AzTehsil.com
RU


Xəbərlər
17 oktyabr 2017
11 637


Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN



Aztəhsil.com Report-a istinadən xəbər verir ki, Azərbaycan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayevin müsahibəsi.


- Emin müəllim, Təhsil İnstitutu nə kimi yeni layihələr üzərində çalışır?


- Məktəb direktorları ilə bağlı işlərimiz davam edir. Bu işi daha da təkmilləşdirməyə çalışırıq. Bu yaxınlarda Bakı şəhərini əhatə edən məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni elan veriləcək. Yəqin ki, builki elanda məzmun əsaslı şəkildə dəyişəcək. Yeni məzmunda direktor olmaq istəyən namizədlər işləyən direktorların yanında təcrübə toplamağa göndəriləcək. Çünki namizəd var ki, əmək qanunvericiliyini yaxşı bilir, amma bu günə kimi sinif jurnalı yazmayıb. Ona görə də onlara jurnalın necə yazıldığını, dərs bölgüsünün necə olduğunu, dərslərin izlənməsi qaydasını, valideynlərlə ünsiyyətin necə qurulduğunu öyrətməliyik.


Müəllimlərin ixtisasının artırılması ilə bağlı da yeni modullar hazırlanır. Müəllimlər üçün təlimlərin standartlarını hazırlamaq istəyirik. Bununla da bütün dövlət ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər ən azı eyni standart üzrə hazırlansınlar. Təmayülləşmənin məzmunu ilə bağlı da yeni layihə hazırlanaraq məktəblərə göndərilib.


- Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinqinin yeni meyarlar əsasında hazırlanması üçün müvafiq tədbirlər həyata keçirilir. Yeni meyarlar hansı formada olacaq, nə kimi yeniliklər öz əksini tapacaq? Əvvəlki meyarlardan fərqi nə olacaq?


- Hazırda Təhsil Nazirliyində bu istiqamətdə iş aparılır, ilkin mərhələ üçün müəyyən təkliflər hazırlanıb. Əvvəllər reytinq siyahısı olmadığından ümumi təhsil müəssisələrini bir-birindən keyfiyyət göstəricilərinə görə ayırmaq mümkün deyildi. Bu proses reytinq sistemi tətbiq edildikdən sonra əsasən IX sinfin məzunlarının buraxılış imtahanlarının nəticələrinə görə aparılırdı və bir meyar tətbiq edilirdi. Təbii ki, uzun müddət bir meyarla ümumi təhsil müəssisələrinin reytinqini hazırlamaq məqsədəuyğun deyil. Mütəmadi olaraq bu meyarların sayı artırılmaqdadır. Ümumi təhsil müəssisələrində olan istedadlı uşaqların üzə çıxarılması və onlarla işin qurulması, idman və yaradıcılıq sahəsində əldə edilən nəticələr yeni tətbiq ediləcək meyarlara nümunə ola bilər. Eyni zamanda məktəblərdə yeniliklərin, müxtəlif layihələrin və innovasiyaların tətbiqi də meyar olaraq həyya keçirilə bilər.


- Bəs, yeni meyarların nə kimi üstünlükləri olacaq?


- Reytinq siyahısı yalnız ümumi təhsil müəssisələri arasında rəqabətin yaradılmasına hesablanıb. Ümumi təhsil müəssisələri üzrə kadr təyinatları, o cümlədən müqavilələrin uzadılması, həmçinin həvəsləndirmə tədbirlərinin həyata keçirilməsində ümumi təhsil müəssisələrinin nəticələrinə baxılır. Əsas məqsəd ümumi təhsil müəssisələrinin keyfiyyətini ölçməkdir.


- Hazırda icma əsaslı məktəbəqədər hazırlığın təşkili ilə bağlı nə kimi işlər görülür? Bu, hansı formada həyata keçiriləcək və əsas tələblər nə olacaq?


- Bildiyiniz kimi, ötən ildən Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları dövlətin maliyyəsi hesabına tətbiq olunur. Ötən il 55 faiz uşaq bu qruplara cəlb olunub. Bu il isə bu göstəricinin 65 faizə çatdırılmasını hədəfləmişik. Azərbaycanda məktəbəqədər təhsil 3-6 yaşı əhatə edir. Problem ondan ibarətdir ki, hər yaşayış məntəqəsində bağçalar yoxdur. Bağçanı bu modellə saxlamaq çox vəsait tələb edir. Gündə üç dəfə yemək vermək, uşağın yatmağını təmin etmək və s. Ümumiyyətlə, icma əsaslı bağçaların yaradılması üçün bir neçə model hazırlanıb.

 

Birinci model ondan ibarətdir ki, valideyn resursla təmin olunur və özü uşağını evdə məktəbə hazırlayır. İkinci variant bir neçə ailənin bir yerə yığışaraq icma əsaslı mərkəz yaratması və orada həftədə bir-iki dəfə toplaşaraq uşaqlarla məşğul olmasıdır. Üçüncü model ondan ibarətdir ki, məktəbin rəhbərliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisəsindəki hansısa ibtidai sinif müəlliminin iştirakı ilə bunu etməyə çalışacağıq. İcma əsaslı məktəbəqədər hazırlığın təşkili layihəsi Təhsil İnstitutu və UNİCEF-lə birgə ərsəyə gətirilib. Layihədə Azərbaycanın müxtəlif rayonları üzrə 50 icma müəyyənləşib. Onlardan üçü və ya dördü Bakıətrafı qəsəbələrin payına düşəcək.


Layihənin maliyyə tutumu yüksək olmayacaq. İlkin mərhələdə layihə UNİCEF tərəfindən maliyyələşəcək. Sonrakı dövrdə modeldən asılı olaraq ya valideyn, ya da dövlət tərəfindən maliyyələşəcək. Ən asan variant valideynin özünün istəyi olması ilə həyata keçiriləcək modeldir. Çünki bir çox xarici ölkələrdə məhz belədir. Hesab edirəm ki, bu ilin dekabr ayında modellərin yekun nəticəsi ilə bağlı təqdimat edə biləcəyik.


- İcbari təhsildən yayınma ilə bağlı gələcəkdə nə kimi yeniliklərin olması nəzərdə tutulur?


- Bu sahədə apardığımız monitorinqlər onu göstərir ki, ümumi təhsil müəssisələrində davamiyyət üzrə müsbət şəkildə irəliləyiş var. Buna da bir sıra amillər təsir göstərib. Məsələn, təmayülləşmənin tətbiqi öz təsirini göstərməkdədir. Adətən, şagirdlər qəbul imtahanlarına görə məktəblərdə "lazım olan" və "lazım olmayan" fənlər kimi bölgü edirdirlər. "Lazım olmayan fənlər"də oturmurdular. Artıq təmayülləşmənin tətbiqi ilə onlar dərsdə oturmağa meyillidirlər. İnfrastrukturun da yaxşılaşması da bu məsələdə öz müsbət təsirini göstərmiş olur.


- Beynəlxalq qiymətləndirilmə sahəsində hansı işlər görülür?


- Hazırda üç böyük proqramda iştirak edirik. PIRLS- 4-cü sinif şagirdlərinin oxu qabiliyyətinin ölçülməsi üzrə proqrama ölkəmizlə yanaşı, dünyanın 50-yə yaxın ölkəsi qoşulub. Beynəlxalq tədqiqatın yekun nəticələri dekabr ayında açıqlanacaq. Bununla da Azərbaycanda uşaqların oxuma qabiliyyətinin hansı səviyyədə olmasını müqayisə edə biləcəyik. Digər proqram PISA 2018 tədqiqatıdır. Bu proqramın əsas mərhələsi gələn ilin aprel-may ayında keçiriləcək. Yekun nəticələr 2019-cu ilin dekabr ayında açıqlanacaq. Qiymətləndirmə elektron qaydada kompüter əsaslı həyata keçiriləcək. 2019-cu ildə həyata keçiriləcək TIMS proqramı üzrə 4-cü sinif şagirdlərinin elm və riyaziyyat fənləri üzrə bilik və bacarıqları qiymətləndiriləcək. 2020-ci ildə də yekun nəticələr məlum olacaq.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək

Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım