AzTehsil.com


Xəbərlər / Manşet
15 oktyabr 2019
1 743


Müəllimlərin karyera inkişafında yeni yanaşmalar



Müəllimlərin karyera inkişafında yeni yanaşmalar

 

Təhsil Nazirliyində son illərdə Rayon və ya Şəhər Təhsil Şöbələrinə müdir təyinatında çox müsbət bir yanaşma yaranıb.
Artıq bir müəllimin karyerasının ən yüksək pilləsi məktəb direktoru deyil ,idarəetmə iyearxiyası üzrə yuxarı vəzifələrə də təyini ilə bağlı şərait yaradılır.Belə ki ,R(Ş)TŞ müdirləri artıq aparıcı məktəb diektorları arasından seçilir.(Bir-ki rayon istisna olmaqla ).

Azərbaycan Respublikasının 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlər Startegiyasının 2-ci istiqaməti üzrə (Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.) nəzərdə tutulmuş hədəf və tədbirlərdə göstərildiyi kimi ,müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması( 2.3.2 ) ilə bağlı işlərin görüldüyü göz qabağındadır .

Lakin vəzifə funksiyalarını yerinə yetirən regionlarda fəaliyyət göstərən məktəb direktorlarının uzun müddət yerli icra hakimiyyətlərini tərəfindən müxtəlif neqativ əməllərə təhrik edildiyi hamıya məlumdur. Yeni təyin olunan R(Ş)TŞ müdirlərinin ( əvvəlki məktəb direktoru) yerli icra hakimiyyəti orqanları tərəfindən daha artıq bu kimi əməllərə bulaşmaması üçün təklif edərdim ki,təyinatı artıq qərara alınmış həmin məktəb direktorları 4-6 ay müddətində Təhsil Nazirliyinə işə dəvət olunsunlar.Bununla təyinat alacaq həmin direktorların (yeni R(Ş)TŞ müdirlərinin ) yerli icra hakimiyyəti orqanlarından asılılığına , əvvəlki kimi müxtəlif neqativ əməllərlə bağlı tapşırıqlarının müqavimətsiz yerinə yetirilməsinin qarşısını almış olacaq.

Yeni təyin olunan R(Ş)TŞ müdirləri nazirliyin nümayəndəsi kimi rayonda fəaliyyətə başlamış olacaqlar.Fəaliyyətlərini maksimim şəffav və nazirliyin tələblərinə uyğun olaraq qurmağa çalışacaqlar. Bildiyim qədər Rabitə və Texnalogiyalar Nazirliyində belə bir təcrübə var.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012 -ci il tarixli 648№-li Sərəncamı ilə təsdiq olunmuş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əvavənin 1-ci bəndinə yəni , yerli təhsil şöbələrinin rəhbərlərinin də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Statistika Komitəsinin yerli bölmələrinin rəhbərlərininin təyinatında olduğu kimi yerli icra hakimiyyətinin başçısı ilə razılaşdırılmaqla mərkəzi icra orqanı olan Təhsil Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı düzəliş edilməsi ilə üçün təkliflər hazırlanıb cənab Prezidentə təqdim etmək olar.

P,S.Tovuz Rayon Təhsil Şöbəsinə yeni təyinat alan rayonun Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbinin sabiq direktoru Elmira Mürşüdlünü təbrik edirəm .
 




Загрузка...
Həmçinin oxuyun:
Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi

Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib.

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib.

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar

Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər

Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər

Bu şəxslərin maaşları artırılıb

Bu şəxslərin maaşları artırılıb

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Yeni təhsil naziri kim olacaq? - Təyinat hələ də yubanır

Yeni təhsil naziri kim olacaq? - Təyinat hələ də yubanır

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

Dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edilib

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Ağstafa və Tovuzda məktəb açılışları

Ağstafa və Tovuzda məktəb açılışları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Yeni qərar bu rektorlara şamil olunacaq? – Beş ildən artıq çalışanlar

Yeni qərar bu rektorlara şamil olunacaq? – Beş ildən artıq çalışanlar

Müəllimlərin maaşı ilə bağlı sərəncam imzalandı

Müəllimlərin maaşı ilə bağlı sərəncam imzalandı

Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək

Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək