Xəbərlər
15 aprel 2020
1 314


UNICEF və Azərbaycanın təhsil qurumları yeni mobil tətbiq vasitəsilə uşağın erkən inkişafını dəstəkləyir

UNICEF və Azərbaycanın təhsil qurumları yeni mobil tətbiq vasitəsilə uşağın erkən inkişafını dəstəkləyir

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və UNICEF-in birgə təşəbbüsü ilə valideynlər üçün www.ilk5il.az təhsil portalı və ilk5il mobil telefon tətbiqi onlayn rejimdə istifadəyə verilib.

UNİCEF-dən verilən məlumata görə, hər iki platforma uşaqların erkən inkişafını dəstəkləmək məqsədilə valideynlərin bilik və bacarıqlarını artıracaq.

iOS və "Android” əməliyyat sistemlərində istifadə oluna biləcək mobil telefon tətbiqi UNICEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən 2020-ci ilin əvvəllərində hazırlanıb. Onun hazırlanmasında məqsəd 0-5 yaş arasında uşaqların valideynləri üçün uşaq sağlamlığı, qidalanma, erkən yaş dövründə təhsil və uşağın rifahı haqqında məlumatları bir mənbədən təmin etməkdir.

"COVİD-19 ilə bağlı cari karantin tədbirlərinə riayət edən ailələrin sayı artdıqca məlumatlara çıxış və rəqəmsal kanallar vasitəsilə təlimatlanma getdikcə daha vacib olur”, - deyə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.

O qeyd edib ki, yeni veb-sayt və mobil tətbiq valideynlərə, azyaşlı övladlarının bütün günü evdə olduğu zaman fəal, öyrənən və sağlam olmaları üçün praktiki dəstək olacaq.

Valideynlik portalı UNICEF-in, onun hökumət və qeyri-hökumət sektorlarında tərəfdaşlarının danışmaq, mahnı oxumaq və oxu kimi məşğuliyyətlərin, uşaqlara erkən fiziki və zehni inkişafda necə kömək etdiyinə dair faydalı bələdçi təlimatların təqdim olunması üzrə Azərbaycanda daha genişmiqyaslı səylərinin bir hissəsidir.

Təhsil İnstitutunun direktoru Emin Əmrullayev vurğulayıb ki, onların məqsədi hər bir uşağa, sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, kömək etməkdir: "Biz valideynlərin ən yaxşı tərbiyəçi olduğuna inanırıq və onların iştirakı yüksək keyfiyyətli təhsilə və fərdi inkişafa nail olmaq baxımından həlledicidir. UNICEF-lə bu baxışı paylaşaraq, biz birlikdə həmin arzunun gerçəkləşdirməyə çalışırıq. Biz çox sadə həll təklif edirik – ev şəraitində uşaqlarla oyunu məsləhət görürük. Uşaqlarla daha çox oyun hər kəs üçün daha yaxşı gələcək deməkdir”.

Mobil tətbiq uşaqlarla oxumağın vacibliyi, oyunlar vasitəsilə təhsil və erkən dövrlərdə uşağın ev şəraitində inkişafını təkmilləşdirə biləcək digər amillər haqqında valideynləri anlaşılan məlumatlarla təmin edir. Mobil tətbiq, həmçinin ailələrə və uşaqlara, azyaşlılar üçün oyun ideyaları və hekayələr daxil olmaqla, çoxsaylı praktiki tövsiyələr təklif edir.

UNICEF məktəbəqədər təhsilin olmadığı kənd yerlərində və ucqar ərazilərdə 3-4 yaşlı uşaqlar üçün uğurlu İcma əsaslı Erkən Təhsil Mərkəzi modelinin qurulması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyini və Təhsil Institutunu dəstəkləyib. Avropa İttifaqı və UNICEF-in maliyyə dəstəyi ilə həmin model sonradan 320 mərkəz sayına qədər artırılıb və 2020-ci il boyunca 6 200-dən çox uşaq yaşadıqları icmalarda model vasitəsilə erkən təhsil imkanları ilə təmin olunub.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

İcma əsaslı məktəbəqədər təhsil

İcma əsaslı məktəbəqədər təhsil

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

"Azərbaycanda uşaqların 95 faizi təhsillidir" - UNICEF

"Azərbaycanda uşaqların 95 faizi təhsillidir" - UNICEF

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

İcmalarda çalışan müəllimlər üçün növbəti təlimlər keçirilib

İcmalarda çalışan müəllimlər üçün növbəti təlimlər keçirilib

2019-cu il rəqəmlərdə- icma əsaslı məktəbəqədər təhsil

2019-cu il rəqəmlərdə- icma əsaslı məktəbəqədər təhsil

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Azərbaycanda “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində icma müəllimləri üçün növbəti təlimlər keçirilib

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində icma müəllimləri üçün növbəti təlimlər keçirilib

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Millət vəkili orta məktəblərdə mobil telefonun qadağan edilməsi təklifi ilə çıxış etdi...

Millət vəkili orta məktəblərdə mobil telefonun qadağan edilməsi təklifi ilə çıxış etdi...

Azərbaycanda uşaqları zərərli məlumatlardan qoruyacaq - YENİ MOBİL BRAUZER

Azərbaycanda uşaqları zərərli məlumatlardan qoruyacaq - YENİ MOBİL BRAUZER

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub