AzTehsil.com


Xəbərlər / Məktəbə qədər və məktəbdən kənar
12 iyun 2018
3 098


VİDEOLAR-Məktəbəqədər təhsil müəssələrinin Təhsil Nazirliyinin tabeleyinə verilməsi zamanın tələbidir



VİDEOLAR-Məktəbəqədər təhsil müəssələrinin Təhsil Nazirliyinin tabeleyinə verilməsi zamanın tələbidir

 


İlk öncə onu deyim ki, bu kadrlara baxanda Xocalıda əsir götürülmüş körpə balalarımıza verilən işgəncələr gözümün qarşısına gəldi ....

Qanunvericiliyə əsasən ölkə ərazisində təhsil müəssəsi açmaq hüquna məhdudiyyət yoxdur .Belə ki, Azərbaycan Respublikasının vətəndaşları ,əcnəbilər və ya vətəndaşlığı olmayanlar ,o cümlədən Azərbaycan Respublikasında və xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər təhsil müəssəsinin təsisçisi ola bilərlər.( Təhsil Qanunu maddə 15 )

Azərbaycan Respublikasında hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti оrqanından xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir.

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.( bax Təhsil Qanunu maddə 16)

Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.( bax Təhsil Qanunu maddə 15)

Sosial şəbəkədə yayılmış dəhşət saçan videodan sonra bir də məlum olur ki, həmin baxça adlandırılan müəssənin fəaliyyəti üçün rəsmi icazə yox imiş.
 
 

Bu hadisə ortaya qəribə bir fakt qoyur: Biz bilirik ki, təhsil müəssəsi açmaq , təhsil müəssəsi kimi fəaliyyət göstərmək heç də asan bir məsələ deyil.

Ölkədə ictimai asayişi və dövlət təhlükəsizliyini qoruyan qurumlar kifayət qədər peşəkardırlar.Görünən bu "baxça”nı işlədənlərin arxasında duran kimdirsə , həttə qanun və onu qoruyanlardan daha güclü görünmək istəyir.

Yəqin ki ,dövlət orqanları məsələni nəzarətə götürüblər və bu "baxça”nın açılmasında , kadrlarda görüntülənən iblis qəlbli qadıncığazların ora işə götürülməsində əməyi ,rolu olan hər bir kəs layiqli cəzasını alacaqdır.

Həmin müəssə lisenziya alıb hətda qanuni fəaliyyət göstərsəydi belə ,kadrlardan göründüyü kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış Qaydaları” nın 4.1.8 4.1.9 bəndlərinin kobud şəkildə pozulduğu üçün həmin şəxslər müəllimlikdən uzaqlaşdırılacaqdılar.
 
 

Təcrübə göstərir ki, Təhsil Nazirliyi bəzən ictimai qınağa çəkilsədə ,əslindu bu sahədə mövqeyi sərtdir,birmənalıdır. Buna 189-190 saylı məktəbdə bir ay öncə və ondan daha əvvəl baş verənlər əyani sübutdur.

Məsələnin əsl mahiyyəti fikrimcə başqadır. Yəni nə qədər ki, məktəbəqədər təhsil müəssələri Təhsil Nazirliyinin tabeliyinə qaytarılmayıb məktəbəqədər təhsil müəssələrində ( istər dövlət ,istərsədə özəl ) belə hadisələr görünür hələ çox olacaq.

Digər tərəfdən məktəbəqədər təhsil müəssələri Təhsil Nazirliyinin tabeliyinə qaytaralarsa bu sahəyə mərkəzləşmiş nəzarəti həyata keçirtmək mümkün olacaq.
 Elşən Qafarov 

P.S. Bu arada məktəbəqədər təhsil müəssələrimizdə işləyən işinin peşəkarı olan minlərlə müəllimlərimiz var ki ,onların əməyini itirmək olmaz və məktəbəqədər təhsil müəssələrinin Təhsil Nazirliyindən aralı olması , təhsil sahəsində dövlətin əsas prinsiplərindən biri olan fasiləsizlik, vəhdətlik, daimilik ( mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi-bax Təhsil Qanunu maddə 3) prinsipinin pozulmasıdır.
 
 
 




Загрузка...
Həmçinin oxuyun:
"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil qanunvericiliyi və onun vəzifələri Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Bağçalara qəbul yaşı dəyişdirilir

Bağçalara qəbul yaşı dəyişdirilir

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Maddə 1. Əsas anlayışlar    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əsas anlayışlar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib

Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib

13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib