AzTehsil.com


Xəbərlər
22 fevral 2020
1 791


Abituriyentləri xaricdə təhsil adı ilə aldadıb, 300 min manat pulu mənimsəyən şəxs tutuldu



 

"Study In Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert, 32 yaşlı Fuad Hacıyev böyük ölçüdə fırıldaqçılıqda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Alınan məlumata görə, adı çəkilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə qaldırılmış cinayət işində hazırda 10-dan çox epizod mövcuddur. Bunlar əsasən Kanadada məşğulluq, Türkiyə və Ukraynada təhsil ilə əlaqədardır.
 
Qeyd olunan epizodlar üzrə dəymiş zərərin miqdarı 300 min manat təşkil edir.

Qeyd edək ki, bir müddət əvvəl Oxu.Az Fuad Hacıyev tərəfindən edilən dələduzluq faktı barədə məlumat vermişdi. 

Bakı şəhər sakinləri Aqşin Məmmədov və Hacıağa Rzayev redaksiyamızla əlaqə yaratmışdılar.

Onlar ötən ilin mart ayında Kanadada işçi vizası əldə etmək üçün Xətai rayonunda yerləşən "Azure Park” ticarət mərkəzinin 12-ci mərtəbəsində yerləşən "Study In Turkey Azerbaijan” şirkətinin ofisinə müraciət ediblər.

Burada şikayətçiləri özünü şirkətin əməkdaşı kimi təqdim edən  Zərbəli İmanov adlı şəxs qəbul edərək bildirib ki, onlar doğru ünvana müraciət ediblər. Bir həftə ərzində Zərbəli İmanov A.Mehdiyev və H.Rzayevlə işçi vizalarının rəsmiləşdirilməsinin bütün aspektlərini müzakirə edib.

Danışıqlar işçi vizası əldə etmək istəyən şəxslərin Z.İmanovla müqavilə bağlayaraq ona 15 700 manat pul köçürülməsi ilə yekunlaşıb. Sənədlər bütün fors-major halları nəzərdə tutan və ödənilən məbləği əks etdirən möhür və imza ilə təsdiqlənib.  Bir neçə ay keçəndən sonra Zərbəli İmanovu tapmaq mümkün olmayıb, "Study In Turkey Azerbaijan” şirkəti isə əməkdaşlarının məsuliyyətini üzərinə götürməkdən imtina edib.

Üstəlik "Study In Turkey Azerbaijan” şirkətinin direktoru Fuad Hacıyev bildirib ki, Z.İmanov onların işçisi olmayıb və sadəcə olaraq şirkətin ofisində icarədar olub. Bu səbəbdən şirkətin direktoru Z.İmanovun əməllərinə görə məsuliyyət daşımır. "Study In Turkey Azerbaijan” şirkətinin rəhbəri həmçinin söyləyib ki, Z.İmanovun onlara 25 min manat borcu var.

Nəticədə zərərçəkənlər Xətai rayonunun 37-ci polis bölməsinə və digər instansiyalara müraciət ediblər.

Xaricdə təhsil almaq məsələsinə gəlincə, F.Hacıyev abituriyentlərin xarici universitetlərə qəbul olunmasına dair zəmanət verib. Sərfəli qiymət qarşılığında uşaqların valideynləri ilə müqavilə bağlayan F.Hacıyev sənədlərin hazırlanması, müsahibələrin verilməsi, test imtahanlarından keçmək mərhələsində uşaqlara köməklik göstərəcəyi haqqında öhdəlik götürüb.

F.Hacıyev həbsindən bir neçə gün əvvəl, 3 fevral tarixində, valideynlərdən biri ilə əlaqə saxlayıb. O, valideynə universitetə müraciət etmək üçün toplanılması lazım olan sənədlərin siyahısını göndərib. Lakin sonra məlum olub ki, F.Hacıyev abituriyentin sənədlərinin rəsmiləşdirilməsi üçün təhsil müəssisəsi ilə əlaqə yaratmaq niyyətində olmayıb.

Eyni zamanda məlum olub ki, bu vaxt ərzində F.Hacıyev özünə korluq verməyib, ən bahalı restoranları gəzib, hotellərdə istirahət edib. Halbuki F.Hacıyev xaricdə təhsil məsələləri üzrə  mütəxəssislərdən biri hesab olunub, hətta televiziya verilişlərinə dəvət edilib. 

Çox güman ki, yaxın keçmişdə F.Hacıyevlə müqavilə bağlayan bir çox valideyn saxtakarlığın qurbanı olduqlarını təsəvvürlərinə belə gətirmirlər. Bəlkə də bu məqalə onun yalanının qurbanı olan başqa insanları da tapmaqda istintaqa kömək edəcək.



Загрузка...
Həmçinin oxuyun:
İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Dələduzluq edən şəxsə cəza istənildi

Dələduzluq edən şəxsə cəza istənildi

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

“Facebook” sifətin tanınması texnologiyasının sınağına başlayıb

“Facebook” sifətin tanınması texnologiyasının sınağına başlayıb

“Study UK Alumni Awards 2019”un qaliblərinin adları açıqlanıb

“Study UK Alumni Awards 2019”un qaliblərinin adları açıqlanıb

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

Polis məktəbdən uşaq oğurluğunda ittiham olunan qadını saxlayıb

Polis məktəbdən uşaq oğurluğunda ittiham olunan qadını saxlayıb

Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Texnologiya Universitetinin rektorunun oğluna ağır ittihamlar– “Elə bil ata mülküdür”

Texnologiya Universitetinin rektorunun oğluna ağır ittihamlar– “Elə bil ata mülküdür”

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

Təhsil Nazirliyində kadr islahatları - Şöbə müdiri işdən qovuldu

Təhsil Nazirliyində kadr islahatları - Şöbə müdiri işdən qovuldu

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...

“Vakant yerlərin çoxluğu rayonlarda yeni idarələrin yaranması ilə bağlıdır”

“Vakant yerlərin çoxluğu rayonlarda yeni idarələrin yaranması ilə bağlıdır”

Bu şəkildə Dədə Qorqud siqaret çəkir? - İddialara cavab

Bu şəkildə Dədə Qorqud siqaret çəkir? - İddialara cavab

Azərbaycanda saxta diplom hazırlayan  şəxslər SAXLANILDI-Bu universitetdə

Azərbaycanda saxta diplom hazırlayan şəxslər SAXLANILDI-Bu universitetdə

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

“Hər birindən 7 min manat rüşvət alır…”

“Hər birindən 7 min manat rüşvət alır…”