AzTehsil.com


Xəbərlər / Məktəbə qədər və məktəbdən kənar
31 yanvar 2018
2 903


Bağça və körpələr evlərinin işçiləri ildə bir dəfə...



Bağça və körpələr evlərinin işçiləri ildə bir dəfə...

Tibbi müayinədən imtina edən, ağıreşidən və xəstə işçilər məktəbəqədər təhsil müəssisələrinə buraxılmayacaq Nazirlər Kabineti "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib.


Məlumata görə, Qaydaya əsasən təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.


Təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər. Bu Qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar. Təhsilverənlər dövri müayinələrdən işəgötürənin göndərişi əsasında keçirlər. Dövri müayinələr bu Qaydaya əsasən həkim komissiyası tərəfindən həyata keçirilir.


Dövri tibbi müayinələr aşağıdakı məqsədlər üçün həyata keçirilir:


- təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi;


- xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması;


- işçinin sağlamlıq vəziyyətinə görə əmək fəaliyyətini davam etdirə bilməməsinin müəyyən edilməsi;


- işçilərin sağlamlığının qorunması və bərpası məqsədi ilə vaxtında profilaktik və reabilitasiya tədbirlərinin həyata keçirilməsi;


- infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması;


- təhsilalanların sağlamlığının qorunması.


Dövri tibbi müayinənin sonunda həkim komissiyası tərəfindən şəxsin sağlamlığı barədə müvafiq tibbi rəy tərtib edilir. Tibbi rəy iki nüsxədə tərtib olunur. Bir nüsxəsi dövri tibbi müayinəni keçən şəxsin iş yerinə rəsmi qaydada göndərilir, ikinci nüsxəsi isə ambulator xəstənin tibbi kartına əlavə olunur, həmçinin "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə (VESKS) daxil edilir. Dövri tibbi müayinələr şəxsin yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə ambulator və ya stasionar tibb müəssisəsində aparılır. Dövri tibbi müayinələr tibb müəssisəsində yaradılmış həkim komissiyası tərəfindən həyata keçirilir.


Təhsilverənlər üçün tibbi müayinələr aparan komissiyanın tərkibinə aşağıdakı həkimlər daxil edilir:


- terapevt;


- otorinolarinqoloq;


- narkoloq;


- infeksionist;


- psixiatr;


- dermatoveneroloq.


Təhsilverənlər aşağıdakı dövri tibbi yoxlama və müayinələrdən keçməlidirlər:


- ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası;


- qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə);


- nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı);


- süzənək testi;


- bağırsaq infeksiyaları ilə bağlı  bakteriya gəzdiriciliyinə görə müayinə.


Tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:


- tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;


- tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;


- tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;


- helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;


- kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;


- kəskin virus infeksiyaları;


- kəskin bakterial infeksiyalar;


- bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;


- ruhi xəstəliklər;


- narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);


- ağıreşitmə.




Загрузка...
Həmçinin oxuyun:
Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Bu xəstələrin müalicəsi ilə bağlı -YENİ QƏRAR

Bu xəstələrin müalicəsi ilə bağlı -YENİ QƏRAR

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Azərbaycanda 574 məktəblidə skolioz aşkarlanıb

Azərbaycanda 574 məktəblidə skolioz aşkarlanıb

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

İl ərzində 90 faizdən çox uşaq müayinələrə cəlb olunub

İl ərzində 90 faizdən çox uşaq müayinələrə cəlb olunub

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

"iPhone"nin bu özəlliyi insanı ölümdən qurtaracaq- YENİLİK

"iPhone"nin bu özəlliyi insanı ölümdən qurtaracaq- YENİLİK

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb

Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Fitodizayn və tibb -Bir çox xəstəliklərin...

Fitodizayn və tibb -Bir çox xəstəliklərin...

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Azərbaycan İİV-ə yoluxma səviyyəsinə görə...

Azərbaycan İİV-ə yoluxma səviyyəsinə görə...