Məktəblərdə müəllim çatışmazlığı - Valideynlər narazıdırlar
Bəzi məktəblərdə, xüsusilə də ucqar rayon məktəblərində müəllim çatışmazlığı yaşanır.
Valideynlər iddia edirlər ki, məktəblərdə xarici dil və informatika ixtisasları üzrə müəllimlər tapılmır.
Təhsil eksperti Kamran Əsədov "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, hazırda ölkəmizdə təhsil alan 1 milyon 600 min şagirdə 150 min müəllim dərs deyir. Lakin il ərzində müxtəlif səbəblərə görə bəzi müəllimlər işlərindən ayrılmalı olurlar və bu da həmin fənni tədris edən müəllimlərin çatışmazlığına yol açır.
Ekspertin sözlərinə görə, məktəblərdə müəllim çatışmazlığının əsas səbəbi isə maliyyə problemidir:
"Müəllimlərə konkret maaş təyin olunmalıdır. Orta ümumtəhsil məktəblərində çalışan müəllimlər digər peşə sahibləri kimi minimum standart əməkhaqqı almalıdır. Yəni dərs saatından asılı olmayaraq bütün müəllimlərə vahid, dəyişməz ən azı 400-500 manat əməkhaqqı verilməlidir".
Ətraflı süjetdə: