AzTehsil.com


Xəbərlər
02 avqust 2019
8 293


İcma əsaslı məktəbəqədər təhsil



İcma əsaslı məktəbəqədər təhsil

 

 
Layihə çərçivəsində 2000-dək uşaq məktəbəqədər təhsilə cəlb olunub

Vətən üçün layiqli  övladlar  yetişdirmək, tərbiyə etmək təhsil ocaqlarının ümdə vəzifələridir. Uşaq bağçalarından başlanan bu proses məktəbəqədər təhsil ocaqlarında davam etdirilir və məktəblərdə öz bəhrəsini verir.  Təhsil İnstitutu UNİCEF  və Avropa İttifaqının maliyyə  dəstəyi ilə "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsili yaxşılaşdırması” layihəsini uğurla həyata keçirir.  Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri də yaradılıb.

İcma əsaslı məktəbəqədər təhsil  layihəsinin meneceri İlahə Rəsulova  institutun  bu  sahədə  fəaliyyəti istiqamətində  görülən işlər  və qazanılan nailiyyətlər barədə  məlumat verdi.  Bildirdi ki, hazırda UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icma qrupları vasitəsi ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə layihə icra olunur. Layihə çərçivəsində ucqar kəndlər və sərhəd zonaları da daxil olmaqla Bakı, Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba, Xaçmaz, Şabran, Neftçala və Şirvanda ümumilikdə 100 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir. Hər məktəbdə orta hesabla 20 nəfər olmaqla ümumilikdə 2000-dək 3 və 4 yaşlı uşaq bu layihə üzrə məktəbəqədər təhsilə cəlb olunub. Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla yerli və eston mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası-sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.

Layihənin önəmliliyi  onunla diqqətçəkəndir ki, icma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir və bu minvalla  müəllimlərin faktiki olaraq  təlim prosesində köməkçilərinə çevrilirlər. Məktəbəqədər yaş qrupuna aid olan uşaqların məktəbə hazırlığı istiqamətində effektli nəticələr vəd edən bu  layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə  ilkin  təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək,  şəffaflığın  və hesabatlılığın, eləcə  də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.  İlahə Rəsulova onu da  söylədi ki,  yeni tədris ilində daha bir yeniliklə fəaliyyətlərinin  məzmununu  zənginləşdirəcəklər. Bu, icma əsaslı valideyn assosiasiyasının yaradılması  planıdır. Nəzərdə tutulan həmin  plan  reallaşanda onun müsbət nəticələri  ilk növbədə təlimin keyfiyyətinin yüksəlməsində özünü göstərəcək.

Təhsil ocağı ilə işləməyi xoşlayan və bu sahədə səriştəsi olan fəal valideynlər bu assosiasiyaya  cəlb ediləcəklər. Onlar valideynləri maarifləndirmək və onların bacarıqlarını artırmaq istiqamətində  fəaliyyət göstərəcəklər.  Mütəmadi olaraq  təlimlər keçirməklə valideyinlər də  məktəblə birlikdə ibtidai təhsilin yaxşılaşdırılmasına yönələn  layihələrdə  fəal iştirakçılar olacaqlar.

Layihə çərçivəsində məlumatlılığın səmərəliyini artırmaq üçün mobil-elektron proqram yaradılacaq. Eyni zamanda yeni tədris ilindən  icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılması da nəzərdə tutulur. Azərbaycanın 32 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və  ibtidai  təhsilin yaxşılaşdırılması məqsədilə daha 300-ə yaxın belə bir qrup fəaliyyət göstərəcək. Bununla da bölgələrdə yaşayan 3 və 4 yaşlarında   olan 6 minə yaxın uşaq məktəbəqədər təhsil imkanından faydalana biləcək.

Sonda  İlahə Rəsulova  "İcma əsaslı məktəbəqədər təhsil”  layihəsinin uğurla davam etdiriləcəyinə  və bu layihənin məktəbəqədər təhsilin forma və məzmun kontekstində effektliliyinin artırılmasında önəmli rol oynayacağına  əminliyini ifadə etdi.

 

"Azərbaycan müəllimi" qəzeti




Загрузка...
Həmçinin oxuyun:
İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Beş yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 75 faizə çatdırılıb

Beş yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 75 faizə çatdırılıb

3-4 yaşlı uşaqların məktəbi

3-4 yaşlı uşaqların məktəbi

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Eldar Əzizov bağça müdirlərinə xəbərdarlıq etdi - Neqativ hallara yol verənlər...

Eldar Əzizov bağça müdirlərinə xəbərdarlıq etdi - Neqativ hallara yol verənlər...

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

"Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiqlənib

"Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiqlənib