AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
02 iyun 2020
2 051


Məktəb direktoruna cinayət işi AÇILDI



 

Ölkəmizdə təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

 Araşdırma zamanı Cavad Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5 500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

C.Səfərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961” nömrəli "Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Azərbaycanda şagirdlərin təqaüdlərini mənimsəyən peşə məktəbinin direktoru tutulub

Azərbaycanda şagirdlərin təqaüdlərini mənimsəyən peşə məktəbinin direktoru tutulub

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Müəllimlərin əməkhaqqını mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI

Müəllimlərin əməkhaqqını mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi

Azərbaycanda saxta diplom hazırlayan  şəxslər SAXLANILDI-Bu universitetdə

Azərbaycanda saxta diplom hazırlayan şəxslər SAXLANILDI-Bu universitetdə

Narkotik satan musiqi müəllimi həbs edildi

Narkotik satan musiqi müəllimi həbs edildi

İmtahan vermək istəyənlər ifşa olundu

İmtahan vermək istəyənlər ifşa olundu

Nadir İsrafilov: “Cinayət varsa, cəza da olmalıdır!”

Nadir İsrafilov: “Cinayət varsa, cəza da olmalıdır!”

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb

Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb

İmtahana girmək istəyənlərə cinayət işi açılıb

İmtahana girmək istəyənlərə cinayət işi açılıb

Məktəb direktoru işdən kənarlaşdırıldı

Məktəb direktoru işdən kənarlaşdırıldı

Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"

Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Bakı şəhər Prokurorluğu və Təhsil İdarəsi 8-ci sinif şagirdinin intiharı ilə bağlı məlumat yaydı

Bakı şəhər Prokurorluğu və Təhsil İdarəsi 8-ci sinif şagirdinin intiharı ilə bağlı məlumat yaydı

Elina Hacıyevanın qəbri təhqir edilib

Elina Hacıyevanın qəbri təhqir edilib

“Hər birindən 7 min manat rüşvət alır…”

“Hər birindən 7 min manat rüşvət alır…”

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi