AzTehsil.com


Xəbərlər
07 mart 2018
3 379


Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?



Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

 

Məktəbə piyada gedən və ağır çantaları uzun müddət daşımaq məcburiyyətində qalan, eyni zamanda, məktəblilərdə boyun, bel və ayaq ağrılarıyla yanaşı, baş ağrıları və yuxu problemləri kimi bir çox xəstəliklərə rast gəlinir.

Türkiyənin Fizioterapiya və Reabilitasiya uzmanı Gülseren Kayalar dünyada hər 10 şagirddən birinin skolioz, yəni, onurğa əyriliyi problemi ilə üz-üzə qaldığını açıqlayıb. Uzman, əgər, bunun qarşısı alınmazsa, irəliləyən müddətdə skolioz da daxil olmaqla, bir sıra xəstəliklərin ortaya çıxa biləcəyini vurğulayıb:

"Məktəbli çantalarının ağır olması və tək tərəfli daşınması, yanlış oturuş pozisiyası skoliozun yaranmasını sürətləndirir. Onurğa əyriliyi olan hər 4 xəstədən birində müalicəyə ehtiyac var. Bu xəstəliyə qız uşaqlarında, oğlanlara nisbətən 8 dəfə daha çox təsadüf olunur. Həmçinin, məktəbdəki partaların uşağın bədəninə uyğun olmaması bu problemə səbəb olan başlıca faktordur”.

Uzmanın sözlərinə görə, 10-12 yaşlı qız uşaqları və 13-14 yaşlı oğlanlar ildə 2 dəfə müayinə olunmalıdır. "Artıq çəkili şagirdlər xüsusi diqqətdə saxlanılmalıdır. İnkişaf dövründə olan uşaqda başın bir yana doğru əyilməsi, üz və kürək simmetriyasında pozulma, gövdənin bir istiqamətə doğru yer dəyişməsi, ayaq ölçülərində fərq, yeriş qaydasının pozulması skolioz xəstəliyinin əlamətləridir. Bu simptomlara rast gəlinərsə, uşağı vaxt itirmədən həkimə aparmaq və müalicə etdirmək mütləqdir”.
 

 

Travmatoloqlar hesab edir ki, məktəb çantasının doğru seçimi şagirdin sağlamlığı baxımından çox önəmlidir. Qalın və ağır materiallardan qaçmalı və yüngül çantalardan istifadə olunmalıdır. Alınacaq çantanın uşağın kürək quruluşuna uyğunluğu nəzərə alınmalı, uşaq evdən çıxanda mütləq valideynlər çantanın ağırlığına diqqət etməli, çanta çox ağırdırsa, kitablar içərisindən çıxarılmalıdır. Çanta tək qolla deyil, hər iki qolla daşınmalıdır. Xüsusilə məktəbə yeni başlayan şagirdlərin ağır çanta daşıması qətiyyən doğru hesab olunmur. Həkimlər çəkisi 40 kiloqram olan məktəblinin çantasının 6 kiloqramdan ağır olmamasını tövsiyə edir.

Bu mövzuda müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Müəllimlər bir sonrakı günlə əlaqəli lazımlı kitabları nəzərə alaraq, sadəcə onların çantaya qoyulması mövzusunda şagirdlərə göstəriş verməlidirlər. Azərbaycan məktəblilərinin də bu xəstəliklə bağlı vəziyyəti ürək açan deyil. Ötən ilin göstəricilərinə əsasən, ibtidai siniflərdə qamət problemlərinə 51%, orta siniflərdə 52%, yuxarı siniflərdə isə 41% rast gəlinib.

Pediatr Vaqif Qarayev AzEDU-ya açıqlamasında bildirib ki, bütün günahı məktəbin üzərinə atmaq düzgün deyil:

"Valideynlər uşağın 3 yaşından sonra, onların düzgün oturuşuna fikir verməlidirlər. Masa ətrafında, hətta qucaqda belə uşaq normal oturmalıdır. Çox yaxşı olar ki, valideynlər övladlarını profilaktik tədbir kimi 5 yaşından sonra üzgüçülüyə aparsınlar. Çünki bu idman növü, qamətin normal inkişafı baxımından çox vacibdir. Uşaq məktəb yaşına çatanda isə günahkar həm valideyn, həm məktəbdir. Göz ilə kitabın olduğu masanın məsafəsi 18 sm olmalıdır. Amma məktəblilər başlarını evdə stola, məktəbdə də partaya yapışdırırlar. Buna isə nə valideyn, nə də müəllim fikir verir”.
 

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

 

Həkim deyib ki, şagirdin bədən çəkisinə uyğun yük daşıması vacib məsələdir:

"Məktəb çantaları əbədi bir mövzudur. Heç vaxt dəyişmir, belə getsə heç vaxt da dəyişməyəcək. Birinci sinfə gedən uşaq uzağı 2,5 kq ağırlığında yük qaldıra bilər. Amma o, az qala özü ağırlıqda yük daşıyır ki, bu da mütləq şəkildə qaməti əyir. Keçən yay bir məsələ diqqətimi çəkdi. Valideyn övladına, onun boyu ölçüsündə çanta alırdı. Xalq arasında bu məsələyə qeyri-ciddi yanaşma var. Hələ çantanın özü uşaq ağırlığındadırsa, görün içərisinə qoyulacaq kitab-dəftər onu nə qədər ağırlaşdıracaq? Valideynlər müəllimlərin əlavə vəsaitlər aldırmasını və kitabların çoxluğunu səbəb göstərirlər. Bütün bunların qarşısının alınması üçün uşaqda körpə yaşından düzgün oturuş vərdişi yaradılmalıdır. Yoxsa skoliozların sayı artacaq və təəssüflər olsun ki, artır da. Heç olmasa ildə 1 dəfə qamət probleminə görə həkimin qəbulunda olmaq lazımdır. Yüngül dərəcəli skoliozu idman vasitəsilə müalicə etmək mümkündür. Valideynlər elə etməlidirlər ki, cərrahi müdaxiləyə ehtiyac qalmasın”.



Загрузка...
Həmçinin oxuyun:
Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun – Valideynlərə tövsiyə

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun – Valideynlərə tövsiyə

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Uşağınızın yaddaşını yoxlayın! - TEST

Uşağınızın yaddaşını yoxlayın! - TEST

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR