AzTehsil.com


Xəbərlər
30 oktyabr 2017
3 449


Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya



Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Danılmaz faktdir ki, ölkədə təhsilin inkişafı sahəsində son illər mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, inkişaf etdirilməsinə ehtiyac duyulan sahələr də var.


Aztəhsil.com axar.az-a istinadən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsilin hər pilləsi üzrə ayrı-ayrılıqda problemlər mövcuddur:


Amma məktəbəqədər təhsil digərlərindən fərqlənir. Təəsüf ki, ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4%, kəndlərdə 8,7%, ölkə üzrə isə 16,5%-dir. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.


"Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, həmin xərclərin təhsil xərclərinin tərkibində xüsusi çəkisi 10,4 faiz təşkil edəcək. Belə ki, bu rəqəm təhsil xərclərinin 137,8 mln. manatını və ya 7,9 faizini təşkil edir. Bu sahədə problemlərin yaranmasının səbəblərindən biri məktəbəqədər təhsilin Təhsil Nazirliyinə deyil, İcra Hakimiyyətlərinə tabe olmasıdır. Buna görə də bu sahədə problemlər digərlərinə nisbətən fərqlidir".


Ekspert qeyd edib ki, bu sahənin problemlərini hissələrə bölmək lazımdır:


Azərbaycanda hazırda 1680 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 66-sı özəl, qalanları dövlət təhsil müəssisələridir. 66 özəl məktəbəqədər təhsil müəssisəsinin 65-i Bakı şəhərində yerləşir. Bölgələrdə cəmi 1 özəl məktəbəqədər təhsil müəssisəsi var.


Digər tərəfdən kənd yerləri üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı 733-dür. Məktəbəqədər təhsil müəssisələrində çalışanların minimum əmək haqqı 200 manat, maksimum 350 manatdır. Ən əsası isə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışanların 60 faizinin, rəhbərlərinin 40 faizinin ali təhsili yoxdur.


Dövlət məktəbəqədər təhsil müəssisələrində (bağçalara) qəbul prosesi ciddi rüşvətlə müşahidə olunur. Dövlət büdcəsindən bu sahəyə 140 milyon manat vəsait ayrılmasına baxmayaraq, dövlət məktəbəqədər təhsil müəssisələrinin mühafizəsi və infrastrukturu, qidalanması bərbad vəziyyətdədir.


Ekspert vurğulayıb ki, problemin həlli üçün məktəbəqədər təhsil üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruridir:


"Bu pilləyə qəbulla bağlı xüsusi proqram işlənib hazırlanmalı, azyaşlıların məktəbəqədər təhsilə - bağçalara cəlbinə, qəbuluna xüsusi diqqət ayrılmalıdır".


Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində Azərbaycanda məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur.




Загрузка...
Həmçinin oxuyun:
Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

ADPU UCC əməkdaşları ilə görüşüb

ADPU UCC əməkdaşları ilə görüşüb

13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib

13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Rusiyada müəllimlər nə qədər maaş alır?

Rusiyada müəllimlər nə qədər maaş alır?

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Təhsil Nazirindən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

Təhsil Nazirindən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA