AzTehsil.com


Xəbərlər
01 mart 2018
2 396


Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir



 

İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən "Dini etiqad azadlığı haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılması cinayət məsuliyyəti yaradacaq.


Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin 168-1 (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsinin 1-ci və 2-ci bəndlərində dəyişiklik edilir. Belə ki, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən "Dini etiqad azadlığı haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılmasına görə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılmasına görə 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Layihədə bildirilib ki, ötən il "Dini etiqad azadlığı haqqında” Qanunda edilən dəyişiklikliyə əsasən, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Habelə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər. Qanunun müvafiq maddələrinin pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması təklif edilir.


Yada salaq ki, Milli Məclis 2015-ci ilin dekabrında "Dini etiqad azadlığı haqqında” Qanunu qəbul edib. Qanuna əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlər aparması qadağandır. Eyni zamanda ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.


Dini Komitədən bu günlərdə verilən rəsmi statistikaya görə, xaricdə dini təhsil alan azərbaycanlıların sayı 3 min nəfərdən çoxdur. Komitədən bildirmişdilər ki, xaricdə dini təhsil alan şəxslər əksər hallarda özlərini doğrultmurlar. Amma o da bildirilirdi ki, xaricdə dini təhsil alanlar arasında din xadimi kimi fəaliyyət göstərənlər də var: "Onlar müvafiq yoxlamalar və attestasiyadan keçib. Bu gün qanun imkan verir ki, zərurət olduqda xaricdə dini təhsil alanlardan və müvafiq yoxlamalardan keçdikdən sonra dini ayinlərin icrasında istifadə edilsin. Xaricdə dini təhsil alıb ölkədə dini ayinləri icra edənlərin sayı elə çox deyil. Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir”.


Görünən odur ki, hökumət bu sahədə müəyyən yumşalma və sistemləşmə yaratmağa çalışır. Çünki təcrübə göstərdi ki, xaricdə dini təhsili, ümumiyyətlə, təhsili qadağan etmək mümkün deyil. Digər tərəfdən, Azərbaycanda təhsilin digər sahələri kimi dini təhsil sahəsində də ciddi problemlər var. Üstəlik, bu sahədə uzun illər rəsmi məhdudiyyət olduğu üçün Azərbaycanda dini təhsil müəssisələri digər müsəlman ölkələrindən çox geri qalır. Bu səbəbdən də yerli kadrlar ilahiyyatçı tələbatını hələ ödəyə bilmir.


"YM” xalqxeber.az




Загрузка...
Həmçinin oxuyun:
Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

”Belə bir institutun yaradılması lazım idi...”

”Belə bir institutun yaradılması lazım idi...”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

İslam dini sığortanı qadağan edirmi?

İslam dini sığortanı qadağan edirmi?

Sonda İran da çadranı təhsilə dəyişdi - İnqilabi qərar

Sonda İran da çadranı təhsilə dəyişdi - İnqilabi qərar

Dövlət Komitəsi: Bütün bölgələrdə İslam Kollecləri yaradılıb

Dövlət Komitəsi: Bütün bölgələrdə İslam Kollecləri yaradılıb