Xəbərlər, Valideyn, MÜƏLLİM
13 oktyabr 2019
311

Nağılların uşaqlara təsiri

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Uşaqları kompleks və qorxulardan azad etmək üçün psixoloqların bir neçə müalicə üsulu var. Onlardan biri də uşaqlara nağıl danışmaqdır.
Nağılları dinləməklə uşaqlarda qorxu hissi məhv olur, onlarda özgüvən və sərbəstlik hissi artır.

Həyatda qarşılaşdıqları çətinlikləri dəf etmək və problemləri həll etmək üçün müalicəvi nağılların uşaqlara çox faydası var. "Yaxşı nağıl” həqiqətən də, möcüzələr yarada bilər.
Buna görə valideynlərin başlıca vəzifələrindən biri uşaqlara nağıl danışmaqdır. 

Nağıl danışılarkən bir tərəfdən izah edən adam ilə uşaq arasında ünsiyyət qurularkən, digər tərəfdən də uşağın bütün zehni fəaliyyətləri hərəkətə keçər. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənər. Ümumiyyətlə qız uşaqları qız, oğlan  uşaqları isə  oğlan xarakterlərini cəmləşdirərək irəlidəki şəxsiyyətlərinin təməllərini atarlar. Təxminən 4-5 yaşına çatmış uşaqlar nağıllarda izah edilən bir çox hadisənin əslində doğru olmadığını bilirlər.

Nağıllara başlarkən deyilən və "Biri varmış Biri yoxmuş "deyə başlanılan cümlələrin  məqsədi də uşaqlara bu mesajı verməkdir. Bununla yanaşı nağılı izah edən adamın da uşağa zaman-zaman fövqəladə hadisələrin yalnız nağıllarda olacağını söyləmələrində fayda vardır.

Nağıllar hər zaman yaxşı olanların qalib gəldiyi, səbirli olanların mütləq məqsədlərinə çatdıqları, edilən yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox zaman bədən gücündən üstün olduğu, sevginin bir çox şeydən daha qiymətli olduğu, yoldaşlığın çox əhəmiyyətli olduğu, əl-ələ vermənin və birlik içində olmanın hər zaman daha çox uğurlar gətirdiyi, heç bir zaman ümidsizliyə qapılmamaq  lazım olduğu və əlimizdən gələni etdiyimiz təqdirdə müvəffəqiyyətin bizi onsuz da tapacağı mesajlarını verirlər.

Nağıllar sayəsində uşaqlar, onlara qayğı göstərən şəxslərlə isti bir əlaqə içərisində, sənət və təhsil məzmunlu bir zaman keçirirlər və bu vəziyyət onların həm idrak, həm də ictimai-psixoloji inkişaflarına olduqca əhəmiyyətli təsir edir.

Uşaqlar təkrarlanan hadisələrı xoşlayırlar. Çünki proseslərin yenilənə bilən olması, xarici mühitə özünü hazır hala gətirmək üçün çırpınıb dayanan, kiçik insanın narahatlığını azaldıcı təsirə malikdir. 

Hər axşam ana və ya atanın təkrar-təkrar eyni nağılı oxuması onu xoşbəxt edər, inkişafına müsbət təsir göstərər.
Hekayələrin "xoşbəxt son" ilə bitməsi, kiçik yaşlı uşaqlarının gerçəkliyinə uyğundur, doğru istiqamətə xidmət edər.
Nağıllarda yer alan "qazanan-itirən", "yaxşı-pis" və s. anlayışlar, mühakimə bacarığı qazandırmada da əhəmiyyətli rola malikdir.

Uşaqlara oxunacaq nağıllar, yaşa uyğun seçilməlidir. Uzunluğu və məzmunu yaşa görə fərqli ola bilər.
Daha çox dağıdıcılıq, döyüş və s. nağıllarındansa, sadəlövh nağıllar seçə bilərsiniz. Bilmək lazımdır ki, kitab oxumaq, yemək yemək kimidir, sevmədinizsə davam edə bilməzsiniz. Buna görə uşağınıza kitablara dair seçki hüququ verməniz, həm sizi maraq və səbirlə dinləməsi, həm də gələcəkdə oxumağı sevən, oxuma şüuru olan bir fərd olması üçün əhəmiyyətlidir.

Klassiklər ilə başlamaq ideal fikirdir. Uşağın da xəyal gücünü istifadə etmək imkanı verən nağıllar daha münasibdir.
azertag.az

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Bu yaşda olan uşaqların  maraq sahələri , qabiliyyətləri keşf edilmeli və  inkişaf etdirilməlidir.

Bu yaşda olan uşaqların maraq sahələri , qabiliyyətləri keşf edilmeli və inkişaf etdirilməlidir.

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

Uşaqlara Məsuliyyət Hissini Necə Aşılamaq Olar?

Uşaqlara Məsuliyyət Hissini Necə Aşılamaq Olar?

Dərs oxumağa həvəsləndirən 6 qayda

Dərs oxumağa həvəsləndirən 6 qayda

İlk uşaqlıq   və  orta uşaqlıq illəri

İlk uşaqlıq və orta uşaqlıq illəri

Hirsli davranışlar sərgiləyən uşaqlarla necə davranmalı

Hirsli davranışlar sərgiləyən uşaqlarla necə davranmalı

Nağılların uşaq inkişafına təsiri

Nağılların uşaq inkişafına təsiri

BAĞÇA UŞAQLARI HƏVƏSLƏ DİNLƏYİRLƏR

BAĞÇA UŞAQLARI HƏVƏSLƏ DİNLƏYİRLƏR

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı? -VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı? -VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Bu sözləri uşaqlarınıza hər gün deyin – Valideynlərin nəzərinə

Bu sözləri uşaqlarınıza hər gün deyin – Valideynlərin nəzərinə

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

Bu sözləri uşaqlarınıza hər gün deyin – VALİDEYNLƏR OXUSUN

Bu sözləri uşaqlarınıza hər gün deyin – VALİDEYNLƏR OXUSUN

Ölümü uşaqlara necə izah edək?

Ölümü uşaqlara necə izah edək?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə