AzTehsil.com


Xəbərlər
11 dekabr 2019
2 002


Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur



Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

 

Dekabrın 11-də Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edilib. 

Mediaturun məqsədi sözügedən bölgələrin ümumtəhsil məktəblərində təşkil olunmuş istedadlı uşaqlar üçün xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıqdır.  

Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak ediblər.

Mediatur iştirakçıları əvvəlcə Biləsuvar şəhəri 1 nömrəli tam orta məktəbdə olublar.

Bildirilib ki, 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb. 

Hazırda respublika üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və  47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir.  Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir.

Daha sonra mediatur iştirakçıları məktəbdə fəaliyyət göstərən VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə təbiət elmləri təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar. 

Qeyd olunub ki, bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığını təmin etməkdir. Həmin siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərə dərs deyən müəllimlər şəhər (rayon) üzrə müvafiq fənndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.

Mediatur  Masallı rayonu Mahmudavar kənd və Masallı şəhəri 4 nömrəli tam orta məktəblərə səfərlə davam etdirilib. Mediatur iştirakçıları sözügedən ümumi təhsil müəssisələrində yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanış olublar. Bildirilib ki, hər iki icma əsaslı məktəbəqədər təhsil qruplarında 3-4 yaşlı 20 uşaq dörd gün ərzində iki saatlıq məşğələlərə cəlb olunur. 2019-cu ilin oktyabr ayından Təhsil Nazirliyinin dəstəyi ilə "İcma əsaslı  məktəbəqədər təhsilin inkişafı” layihəsi  və  2017-ci ildən "UNİCEF Azərbaycan” və Avropa İttifaqının maliyyə dəstəyi ilə  Təhsil İnstitutu tərəfindən  "İcma qruplarının iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi  həyata keçirilir. İcma əsaslı məktəbəqədər təhsil qrupları Masallı da daxil olmaqla respublikanın 33 bölgəsində yaradılıb. 

Qeyd  olunub ki, icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır. Layihə çərçivəsində bölgələrdəki ucqar kənd və sərhəd zonaları da daxil olmaqla ümumlikdə 321 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir.  Bu qrupların hər birində orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq olmaqla ümumilikdə 6212 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. 

Mediatur iştirakçıları həmin qruplardakı məşğələləri izləyiblər. Bildirilib ki, dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Proqramda uşaqların sosial emosional, idrak və ümumi bilik, yaradıcı  və fiziki inkişaf dinamikası izlənilir. 

İştirakçıların o da diqqətinə çatdırılıb ki, 2020-2021-ci tədris ilindən daha 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulur. 
edu.gov.az 




Загрузка...
Həmçinin oxuyun:
250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi

3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində icma müəllimləri üçün növbəti təlimlər keçirilib

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində icma müəllimləri üçün növbəti təlimlər keçirilib

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

İcma əsaslı məktəbəqədər təhsil

İcma əsaslı məktəbəqədər təhsil

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Məktəblərdə icma əsaslı valideyn assosiasiyası yaradılacaq

Məktəblərdə icma əsaslı valideyn assosiasiyası yaradılacaq

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

“Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur” – Məhəbbət Vəliyeva

“Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur” – Məhəbbət Vəliyeva

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

Peşə təmayüllü siniflərə mediatur

Peşə təmayüllü siniflərə mediatur

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Beş yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 75 faizə çatdırılıb

Beş yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 75 faizə çatdırılıb

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Təhsil işçilərinin respublika konfransı davam edir

Təhsil işçilərinin respublika konfransı davam edir

İnternat məktəbinə mediatur təşkil edilib

İnternat məktəbinə mediatur təşkil edilib

Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib

Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib

Quba rayonuna mediatur keçirilib

Quba rayonuna mediatur keçirilib