Dövlət Komitəsi: Bütün bölgələrdə İslam Kollecləri yaradılıb
"Bölgələrimizin hamısını əhatə etməklə İslam Kollecləri formalaşdırılıb, prosedurlar yekunlaşdırılıb".
Aztəhsil.com "Report"-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, qeydiyyatdan keçən kolleclərin fəaliyyətə başlaması istiqamətində Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi birgə işlər həyata keçirir.