AzTehsil.com


Xəbərlər / Ekspert
17 may 2020
1 546


"İcra başçıları məktəb direktorlarına işləməyə imkan vermir" - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ



"İcra başçıları  məktəb direktorlarına işləməyə imkan vermir" -  DEPUTATDAN HƏYƏCAN TƏBİLİ

 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əməkdaşları tərəfindən həbs olunan icra başçılarının korrupsiya və rüşvətxor əməllərinin arxasında təhsil işçilərinə qarşı hədə-qorxu gəlmə faktları da aşkarlanıb.

 Hətta, YAP İcra katibinin müavini Siyavuş Novruzov saytımıza açıqlamasında bunları deyib: "Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ, gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”.

O zaman sual olunur. Bu qədər həbslərdən sonra icra başçılarının təhsilə müdaxiləsi sıfırlana bilərmi?

 Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyevin sözlərinə görə, İcra Hakimiyyəti orqanları orta təhsilin inkişafına həmişə mane olublar: "Biz 20 ildən çoxdur deyirik ki, məktəbləri İcra hakimiyyətlərinin əsarətindən xilas etmək lazımdır. Siz gördünüzmü bütün həbs olunan İcra hakimiyyətlərinin başçıları rayon Təhsil Şöbələrindən haqq alırlarmış. Özü də böyük məbləğdə. Rayon təhsil şöbəsinin müdiri isə məktəblərə tapşırıq verir ki, aylıq müəyyən olunmuş məbləği nəyin bahasına olursa - olsun toplayıb gətirsinlər. Bunlar məktəblərdə təhsil mühitini dağıtmaqla məşul olublar”. Deputat icra başçılarının çoxunun məktəb direktorlarının normal işləməsinə imkan vermədiyini də vurğulayıb:

"Məktəb çox həssas təsisatdır. Məktəb həyatı müəllimləri, valideynləri, uşaqları birləşdirir. Hansısa neqativ hal birbaşa təhsilin keyfiyyətinə, məktəbdə mənəvi mühitin pozulmasına gətirir. Rayon İcra Hakimiyyətinin başçılarının çoxu məktəb direktorlarına normal işləməyə imkan vermirlər. Sanki onların başının üstündən asılmış Damokl qılıncı rolunu oynayırlar. Direktorlar həmişə qorxu altında olurlar. İcra başçıları müəllimləri fiziki işlərə cəlb edir. Bu isə müəllim nüfuzuna böyük zərbə vurur. Düşünürəm ki, son həbslər İcra Hakimiyyələrinin başçıları üçün dərs olmalıdır”.



Загрузка...
Həmçinin oxuyun:
Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”

Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər

Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər

"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"

"Təhsil Nazirliyi Neftçalada bütün məktəb direktorlarını ƏM-nin 70-ç bəndi ilə işdən azad etməlidir"

Təhsil Şöbəsinin müdiri rüşvət əməliyyatından danışıb: “Məcbur idim” -VİDEO

Təhsil Şöbəsinin müdiri rüşvət əməliyyatından danışıb: “Məcbur idim” -VİDEO

Bu şəxslərin maaşları artırılıb

Bu şəxslərin maaşları artırılıb

İcra başçısı məktəb direktorlarını döydü - ŞOK - VİDEO

İcra başçısı məktəb direktorlarını döydü - ŞOK - VİDEO

Ağdaşda məktəb açılışı

Ağdaşda məktəb açılışı

Mikayıl Cabbarov nazirliyə “cip”lə girən başçıya qapını göstərdi

Mikayıl Cabbarov nazirliyə “cip”lə girən başçıya qapını göstərdi

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Ağstafa və Tovuzda məktəb açılışları

Ağstafa və Tovuzda məktəb açılışları

Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda məktəb tikilir - FOTO

Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda məktəb tikilir - FOTO

Prezident sərəncam imzaladı - Maaşlar artırıldı

Prezident sərəncam imzaladı - Maaşlar artırıldı

Qazax rayonunda məktəb açılışı

Qazax rayonunda məktəb açılışı

İmişlidə yeni məktəb binalarının açılışı olub

İmişlidə yeni məktəb binalarının açılışı olub

Müəllimlərin karyera inkişafında yeni yanaşmalar

Müəllimlərin karyera inkişafında yeni yanaşmalar

Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi

Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında

Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdamda yeni məktəb binasının açılışı olub

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

208 saylı məktəblə bağlı qalmaqal - Sərəncam niyə icra olunmur?

208 saylı məktəblə bağlı qalmaqal - Sərəncam niyə icra olunmur?

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü