenə də köhnə qaydada davam edirdilər, islahatlara münasibətdə daha çox feodal təfəkkürü ilə yanaşırdılar. Maneələr artıq bütövlükdə ortada olan siyasi iradənin özünə qarşı çevrilmişdi. Bütün bunlar diqqətdən kənarda qala bilməzdi. Artıq daha geniş və sərt addımlara getmək qaçılmaz idi. Ona görə də prosesə Dövlət Təhlükəsizlik Xidməti cəlb olundu. Korrupsiya bütövlükdə dövləti təhdid edirdi. Bu baxımdan da Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəyə cəlb olunması zəruri idi. Korrupsiyanın miqyası elə siyasi vəzifələri də əhatə edirdi ki, DTX önə çıxarıldı. Artıq xeyli vaxtdır DTX çox ciddi mübarizə aparır. Ona görə də DTX-nın səlahiyyətlərinin və ştatlarının artırılması da lazım idi.

Hakimiyyətin rüşvətxorluq və korrupsiya ilə mübarizədə ən yüksək səviyyədə israrlı olduğu ortadadır. Rüşvətxor məmurların yuxusunu qaçıran fərman da imzalanıb. Prezident DTX-nın fəaliyyətini gücləndirir, ştatı artırır. DTX-ya böyük ictimai inam, dəstək, etimad var".

Ekspertin sözlərinə görə, rüşvətxorların, korrupsionerlərin ifşası prosesi bundan sonra davam edəcək: "O institutlar ki, daha çox rüşvətxorluq, korrupsiya yuvasına çevriliblər, onlar dövlət üçün, idarəetmə üçün təhdiddir. Ona görə də həmin institutlarla bağlı məsələlər təhlil olunur və həm cəza tədbirləri görülür, həm də həmin institutların, xüsusilə rayon icra hakimiyyətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığına şübhə etmirəm. Talanlara yol vermiş məmurların məsuliyyətə cəlb edilməsi prosesi davam edəcək.

Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də proseslər gedir. Monopoliyanın məhdudlaşdırılması istiqamətində də addımlar atılması gözlənilir. Başqa bir məsələ onunla bağlıdır ki, əmlak və kapitalın amnistiyası ilə bağlı prezident tapşırıq verib. Bununla bağlı da təkliflər paketi parlamentə daxil olmaqdadır. Tezliklə Rəqabət Məcəlləsinin qəbul edilməsinin də şahidi olacağıq. Başqa bir məsələ onunla bağlıdır ki, vəzifəli şəxslər tərəfindən gəlir və xərclərinin deklarasiyasının təqdim edilməsi prosesinə başlanılmalıdır. Həm də məmurların gəlirlərinin və xərclərinin trayektoriyasını həm ictimaiyyət, həm də dövlət orqanları izləmək imkanına malik olacaq. O məmurlar ki, yüksək dövlət və hökumət vəzifələrini tuturlar, onlara ölkədən kənarda əmlak almaq və vəsait yerləşdirmək qadağan olunmalıdır. Çünki belə bir qadağa olmadıqca, çox böyük koorupsiya sövdələşmələrinə, əməliyyatlarına gətirib çıxara bilir. Bu, həm də yüksək vəzifədə olan şəxslərin daim xaricdən təhdid altında olmasına gətirib çıxara bilir. Son günlərdə onun şahidi oluruq ki, keçmiş məmurların külli miqdarda vəsaiti, əmlakları üzə çıxıb. Korrupsiya ilə mübarizə bu məsələni də əhatə etməlidir. Məmur kapitalizmi tam olaraq aradan qalxmalıdır".



Загрузка...
Həmçinin oxuyun:
Məmurların ana dili problemi: "Bu, onların vəzifə borcudur” - ŞƏRH

Məmurların ana dili problemi: "Bu, onların vəzifə borcudur” - ŞƏRH

Təhsil Şöbəsinin müdiri rüşvət əməliyyatından danışıb: “Məcbur idim” -VİDEO

Təhsil Şöbəsinin müdiri rüşvət əməliyyatından danışıb: “Məcbur idim” -VİDEO

"İcra başçıları  məktəb direktorlarına işləməyə imkan vermir" -  DEPUTATDAN HƏYƏCAN TƏBİLİ

"İcra başçıları məktəb direktorlarına işləməyə imkan vermir" - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ

Məktəb direktoruna cinayət işi AÇILDI

Məktəb direktoruna cinayət işi AÇILDI

Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

Vurğun Əyyub: “Ali məktəbə qəbulda mafiya təşkil edənlərin müqavimətilə üzləşdik”

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

“Ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir”

“Ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir”

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

Uşaqlar arasında cinayətkarlığın artmasına səbəb olan amillər

Uşaqlar arasında cinayətkarlığın artmasına səbəb olan amillər

ADPU-nun Ağcabədi filialında yardım adı altında silinən 30 min manat –İLGİNC KORRUPSİYA FAKTLARI

ADPU-nun Ağcabədi filialında yardım adı altında silinən 30 min manat –İLGİNC KORRUPSİYA FAKTLARI

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

Siyasi ekspertdən qınaq..."Niyə 14 ildə Qarabağ Dövlət Universiteti yaradılmayıb?"

Siyasi ekspertdən qınaq..."Niyə 14 ildə Qarabağ Dövlət Universiteti yaradılmayıb?"

Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi

Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi

Ekspertdən problemli kreditlərin həlli üçün TƏKLİF

Ekspertdən problemli kreditlərin həlli üçün TƏKLİF

Təhsil sahəsində böyük dəyişiklik:  Bəzi ali məktəblər birləşdiriləcək

Təhsil sahəsində böyük dəyişiklik: Bəzi ali məktəblər birləşdiriləcək

Yeni təhsil naziri kim olacaq? - Vurğun Əyyub cavab verdi

Yeni təhsil naziri kim olacaq? - Vurğun Əyyub cavab verdi

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"

"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"